Şirvanda Gənclər Evi açılıb

Şirvan şəhərində yeni inşa edilmiş “Gənclər evi” nin açılış mərasimi keçirilib. “OLAYLAR” -a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirilib ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev və digər rəsmilər iştirak ediblər.

Şirvan şəhərində yeni inşa edilmiş "Gənclər evi" nin açılış mərasimi keçirilib. "OLAYLAR" -a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirilib ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev və digər rəsmilər iştirak ediblər. Şirvan şəhər "Gənclər evi" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"na əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilmişdir. Şirvan şəhəri də daxil olmaqla, bu gün ölkədədə 39 "Gənclər evi" fəaliyyət göstərir. Qarşıdakı müddətdə daha 4 (dörd) gənclər evinin istifadəyə verilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31