Sosial

Media nümayəndələri düşmənlə 500 metr məsafədə

1 İyun 2017 13:10

Naxçıvan Muxtar Respublikasına səfər edən KİV rəhbərlərindən ibarət nümayəndə heyyəti hazırda Sədərək rayon Heydərabad qəsəbəsindədirlər.

Sosial mənzil hüququndan bir dəfə faydalanmaq olar

1 İyun 2017 13:07

“Sosial evlərə qeydiyyat başladıqdan sonra güzəştli mənzil almaq istəyən vətəndaşlarımızdan qeydiyyatdan keçmə vaxtının onların ev almaq imkanlarına təsirləri ilə bağlı suallar alırıq”.

Almaniya ilə ədliyyə sahəsində səmərəli əməkdaşlıq edilir

1 İyun 2017 13:05

Mayın 30-31-də Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) icraçı direktoru xanım Veronika Keller-Engels başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olub.

Bahar Muradova: "Azərbaycanda uşaqların hüquqlarına diqqətlə yanaşılır"

1 İyun 2017 13:04

"Azərbaycanda bütün insanlaarın hüquqlarına hörmətlə yanaşıldığı kimi, onun tərkib hissəsi olan uşaq hüquqlarına da çox diqqətlə yanaşılır". “Olaylar”ın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova “Mənim səsim - mənim hüquqlarım: parlamentdə müzakirə” mövzusunda keçirilən dəyirmi masada çıxış edərkən deyib.

Bakının mərkəzində zəncirvari qəza: ölən və yaralılar var - ADLAR - YENİLƏNİB - VİDEO

1 İyun 2017 13:02

Daxili İşlər Nazirliyi (DİN) mayın 31-də Bakıda, Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, mayın 31-də saat 14 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Ağamirzə Heybətov idarə etdiyi "Toyota" markalı avtomobillə arakəsmə səddini aşaraq yolun əks istiqamətinə çıxıb və paytaxt sakini Aysel Quliyevanın idarə etdiyi "Hyundai" və Quba rayon sakini Şəhriyar Ələsgərovun idarə etdiyi "Volkswagen" markalı avtomobillərlə toqquşub.

Nazir: “Təhsil müəssisələrinə verilən internetdə filtr tətbiq olunur”

1 İyun 2017 12:44

“Təhsil prosesini internetə çıxış olmadan təsəvvür edə bilmirik”. Bunu təhsil naziri Mikayıl Cabbarov AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə dəstək missiyası ilə görüş olub

1 İyun 2017 12:35

BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin icrası, o cümlədən yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli irəliləyişlərə nail olan Azərbaycan bu mötəbər qurumun 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində də konkret fəaliyyət istiqamətləri üzrə məqsədyönlü iş aparır. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev nazirlikdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə dəstək missiyası ilə keçirilən görüşdə bildirib.

“Genom data analizi üçün Python” adlı təlim

1 İyun 2017 12:34

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda “Genom data analizi üçün Python” adlı proqramlaşdırma dilinin tədrisi ilə bağlı təlim başlanılıb. İnstitutdan “Olaylar” – a bildirlib ki, təlimin keçirilməsində məqsəd bu dilin köməyi ilə Yeni Nəsil Sekvensləmə texnologiyaları vasitəsilə alınmış bioloji datanın emalı və interpretasiyasını həyata keçirtməkdir. Python böyük araşdırma mərkəzlərində geniş istifadə olunur və elmi hesablamalar üçün çoxlu kitabxanalara malikdir. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır.  

Vərəmdən ölüm halları 2 dəfə azalıb

1 İyun 2017 12:30

"Son 10 il ərzində Azərbaycanda vərəmdən ölüm halları 2 dəfə azalıb". “Olaylar” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Azərbaycanda vərəmin qasrşısının alınması üçün dövlət proqramının olduğunu deyən E.Ağayev əlavə edib ki, vərəmlə mübarizə sahəsində QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə keçirilən layihələrin xüsusi rolu olub. E.Ağayev qeyd edib ki, ölkədə vərəmin multirezident formasının qarşısının almağa çalışıblar.

Şimali Kiprdəki diaspor rəhbərindən Cənubi Kiprin XİN rəhbərinə tutarlı cavab

1 İyun 2017 12:26

Cənubi Kiprin xarici işlər naziri İoannis Kusulidesin Ermənistan rəsmiləri ilə keçirdiyi görüş zamanı Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi əsassız və yalan dolu fikirlərə Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı tərəfindən cavab verilib. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Mert Özdeşin aparıcılığı ilə Kıbrısın Diyalog TV kanalında məsələ ilə bağlı geniş müzakirə aparıb. Diaspor rəhbəri tarixi faktlar və xəritə əsasında Qarabağ və Naxçivanin tarixi və siyasi statusunu önə çəkərək Cənubi Kiprin XİN rəhbərinin yalanlarını ifşa edib.

Ekoloji vəziyyətlə bağlı araşdırma aparılıb 

1 İyun 2017 12:24

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Bizim Gənclik” İctimai Birliyi tərəfindən “Korporativ sosial məsuliyyət çərçivəsində ekologiya” layihəsinin icrası başa çatıb və Bakı şəhərində cari ilin 30-31 may tarixlərində yekun tədbirlər həyata keçirilib.

Əhməd Dərviş və Əhməd ət-Tarabik Şərqşünaslıq İnstitutunda

1 İyun 2017 12:18

Misirli alimlər dr. Əhməd Dərviş və Əhməd ət-Tarabik AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar. Onları Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi müşayiət edib.

28 May Vaşinqtonda Azərbaycan Milli Günü elan edilmişdir

1 İyun 2017 12:15

2017-ci il 28 may tarixinin ABŞ paytaxtında rəsmi şəkildə Azərbaycan Milli Günü elan edilməsi barədə Vaşinqton şəhərinin meri Müryel Bouzer Bəyanat (Proclamation) imzalamışdır.

Şahdəniz 2 platformalarının birinci üst tikililəri dənizə yola salındı

1 İyun 2017 12:12

Şahdəniz konsorsiumu məmnuniyyətlə elan edir ki, Şahdəniz Mərhələ 2 üçün inşa olunan iki platformadan birinin  üst tikililəri bu gün Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin iştirak etdiyi rəsmi mərasimlə Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsinə yola salınıb.

Elsevər Ağayev: “Səhiyyədən bütün əhalinin razı qaldığı ölkə tanımıram”

1 İyun 2017 12:08

“Son illər səhiyyə sahəsində maddi-texniki baza və kadrların hazırlanması istiqamətində uğurlu addımlar atılıb”. “Olaylar” xəbər verir ki, bu fikri səhiyyə nazirinin müavini Elsevər Ağayev AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı deyib.