“Mədəniyyət naminə elm”adlı seminar
Nəriman Nərimanovun xatirə muzeyində, həmin muzeyin və Elmi–Metodiki Mərkəzinin birgə təşkilatçılığı ilə “Mədəniyyət naminə elm” adlı növbəti elmi seminar keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, seminarda Metodiki Mərkəzin direktoru Asif Usubəliyev və əməkdaşları ilə yanaşı muzeyin direktoru Kamilə Hüseynova, “Rəy” Monitoring Mərkəzinin direktoru Rizvan Abasov, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov iştirak ediblər.
6 İyul 2017 15:00 SosialNəriman Nərimanovun xatirə muzeyində, həmin muzeyin və Elmi-Metodiki Mərkəzinin birgə təşkilatçılığı ilə "Mədəniyyət naminə elm" adlı növbəti elmi seminar keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, seminarda Metodiki Mərkəzin direktoru Asif Usubəliyev və əməkdaşları ilə yanaşı muzeyin direktoru Kamilə Hüseynova, "Rəy" Monitoring Mərkəzinin direktoru Rizvan Abasov, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov iştirak ediblər.
Seminarda Mərkəzin elmi katibi Hüseyn İbrahimov, Təbliğat və statistik araşdırmalar şöbəsinin metodisti Ceyhun Əhmədov, İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin metodisti Vüsalə Bəşirova, Mədəniyyət təsissatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin metodisti Nadir Məmmədov məruzələrlə çıxış ediblər.
Sonda Mərkəzin direktoru A.Usubəliyev qeyd edib ki, layihənin əsas məqsədi respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönləndirmək və mövcud sahədə çalışan əməkdaşların hazırlıq dərəcəsinin artırılmasından ibarətdir.