Sosial
“Mədəniyyət naminə elm”adlı seminar
Nəriman Nərimanovun xatirə muzeyində, həmin muzeyin və Elmi–Metodiki Mərkəzinin birgə təşkilatçılığı ilə “Mədəniyyət naminə elm” adlı növbəti elmi seminar keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, seminarda Metodiki Mərkəzin direktoru Asif Usubəliyev və əməkdaşları ilə yanaşı muzeyin direktoru Kamilə Hüseynova, “Rəy” Monitoring Mərkəzinin direktoru Rizvan Abasov, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov iştirak ediblər.
Zəhranın ölümündən öncəki son görüntüləri - VİDEO
İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində kənd sakinləri, 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.
İl ərzində 38 yeni quyu mədənçilərə təhvil verilib
2017-ci ilin iyun ayı ərzində SOCAR tərəfindən Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla 10450 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 10111 metri istismara, 339 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyun aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 73789 metr qazma işi görülmüşdür ki, bunun da 68007 metri istismara, 5782 metri isə kəşfiyyata aid olub. 2017-ci ilin iyun ayında qazmadan alınmış 8, il ərzində isə 38 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Uşaq Sığınacağı-reinteqrasiya mərkəzi sayəsində bir ailə bərpa edildi
“27 yaşlı Xansevərova Fatimə Ukraynada anadan olub və 2006-cı ildə Azərbaycan vətəndaşı ilə ailə həyatı qurub. Bu nigahdan onların 4 övladları dünyaya gəlib.01.04.2017 ci il tarixində azyaşlı uşaqları ilə birlikdə ailə münaqişəsi zəmnində fiziki zorakılığa məruz qaldığına görə Abşeron rayon polis bölməsinə müraciət edib və Abşeron rayon polis bölməsi tərəfindən Azərbaycan Uşaqlar Birliyinin nəznində Fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yönləndilib. X.Fatimə və və övladları müvəqqəti sığınacaqla təmin edildikləri gündən ilkin tibbi müayinədən keçirilmiş, geyim, qida, uşaqların asudə vaxtının təşkili, təhsil proqramları, psixoloji və hüquqi yardım ilə təmin ediliblər. İlkin tibbi müainə zamanı X.Fatimənin qızı X.Nəzrinin sol qulağında kəskin ağrılar aşkarlanaraq ərazi üzrə 20 saylı uşaq poklinikasında müalicə alaraq, dərman pereparatları ilə təmin edilib. Bununla yanaşı X.Fatimə və azyaşlı övladları Səhiyyə Nazirliyinin 1 saylı Dəri Zöhrəvi Dispanserində tibbi müayinədən keçirilib”. Bu sözləri Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinin rəhbəri Vasif Akifli "Olaylar" - a açıqlamasında bildirib.
Əflatun Amaşov QDİƏT-in İstanbulda keçirilən sessiyasında çıxış edib
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov iyulun 4-dən 6-dək İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyasında, 56-cı Büro və 49-cu Daimi Komitələrinin iclaslarında iştirak edir.
Qazax sakini Kürdə batıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Qazax rayonu, Birinci Şıxlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. FHN-dən “Olaylar”a verilən məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışına başlanılmışdır. Əlavə məlumat veriləcək.
Nazirlik dəhşətli yol qəzası barədə məlumat yaydı
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı minik avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olmuşdur. FHN-dən “Olaylar”a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxarmış və aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 00:29-da başa çatmışdır.
Monteneqronun dövlət idarəçiliyi naziri Azərbaycanda
Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfərin əsas məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə kimi “ASAN xidmət” modelinin Monteneqroda tətbiq edilməsi imkanları, qarşılıqlı əməkdaşlığın müzakirə edilməsidir. “ASAN” xidmətdən “Olaylar” – a bildirilir ki, səfər çərçivəsində Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti 3 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzləri, Səyyar ASAN xidmət, “ASAN radio”, “ASAN Təlim-tədris mərkəzi” və “ABAD” Sənətkarlıq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.
O məktub yadınızdadır?...
“Cənab prezident sizə qarabağ məktəblisi olan Adelin Avaqemyan yazır. Mən bu məktubu yazmaq barədə heç kim bilmir. Çox fikirləşdim yazım yoxsa yox. Qərara gəldim ki yazım. Mən Stepanakertə anadan olmuşam burda da yaşayıram.
Qızmar günəş şüalarının təsirindən necə qorunmalı?
Yay mövsümündə havanın və xüsusilə də dəniz suyunun hərarətinin yüksək olması çimərliklərə gedən insanların sayının artmasına səbəb olub. Günün çox hissəsini qızmar günəş altında çimərlikdə keçirmə, uzun müddət fasiləsiz işlə məşğul olma, yürüşlər etmə insanları gün və isti vurma kimi real təhlükələrlə üzləşdirir. Əhalinin belə təhlükələrdən müdafiəsi məqsədilə məlumatlandırma işinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, gün və isti vurma halları - insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir. Bu cür hallara ən çox uşaqlar, kök insanlar, ürək-damar və endokrin (daxili ifrazat) xəstəliklərindən əziyyət çəkənlər məruz qalır. Son zamanlar günəş ildən-ilə daha çox ultrabənövşəyi şüalar saçdığına görə gün və isti vurma faktları geniş vüsət alıb.
Güclü külək davam edəcək
İyulun 7-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Axşam dəyişkən buludlu olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Bağlı qapı arxasından meyit tapılıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1937-ci il təvəllüdlü Samayelova Roza Samayıl qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:01-də başa çatıb.
Məktəbəhazırlıq qrupları üçün dərs müddəti və tətil müddəti müəyyənləşdi
Yeni tədris ilində məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq. Bu, təhsil naziri Mikayıl Cabbarovun “Azərbaycan Respublikasının dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarının 2017-2018-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair “Qeydlər”də öz əksini tapıb.
Əmək Nazirliyi 14,5 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verib
Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin 14 506 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.
Səfir Şərqşünaslıq İnstitutunda
Səudiyyə Ərəbistanının Respublikamızdakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.




.jpg)









