Sosial

Nazir vətəndaşları qəbul etdi

6 İyul 2017 21:26

İyulun 6 -da Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Balakən şəhərində yerləşən Mədəniyyət Mərkəzində Balakən, Qax, Zaqatala və Şəki rayonlarında yaşayan vətəndaşlarla görüşüb. Nazirlikdən "Olaylar" -  a bildirlib ki, qəbul zamanı 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya və s. məsələlərlə bağlı olub. 

Hamilələrə maşın sürmək olar? - XÜSUSİ QAYDALAR

6 İyul 2017 19:25

Qadınların əksəriyyəti maşın sürməkdən böyük zövq alırlar. Onlar sükan arxasında oturarkən özlərini çox rahat və xoşbəxt hiss edirlər. Bəs hamiləlik zamanı maşın sürmək olamı?

Tez-tez əllərinizi yuyursunuz, evi yığışdırırsınızsa... Sizdə bu pozulma ola bilər!

6 İyul 2017 19:09

Təmizlik, səliqə insanın ən gözəl xüsusiyyətlərindəndir. Lakin bəzən bu xüsusiyyətlər çox qabarıq, anormal forma alır ki, bu halda söhbət artıq obsessiv-kompulsiv psixiki pozulmadan gedir.

Doğum zamanı daha bir ana ÖLÜMÜ

6 İyul 2017 17:39

Bu gün səhər saatlarında Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında ana ölümü baş verib. 19 yaşlı Aysel Nemətovanı dünyasını dəyişib. Səhiyyə Naazirliyinin baş mama-ginekoloqu, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc MəmmədovaPublika.az-a açıqlamasında bildirib ki, bu qadının ilk hamiləliyi olub: “Hamiləliyin 39-40-cı həftəsində o, normal doğuş ağrıları ilə müraciət edib. 3 kq 700 qram-lıq oğlan uşağı dünyasını dəyişib. Uşaq sağ-salamatdır. Qadın zahılığın 5-ci günündə dünyasını dəyişib. Aysel Nemətova ağır formalı preeklampsiya xəstəliyindən əziyyət çəkib. Lakin gecikmiş mərhələdə xəstəxanaya müraciət edib. Buna görə də həkimlərin bütün səylərinə baxmayaraq onun xilas etmək mümkün olmayıb”.

Gənc qadın özünü bulvarda dənizə atdı - AİLƏ PROBLEMİ

6 İyul 2017 17:21

Bakıda gənc qadın özünü dənizə atıb. Xətai  rayon sakini 1989-cu  il  təvəllüdlü Şəhla Mirzəyeva (ad şərtidir) Neftçilər  prospekti 16-nın qarşısında - Dənizkənarı  Milli  Parkda  intihar  məqsədi  ilə  özünü  dənizə  atıb. Ərazidəki polis əməkdaşları onu xilas ediblər. Ş.Mirzəyeva izahatında bildirib ki, ailə vəziyyəti ilə əlaqədar intihar etmək istəyib.

"Atılan uşaqları anasına verməyəcəyik" - Sığınacaqdan qərar 

6 İyul 2017 17:08

Nənəsi tərəfindən atılan üç uşağın anası Xəyalə Kərimovadan yeni məlumat var. Azərbaycan Uşaqlar birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akifli "Olaylar" - a açıqlamasında bildirib ki, onlara ananın Bakıda işləməsi ilə bağlı məlumat verilib:   "Aldığımız məlumatda bildirlir ki, qadın Abşeron rayonunda mağazada satıcı işləyir. Onun işlədiyi yerdən fotosunu da çəkib bizə atıblar. Ancaq dəqiq ünvan verilməyib. Bunun üçün də həmin yerə hüquq-mühafizə orqanları göndərə bilmərik. Məlumatı verən həmin şəxsdən ünvanı dəqiqləşdirməsini istəmişik. Verilən məlumat dəqiq olmazsa, o şəxsin özü barəsində araşdırma aparılacaq".   Uşaqların artıq sığınacaq mühitinə adaptasiya olduğunu deyən V.Akifli bildirir ki, onlar üçün hələ psixoloji reabilitasiya mərhələsi başlanmayıb: "Çünki olaylar hələ yeni yaşanıb, belə uşaqlarda da hər zaman qorxu olur və biz istəyirik ki,  baş verənlər barədə onların özləri danışmağa başlasın, mühitə tam adaptasiya olmalarını gözləyirik. Uşaqlar 2 qız və bir oğlandır. Qızlardan birinin 3, digərinin 7, oğlanın isə 6 yaşı var".

