Nazir vətəndaşları qəbul etdi
İyulun 6 -da Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Balakən şəhərində yerləşən Mədəniyyət Mərkəzində Balakən, Qax, Zaqatala və Şəki rayonlarında yaşayan vətəndaşlarla görüşüb. Nazirlikdən "Olaylar" - a bildirlib ki, qəbul zamanı 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya və s. məsələlərlə bağlı olub.
6 İyul 2017 21:26 Sosialİyulun 6 -da Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Balakən şəhərində yerləşən Mədəniyyət Mərkəzində Balakən, Qax, Zaqatala və Şəki rayonlarında yaşayan vətəndaşlarla görüşüb. Nazirlikdən "Olaylar" - a bildirlib ki, qəbul zamanı 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya və s. məsələlərlə bağlı olub.
Sakinlərin probleminə diqqətlə yanaşan nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən məsələlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.