Sosial

Mənşəyi məlum olmayan ət məhsulları və onun ətrafında yaradılan şər-böhtan kampaniyası

16 İyun 2017 14:27

2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı özündə bir neçə müsbət cəhəti ehtiva etdi. Ölkədə qeyri-neft sektorunun inkişafına təkan verdi, regionların, ümumilikdə ölkənin simasını dəyişdi, yerlərdə yeni müəssisə və zavodlar açıldı, bütün bunların fonunda daxili istehsal artdı. Lakin öz işini səmərəli şəkildə qura bilməyən, yaxud istehsal etdiyi məhsulların istehlakçıları qane etməməsindən dolayı bəzi müəssisə və zavodlar rəqabətə davam gətirə bilmədi, istehsal etdikləri məhsullar bazarda reytinq göstəricilərində ən son sırada yer aldı. “Azərsun Holdinq” və onun istehsal etdiyi məhsullar isə bütün bunların fövqündə dayanırdı. Nədən ki, şirkət fəaliyyətini ümummilli lider Heydər Əliyevin “Azərsun Holdinq”in qurucusu Abdolbari Goozalı qəbul edərəkən qeyd etdiyi kimi fəaliyyətini düzlük üzərində qurmuşdu.

Yeni salınan yollarda sınaq yürüşlər keçirilir

16 İyun 2017 14:25

Füzuli meydanı və Təzəpir məscidi kompleksi ətrafında aparılan işlər çərçivəsində yeni salınan və yenidən qurulan yollarda hərəkətinin rahat və maneəsiz təşkili üçün "Azəravtoyol" ASC və Bakı Nəqliyyat Agentliyi avtonəqliyyat vasitələrinin sınaq test yürüşləri keçirilir. Bu barədə məlumatı “OLAYLAR”-a "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli verib. Onun sözlərinə görə, sınaq yürüşlərin keçirilməsində məqsəd layihə üzrə yenidən qurulan və yeni salınan yollarda hərəkətin təşkilini real şəraitdə yoxlamaq və çatışmazlıqları aradan qaldırmaqdır.

"Ermənistan kimi monoetnik dövlət Dayanıqlı İnkişaf Məqsədlərini necə həyata keçirə bilər?"

16 İyun 2017 14:21

Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün bu gün monoetnik dövlətlərin yaranmasının qarşısı alınmalıdır. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlı Bakıda "Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq" mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Rusiya Ali Məhkəməsi beynəlxalq terror təşkilatları ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşının həbs müddətini artırıb

16 İyun 2017 14:08

Rusiya Ali Məhkəməsi Azərbaycan vətəndaşı Ramil Mirzəmovun həbs müddətini artırıb. Məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, 4 tələbəni İraq və Suriyadakı beynəlxalq terror təşkilatlarına cəlb edən R. Mirzəmov 8 il əvəzinə 8 il 4 ay həbsdə olacaq.

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır”

16 İyun 2017 13:45

Son illərdə təhsil siyasətinin ən mühüm məsələsi yeni dərsliklərin yazılması məsələsidir. Hər zaman diqqət mərkəzində olan bu strateji sahənin zaman-zaman ortaya çıxan problemləri ictimaiyyətin hər bir təbəqəsini narahat edir. Tədris olunan fənlər içərisində əhəmiyyətinə görə milli dəyərlərimizin, soykökümüzün və tarixi keçmişimizin öyrədilməsinə xidmət edən “Azərbaycan tarixi” fənni xüsusi yer tutur. “Azərbaycan tarixi” dərslikləri digər dərsliklər kimi artıq 2012-ci ildən yenidən yazılaraq tədris dövriyyəsinə buraxılır.

Mikayıl Cabbarov: "Startap layihələrinin icrası gənclərə və ali məktəblərə yeni imkanlar yaradır"

16 İyun 2017 13:37

Universitetiərdə startap layihələrinin icrası gənclər və ali məktəblərin özləri üçün yeni imkanlar yaradır. Bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Startap və İnnovasiya Festivalında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib. M.Cabbarov qeyd edib ki, universitetlərdə icra olunan startap layihələri kreativ, sahibkarlıq ruhu ilə yaşayan gənclərə yol açır: "Digər tərəfdən, bu, universitetlərə özlərinin biznes potensialını göstərməyə imkan verir. Biz hu layihələri Azərbaycanın gələcəyinə yönəlmiş investisiya kimi qəbul edirik. Biz ali məktəblərlə bu yolun başlanğıcındayıq. Biz ali məktəblərlə birlikdə belə layihələrlə bağlı vahid milli platfotmadan çıxış etməliyik".