Naxçıvanlı alimin  monoqrafiyası Ukraynada nəşr olundu

6 İyul 2017 16:39

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu və Poltava Dövlət Texniki Universitetinin birgə əməkdaşlığı nəticəsində “İqtisadiyyatın enerji effektivliyi: problemləri bu gün və sabah” adlı monoqrafiya Ukraynada nəşr edilib.

Ov tüfəngini polisə könüllü təhvil verdi

6 İyul 2017 16:06

Masazər sakini odlu silahı polisə təhvil verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Masazır qəsəbə sakini Ataxan Ataxanov "TOZ-8" markalı ov tüfəngini könüllü olaraq Zəngilan RPŞ-yə təhvil verib.

Şirvanda Gənclər Evi açılıb

6 İyul 2017 16:01

Şirvan şəhərində yeni inşa edilmiş “Gənclər evi” nin açılış mərasimi keçirilib. “OLAYLAR” -a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirilib ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev və digər rəsmilər iştirak ediblər.

Siyasi plüralizm məkanı

6 İyul 2017 15:48

Azərbaycan 25 ildən artıqdır ki, müstəqil respublika kimi fəaliyyət göstərir. Birmənalı olaraq ölkəmiz müstəqillik əldə etdikdən sonra müstəqilliyinin əsas prinsip və normalarını özündə tətbiq etməyə, onları inkişaf etdirməyə başlayıb. Hər kəsə məlumdur ki, müstəqil, demokratik bir respublikaya xas olan başlıca xüsusisyyətlər həmin ölkədə fikir, söz və məlumat azadlığının təmin olunması, plüralizmin inkişaf etdirilməsidir. Mübaliğəsiz olaraq qeyd edə bilərik ki, qeyd edilən pinsiplər günümüzdə Azərbaycanda ən yüksək səviyyədə qorunur, inkişaf etdirilir.

Tütün istehsalı azalıb, spirt isə artıb

6 İyul 2017 15:43

Azərbaycanda tütün istehsalı kəskin azalıb. “Olaylar” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə tütün məmulatlarının istehsalı  38,6 faiz azalıb. Belə ki, carı ilin yanvar-may aylarında cəmi 14.1 milon manatlıq tütün məmulatları istehsal olunub. Lakin tütün məmulatlarının istehsalında azalmanı içki istehsalındadı artımla kompensasiya edilir. Bu ilin birinci yarımilliyində içki istehsalı 78.3 milyon manat təşkil etməklə 37,4 faiz artım müşahidə olunub.

Maliyyə Monitorinqi Xidməti 3 nəfərin adını "qara siyahı"dan çıxardı

6 İyul 2017 15:14

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə" Sanksiya Komitəsinin iyulun 3-də qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.

"Azərbaycan multikulturalizmi" fənni Almaniyada

6 İyul 2017 15:11

Multikulturalizm Mərkəzinin  "Azərbaycan multikulturalizmi" fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hal-hazırda sözügedən layihə çərçivəsində respublikamızın 38, dünyanın 15 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir. Mərkəzdən “Olaylar” – a bildirilib ki, bu sıraya daha bir universitet də əlavə olunub. Hazırda Almaniyanın nüfuzlu Vürtsburq Universitetində mütəxəssis Samirə Adışova tərəfindən “Azərbaycan multikulturalizmi” fənninin tədrisi həyata keçirilir. Universitetin magistrlərindən ibarət qrupda seçmə fənn kimi tədris edilən Azərbaycan multikulturalizminin tədrisi prosesində almaniyalı tələbələrə ölkəmizdəki multikultural və tolerant mühit, milli-mənəvi dəyərlərimiz, müxtəlif etnik kökə və fərqli dini etiqada malik insanların əsrlərdir dinc yanaşı yaşaması haqqında ətraflı məlumat verilir. Kurs iyulun sonunda yekunlaşacaq.

Yeni qızdırma xəstəliyi təhlükəsi - Nazir tapşırıqlar verdi

6 İyul 2017 15:05

Səhiyyə naziri Oqtay Şirəliyev "Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb. Əmrdə bildirilib ki, Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə insan orqanizminin yoluxması əsasən gənə dişləməsi və yoluxmuş heyvanların qanı və digər bioloji mayeləri ilə sıx təmas nəticəsində baş verir. Son zamanlar respublikanın həmsərhəd dövlətlərində Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib.