Güclü külək davam edəcək
İyulun 7-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Axşam dəyişkən buludlu olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
6 İyul 2017 12:31 Sosialİyulun 7-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Axşam dəyişkən buludlu olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 20-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 75-85 % , gündüz 55-65% təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 31-36°, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacağı gözlənilir.