Səfir Şərqşünaslıq İnstitutunda

Səudiyyə Ərəbistanının Respublikamızdakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Səudiyyə Ərəbistanının Respublikamızdakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

İnstitutdan "Olaylar" - a bildirilib ki, institutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşdə qonaqlara elmi müəssisənin tarixi, strukturu və fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib. Ərəbşünaslıq sahəsində bir sıra aktual tədqiqatların aparıldığını deyən G.Baxşəliyeva Səudiyyə Ərəbistanının elm və təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığın hər iki tərəfə fayda verəcəyini söyləyib. Səfir çıxışında institutda görülən işləri yüksək qiymətləndirib və səmərəli əməkdaşlıq üçün hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib. Müsaid bin İbrahim əs-Süleym daha sonra müəssisənin ərəbşünas əməkdaşları ilə görüşüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31