Sosial
"Leylanın əməliyyatı uğurlu keçdi, lakin..." - "Zəfəran Hospital"
"Zəfəran Hospital"da liposaksiya (piy sovurma) əməliyyatına girən 22 yaşlı model Leyla Oruclunun ölüm səbəbini dəqiq bilmək üçün ekspertizanın rəsmi rəyini gözləyirik. Yalnız bundan sonra mətbuata açıqlama veriləcək.
Hidrometeoroloji müşahidə sisteminin modernləşdirilir
İqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri müntəzəm olaraq davam etdirilir.
Deputat: “Şahidlərin ifadələrində dövlətə meydan oxunması hallarına rast gəlinsə də, tədbir görülmür”
Milli Məclisin iyunun 30-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bəzən məhkəmə proseslərində şahid ifadələrində dövlətə meydan oxunması hallarından narahatlığını bildirib.
MM bir sıra hakimlərin namizədliyini təsdiqləyib
Milli Məclisin (MM) bu gün keçirilən iclasında müxtəlif məhkəmə instansiyalarına hakimlərin təyinatı ilə bağlı məsələyə baxılıb. “Olaylar”ın məlumatına görə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə MM-ə daxil olan məsələ barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
İyul ayının hava proqnozu
İyul ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 24-28 dərəcə isti (gecələr 22-27, gündüzlər 29-34, bəzi günlərdə 36-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 2-3 mm) olacağı gözlənilir.
Əmək Nazirliyi tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri Bakı Biznes Universitetində keçirilib.
Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, kollegiyada məhkəmə-hüquq sahəsində həyata keçirilən işlərə dair geniş prezentasiya nümayiş etdirilib.
Aliment verməkdən boyun qaçıranların işi çətinləşir
Azərbaycanda alimentlə bağlı məhkəmə qərarların dərhal icra olunması ilə bağlı daha bir dəyişiklik edilir. Bununla bağlı "İcra haqqında" qanuna əlavə təklif edilir. Qanunun 13-cü maddəsinə (İcra sənədlərinin icraya yönəldilməsi müddətləri) təklif edilən yeni bəndə əsasən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəldilir. Həmin maddəyə təklif edilən digər bəndə əsasən isə, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəldilməlidir.
Fondun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib
İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Fondun icraçı direktoru Vüqar Səfərli və Müşahidə Şurasının yeni təyin olunmuş üzvləri iştirak ediblər.
Burak Özçivitlə Fahriye Evcenin toyunda nələr baş verdi? - FOTO/VİDEO
Yaşıl çayın bilmədiyiniz faydaları
Yaşıl çay nəinki insanı cavan saxlayır və arıqladır, həm də immun sistemini möhkəmlədirir. Lakin onun tərkibinə daxil olan maddələrdən biri qanda olan immuniteti tənzimləmə funksiyasını yerinə yetirən T-limfositlərinin (leykositlərin bir növüdür) sayını artırır. Bunu Oreqon (ABŞ) ştatının universitetinin Linus Paulinq institutunun tədqiqatçıları müəyyənləşdiriblər.
Xəbərdarlıq: Dar cins şalvar ayaqlarda sinir sıxılmasına səbəb olur
Bu gün cins geyinməyən yoxdur bəlkə də. Xüsusən də dar cins şalvarlar dəbdən düşmək bilmir. Amma dəb də gərək yaraşa və sağlamlığa faydalı ola. Belə ki, ABŞ mütəxəssisləri dar cins şalvar geyinən qadınlara xəbərdarlıq edib. Onlar bu geyimin ayaqlarda sinir sıxılmasına səbəb olduğunu vurğulayıblar.
Özünü xoşbəxt hiss edən insanlar daha çox yemək yeyirlər...
Stressdən kökəldiyini deyənlərin yalanı ortaya çıxdı. Hollandiyalı psixoloqlar apardıqları araşdırmalar zamanı maraqlı nəticələr əldə ediblər. Belə ki, 87 tələbənin üzərində aparılan təcrübə özünü xoşbəxt hiss edən insanların daha çox yemək yediyini ortaya çıxarıb.
Xəstələnməmək üçün bu qaydalara əməl edin!
Biz həyatımızla pis zarafat edirik, məsələn, siqaret çəkirik, alkoqollu içkilər içirik, bütün günü oturaq işlə məşğul oluruq, kompüterdən və ya televizordan asılırıq. Statistikaya əsasən, xəstəlik baş ağrıları və gözlərin yorğunluğu olan insanları daha tez tapır. Hərəkətsizlik, qan dövranının zəifləməsi, yorğunluq xəstəliyə yoluxmanı asanlaşdırır. Allergiya və digər xroniki xəstəliklər orqanizmi zəiflədir.
Çiyələk dişlərin ağardılmasına kömək edir
Alimlərə görə, hamının sevdiyi giləmeyvə olan çiyələk diş minasına ağardıcı təsir edir. İndi klinikalarda süni yolla dişləri ağartmağa çoxlu pul xərcləmək lazım deyil. Bu gözəl meyvəni dadmaq kifayətdir. Bunun sirri diş minasının üst qatını təmizləyən alma turşusundadır. Çiyələyi fasiləsiz və kiloqramlarla yemək lazım deyil. Əks halda o, diş minasını məhv edərək zərər yetirə bilər.








.jpg)





