Əflatun Amaşov QDİƏT-in İstanbulda keçirilən sessiyasında çıxış edib

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov iyulun 4-dən 6-dək İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyasında, 56-cı Büro və 49-cu Daimi Komitələrinin iclaslarında iştirak edir. 

Deputat sessiyada təşkilata üzv ölkələrdə yeni və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı məruzə edib. Ə.Amaşov çıxışında qaldırılan məsələnin qurumun hələ ötən iclaslarında gündəmə gətirildiyini xatırladıb. Qara dənizin strateji əhəmiyyətindən söz açan deputat bildirib ki, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılmasında başlıca həlqə kimi qiymətləndirilən region onu əhatə edən təşkilatın daha effektiv fəaliyyət göstərməsini bir növ zərurətə çevirib. Mövcud xüsusda Azərbaycanın oynadığı rolu qabardan Ə.Amaşov ölkəmizin dünya enerji siyasətindəki mövqeyini qabardıb.

Deputat həmçinin bildirib ki, regionun təbii imkanları neft və qaz kimi ənənəvi enerji resursları ilə yanaşı alternativ mənbələrə də müraciət üçün imkan verir. Ancaq dünya ictimaiyyətini iqlim dəyişikliyi, ekoloji problemlər, yaşıllıqların qırılması və sair məsələlər də ciddi şəkildə narahat etməyə başlayıb. Mövcud amil Avropa Birliyi və digər mötəbər təşkilatların hesabatlarında əksini tapır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31