Naxçıvanlı alimin  monoqrafiyası Ukraynada nəşr olundu

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu və Poltava Dövlət Texniki Universitetinin birgə əməkdaşlığı nəticəsində “İqtisadiyyatın enerji effektivliyi: problemləri bu gün və sabah” adlı monoqrafiya Ukraynada nəşr edilib.

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu və Poltava Dövlət Texniki Universitetinin birgə əməkdaşlığı nəticəsində "İqtisadiyyatın enerji effektivliyi: problemləri bu gün və sabah" adlı monoqrafiya Ukraynada nəşr edilib.

Bölmədən "Olaylar" - a bildirilib ki, İnstitutun İqtisadiyyat şöbəsinin müdiri Sevinc Cabbarovanın həmmüəllifi olduğu monoqrafiyada naxçıvanlı alimin "Naxçıvan Muxtar Respublikasının enerji effektivliyin xüsusiyyətləri" adlı məqaləsi öz əksini tapıb.

Məqalədə Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyi və enerji effektivliyi sahəsində idxaldan ixraca keçdiyi tarix, mövcud vəziyyət və inkişaf istiqamətlərindən bəhs edilir. S. Cabbarova məqalədə bərpa olunan və alternativ enerji mənbələrdən istifadənin bütövlükdə regionun enerji effektivliyinin artmasına gətirib çıxaracağını göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31