Doğum zamanı daha bir ana ÖLÜMÜ

Bu gün səhər saatlarında Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında ana ölümü baş verib. 19 yaşlı Aysel Nemətovanı dünyasını dəyişib. Səhiyyə Naazirliyinin baş mama-ginekoloqu, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc MəmmədovaPublika.az-a açıqlamasında bildirib ki, bu qadının ilk hamiləliyi olub: “Hamiləliyin 39-40-cı həftəsində o, normal doğuş ağrıları ilə müraciət edib. 3 kq 700 qram-lıq oğlan uşağı dünyasını dəyişib. Uşaq sağ-salamatdır. Qadın zahılığın 5-ci günündə dünyasını dəyişib. Aysel Nemətova ağır formalı preeklampsiya xəstəliyindən əziyyət çəkib. Lakin gecikmiş mərhələdə xəstəxanaya müraciət edib. Buna görə də həkimlərin bütün səylərinə baxmayaraq onun xilas etmək mümkün olmayıb”.

Bu gün səhər saatlarında Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında ana ölümü baş verib. 19 yaşlı Aysel Nemətovanı dünyasını dəyişib.

Səhiyyə Naazirliyinin baş mama-ginekoloqu, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc MəmmədovaPublika.az-a açıqlamasında bildirib ki, bu qadının ilk hamiləliyi olub:

"Hamiləliyin 39-40-cı həftəsində o, normal doğuş ağrıları ilə müraciət edib. 3 kq 700 qram-lıq oğlan uşağı dünyasını dəyişib. Uşaq sağ-salamatdır. Qadın zahılığın 5-ci günündə dünyasını dəyişib. Aysel Nemətova ağır formalı preeklampsiya xəstəliyindən əziyyət çəkib. Lakin gecikmiş mərhələdə xəstəxanaya müraciət edib. Buna görə də həkimlərin bütün səylərinə baxmayaraq onun xilas etmək mümkün olmayıb".

S.Məmmədova onu da bildirib ki, qadının hamiləlik müddətində həkim müayinəsində olub-olmadığı məlum deyil:

"Hadisəni hüquq mühafizə orqanları araşdırır. Bu gün səhər saatlarında ana öləndən sonra bütün məlumatlar hüquq mühafizə orqanları tərəfindən araşdırma üçün götürülüb. Həmin məlumatlar bizə təqdim ediləndən sonra araşdırma apara biləcəyik. Bu zaman ölümün dəqiq səbəbi, bu vaxta qədər qadının hansı müayinələrdən keçməsi bəlli olacaq".

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31