Bakının elit çimərliklərində qiymətlər - SİYAHI

16 İyun 2017 13:35

Həftəsonu istirahət məkanları sırasında aquaparklar aktuallaşıb. Onların üstünlüyü odur ki, insanlar həmin məkanlarda bir günlük istirahət etmək imkanı qazanırlar.

“Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri”  mövzusunda konfrans keçirilib

16 İyun 2017 13:28

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə  (MİTDİB)  iyunun 16-da Bakı  şəhərində “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri”  mövzusunda konfrans  keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirə KİV,  QHT nümayəndələri, internet-sosial şəbəkə  fəalları qatılıblar.

“Gənc ailələrdə ailədaxili münasibətlər, milli-mənəvi dəyərlər və müasirlik!” adlı konfrans keçiriləcək  

16 İyun 2017 13:25

Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə şimal zonasında “Gənc ailələrdə ailədaxili münasibətlər, milli-mənəvi dəyərlər və müasirlik!” adlı konfrans keçiriləcək.

Ali məktəblərdə 1-2 akademik borcu olan oğlan tələbələrin hərbi xidmətlə bağlı problemləri həll olunub

16 İyun 2017 13:24

Bu ildən ali məktəblərdə 1 və ya 2 akademik borcu olan oğlan tələbələrin hərbi xidmətlə bağlı yaranan problemləri həll olunacaq. Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev bildirib ki, əvvəllər oğlan tələbələrin tədris müddətində akademik borcları qalırdısa, onlar həmin borcu hərbi xidmətdən sonra vermək məcburiyyətində qalırdı.

Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları dəyişdirilib

16 İyun 2017 13:01

“Azərbaycanda ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişikliklər edilib”. Bu barədə Təhsil Nazirliyində keçirilən brifinqdə nazirliyin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib. O bildirib ki, Təhsil Nazirliyində Nazirlər Kabinetinin qərarına əsasən, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 24 dekabr tarixli qərar dəyişdirilib.

Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib 

16 İyun 2017 12:58

Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, keçidin istifadəyə verilməsi mərasimində "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri iştirak ediblər.

GUAM-ın işçi qrupunun növbəti iclası keçirilir

16 İyun 2017 12:58

Cari ilin sentyabr ayında Yaponiyanın Tokio şəhərində keçiriləcək “JATA” beynəlxalq turizm sərgisi çərçivəsində ölkəmizin GUAM təşkilatına üzv ölkələrlə birgə iştirakı nəzərdə tutulub. ”OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, bununla əlaqədar 15 – 16 iyun tarixində Ukraynanın Kiyev şəhərində adıçəkilən təşkilat mədəniyyət və turizm üzrə işçi qrupunun növbəti iclasını keçirməkdədir. Qeyd edilən tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva və Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev təmsil edir.

Amerikalı alimlər Əlyazmalar İnstitutunda

16 İyun 2017 12:51

Amerikalı alimlər Əlyazmalar İnstitutunun fondunda qorunan əski mətbuat nümunələri ilə tanış olublar. Akademiyadan “Olaylar” – a bildirilib ki, ABŞ-ın Kanzas Universitetinin alimləri - Levis Mennerik və Mehrəngiz Nəcəfizadə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

AMEA-nın Direktorlar Şurasının  iclası

16 İyun 2017 12:51

AMEA-nın elmi müəssisələrinin Direktorları Şurasının iclası keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbirdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, institut və təşkilatların direktorları, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları iştirak ediblər. AMEA-nın prezidenti, akademik Akif Əlizadə  gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Birinci məsələ AMEA-nın magistraturasının ilk buraxılışı və magistraturaya növbəti qəbul haqqında olub. Alim qısa zaman ərzində Akademiyanın təhsil sahəsində əldə olunan uğurlarından danışıb.