Sosial
ŞOK: Stressli peşələr sonsuzluq yaradır
Stressli peşələrdə çalışan kişilərdə sperma səviyyəsi aşağı olur. Çörəkçilər, dönərçilər, aşpazlar, hamam və saunada çalışanlar, qızıl-gümüş istehsalı ilə məşğul olanlar, uzun yol sürücüləri, radioterapiya kimi şüa əhatəsində çalışan tibb işçiləri, həşəratların dərmanlanması və kimyəvi maddələr istehsal edilən fabrik-zavodlarda çalışan kişilər sonsuzluq təhlükəsi daşıyırlar.
Ali təhsili olmayanlarda ürək-damar xəstəliyinə tutulma riski daha çoxdur
Ali təhsili olmayan adamlarda ürək-damar xəstəliyinə tutulma riski daha çox olur. Belə qənaətə iqtisadi və sosial elmləri müdafiə edən Şuranın (Economic and Sosial Research Council, ESRC) alimləri gəliblər. Bu haqda Medicalxrepss yazır.
Xanımlar kişiləri bu üsulla yoldan çıxarır - Bürclərin inanılmaz BACARIQLARI
Hər bir qadının öz enerjisi və özü də hiss etmədən istifadə etdiyi sehrbazlıq qüvvəsi var. Bu yazıda oxucuları güclü enerjiyə və təsiretmə qüvvəsinə malik olan qadın Zodiak işarələri ilə tanış edib.
Politoloq qaçqın və məcburi köçkünlərdən danışdı
“Dünyada qaçqın məsələsi illərdir ki, müzakirə olunmur və diqqətə alınmırdı. Ancaq son illər Yaxın Şərqdən və bəzi ərəb dövlətlərindən Avropaya insanların qaçqın kimi axın etməsi və sığınacaqlar istəməsi Qərbə və demək olar ki, dünyaya qaçqın probleminin nə olduğunu yada salmış oldu”. Bunu politoloq Ramiz Alıyev deyib.
Xəzərdə batan modelin ölümü ilə bağlı cinayət işi başlanıldı
Xəzər dənizində batan azərbaycanlı model Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qaradağda 6 otaqlı ev yandı
Paytaxtda vətəndaşa məxsus 6 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 25 m2 sahədə yanıb.
Azərbaycanda məlumat azadlığı yüksək səviyyədə təmin olunub
Azərbaycanda vətəndaşların insan hüquq və azadlıqlarının təmin olunmasına ciddi önəm verilir. Demokratiyanın əsas prinsiplərindən hesab olunan söz və fikir azadlığa da bu hüquqların tərkib hissəsi hesab olunur. Hazırda dünya ölkələrinin maraq dairələrində olan məsələlərdən biri də insanların azad və sərbəst şəkildə məlumat əldə etməsi ilə bağlıdır. Etiraf edilməlidir ki, dünyanın bir çox ölkələrində bu sahədə ciddi problemlər yaşanmaqdadır. Azərbaycanda isə məlumat azadlığı qanunvericiliklə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Bu isə o deməkdir ki, ölkə vətəndaşları təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər əldə etmək hüququna malikdirlər. Bundan başqa, Azərbaycanda məlumat azadlığı haqqında qanun qəbul edilib.
“Teorem.az” mobil təhsil platformasından ilk olaraq Azercell abunəçiləri istifadə edə biləcəklər
Bu gün Azercell şirkətinin dəstəyi ilə TEOREM - Test və Onlayn Repetitor Mərkəzinin təqdimatı keçirilib. Təqdimat mərasimində Teorem.az internet resursu və eyniadlı mobil tətbiqlər təqdim edilib. Təqdimat mərasimində ölkənin təhsil və İKT ictimaiyyətinin nümayəndələri, dövlət və özəl sektorun təmsilçiləri iştirak ediblər.
Bakıda avtobusda 3 min manatlıq tapıntı - Yiyəsi axtarılır
Bakıda avtobusda 3 min manat dəyəri olan noutbuk tapılıb. Bu gün səhər saatlarında "BakuBus"a məxsus 99-JH-319 dövlət nömrə nişanlı avtobusda (Hava Limanı ekspress xətti üzrə hərəkət edən) xarici vətəndaşa məxsus olduğu güman edilən Apple MacBook Pro noutbuku unudulub.
Xaricdə təcrübə keçən gənc alimlər Azərbaycan elminə mühüm töhfələr verəcək
AMEA-nın İdarəetmə Sistemləri, Fizika, Kataliz və Qeyri-üzvi Kimya, Coğrafiya, Genetik Ehtiyatlar, Geologiya və Geofizika institutları, o cümlədən Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları xarici ölkələrdə təcrübə keçiblər. Alimlər ABŞ, Almaniya, Fransa, Tayvan, Polşa və Türkiyədə keçirilən təqaüd proqramları, təlimlər, həmçinin müxtəlif layihələrdə iştirak ediblər. AMEA-nın prezidenti, akademik Akif Əlizadə xaricdə təcrübə keçmiş gənc tədqiqatçılarla görüşüb.
Bakcell Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr edilmiş yarış keçirib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər arasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr edilmiş atıcılıq üzrə yarış keçirib.
“QHT-lərin mədəniyyətin davamlı inkişafında rolu” müzakirə edilib
Mədəniyyət və Turizm Nazirliyinin QHT-lər ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə “Qeyri-hökumət təşkilatlarının mədəniyyətin davamlı inkişafında rolu” mövzusunda İsmayıllı şəhərində regional müşavirə keçirilib.
Azərbaycanlı idmançıə rinqə “Qarabağ Azərbaycanındır” şüarı ilə çıxacaq
İyulun 1-də İstanbulda Dünya Çempionlar King Boks Gecəsi keçiriləcək. “OLAYLAR”-a Beynəlxalq Diaspora Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, final yarışında əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Sinan Ulutürk Azərbaycan bayrağı ilə “Qarabağ Azərbaycanındır” şüarı və Beynəlxalq Diaspor Mərkəzinin (BDM) loqosunu əks etdirən köynəklə rinqə çıxacaq. Qeyd edək ki, dünya çempionu olan Sinan Ulutürk BDM-in Türkiyə fəallarındandır. Möhtəşəm idman yarışında fərqli dünya ölkələrindən beynəlxalq yarışlara imza atan təcrübəli idmançılarla birlikdə çoxsaylı qonaqlar və dünya ulduzları iştirak edəcək. Keçiriləcək yarışı izləmək üçün BDM sədri dr. İsmayıl Ağayev sabah İstanbula səfər edəcək.
İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyi və İranın Bakıdakı Səfirliyinin Mədəniyyət Mərkəzi arasında əldə olunmuş razılığa əsasən 3-9 iyul tarixində qonşu ölkədə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.
“Azərbaycanda Xristianlıq: keçmişdən bu günə” adlı kitab nəşr olunub
Xristianların Azərbaycandakı zəngin tarixi irsini və ənənələrini işıq üzünə çıxarmaq, eləcə də ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant ənənələri təbliğ etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycanda Xristianlıq: keçmişdən bu günə” adlı kitab nəşr olunub. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, dini icmalara maliyyə yardımının göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, çap edilmiş kitabın müəllifi Dövlət Komitəsinin Dini təhsil sektorunun müdiri Anar Əlizadədir.














