"Azərbaycan multikulturalizmi" fənni Almaniyada
Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hal-hazırda sözügedən layihə çərçivəsində respublikamızın 38, dünyanın 15 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir. Mərkəzdən “Olaylar” – a bildirilib ki, bu sıraya daha bir universitet də əlavə olunub. Hazırda Almaniyanın nüfuzlu Vürtsburq Universitetində mütəxəssis Samirə Adışova tərəfindən “Azərbaycan multikulturalizmi” fənninin tədrisi həyata keçirilir. Universitetin magistrlərindən ibarət qrupda seçmə fənn kimi tədris edilən Azərbaycan multikulturalizminin tədrisi prosesində almaniyalı tələbələrə ölkəmizdəki multikultural və tolerant mühit, milli-mənəvi dəyərlərimiz, müxtəlif etnik kökə və fərqli dini etiqada malik insanların əsrlərdir dinc yanaşı yaşaması haqqında ətraflı məlumat verilir. Kurs iyulun sonunda yekunlaşacaq.
6 İyul 2017 15:11 SosialMultikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hal-hazırda sözügedən layihə çərçivəsində respublikamızın 38, dünyanın 15 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir. Mərkəzdən "Olaylar" - a bildirilib ki, bu sıraya daha bir universitet də əlavə olunub. Hazırda Almaniyanın nüfuzlu Vürtsburq Universitetində mütəxəssis Samirə Adışova tərəfindən "Azərbaycan multikulturalizmi" fənninin tədrisi həyata keçirilir. Universitetin magistrlərindən ibarət qrupda seçmə fənn kimi tədris edilən Azərbaycan multikulturalizminin tədrisi prosesində almaniyalı tələbələrə ölkəmizdəki multikultural və tolerant mühit, milli-mənəvi dəyərlərimiz, müxtəlif etnik kökə və fərqli dini etiqada malik insanların əsrlərdir dinc yanaşı yaşaması haqqında ətraflı məlumat verilir. Kurs iyulun sonunda yekunlaşacaq.
Qeyd edək ki, keçən semestr Almaniyanın Auqsburq Universitetində də "Azərbaycan multikulturalizmi" fənninin tədrisi həyata keçirilib.