Sosial

Metroda qatarlar yay qrafiki ilə hərəkət edəcək 

7 İyul 2017 14:00

Yay mövsümünün başlanması Bakı Metropolitenində qatarların hərəkət qrafikində dəyişiklik edilməsi zərurətini yaradır. Çünki tədris mövsümünün başa çatması, həmçinin paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.

Əhalimizin tam yarısı siqaret çəkir

7 İyul 2017 13:58

“Aparılan hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 47%-i siqaret çəkir. Onlar orta hesabla gündəlik 15 siqaret çəkir”. “Olaylar” xəbər verir ki, bunu tütün məhsullarına qarşı verginin tətbiqi ilə bağlı Bakıda keçirilən seminarda Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi deyib. N.H.Naqvinin sözlərinə görə, tütündən istifadə həmçinin ölkə üzrə orta yaş həddini də azaldır: “Neft gəlirlərinin azaldığı bir vaxtda bu sahənin vergiyə cəlb edilməsi həm siqaretdən istifadəni azaldır, həm də büdcə daxilolmalarını artırır. Hazırda iqtisadi şoklar nəticəsində yoxsulluq dərəcələri artır. Tütün məmulatlarına verginin tətbiqi ilə bağlı islahatlar aparılmalıdır”.

Fiziki və hüquqi şəxslərin hesablarına nəzarət gücləndirilir

7 İyul 2017 13:36

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar vergi sistemindən də yan keçməyib. Ölkədə iqtisadi inkişafın dinamikliyinin təmini və sahibkarlığın formalaşması məqsədilə vergi qanunvericiliyinə edilən dəyişikliklər artıq nəticəsini verməkdədir. Bunula paralel olaraq vergi sistemində bir sıra yeniliklər tətbiq olunmaqdadır ki, artıq həmin mexanizmlər çoxsaylı xarici ölkələrdə sınaqdan çıxıb. Belə ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentində maliyyə institutlarının məsul şəxsləri üçün Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqinə start verilib. Maraqlıdır, sözügedən yenilik ölkə iqtisadiyyaına nə verəcək?

MTRŞ: Əvvəlki mövsümlərdəki qədər ciddi qanun pozuntuları və xoşagəlməz hallara rast gəlinmir

7 İyul 2017 13:32

"Cari yayım mövsümü bitmək üzrədir. Bir sıra seriallar, sosial layihələr sezon finalına çıxır. Görülmüş tədbirlər nəticəsində hazırda əvvəlki mövsümlərdəki qədər ciddi qanun pozuntuları, xoşagəlməz hallara rast gəlinmir. Lakin bu, monitorinqlərin intensivliyini azaltmır". Bunu  Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, yayda da monitorinqlər tam ciddiliyi ilə davam edəcək.

Bakıda güclü külək, rayonlarda leysan, dolu

7 İyul 2017 12:48

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Azərbaycana güclü hücum - Səfirlik ittihamlara cavab verir

7 İyul 2017 12:44

Dünən Azərbaycanın Bolqarıstandakı səfirliyi bəyanatla çıxış edərək, Bolqarıstan kütləvi informasiya vasitələrində guya Azərbaycanın diplomatik təyyarələri ilə Suriyaya silah daşınması ilə bağlı dərc olunmuş yazılara cavab verib.

Ermənilərin yaraladığı Sərvinaz Quliyevadan xəbər var

7 İyul 2017 11:42

Ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva bu gün Horadiz şəhər xəstəxanasına köçürüləcək. Bu barədə Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov məlumat verib.

AMEA- dan növbəti mənzil AÇIQLAMASI

7 İyul 2017 11:29

“Olaylar” AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyevin AMEA-da yaranmış mənzil problemi ilə əlaqədar açıqlamasını təqdim edir.  “AMEA ilə “Evrostroy-S” MMC arasında 14 noyabr 2012-ci il tarixində bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan AMEA-nın həmin yataqxanada yaşayan elmi işçilərinin köçürülməsi üçün mənzil ayrılması məsələsi barədə 23 iyun 2017-ci il tarixində mətbuatda geniş açıqlama yayılmışdı.

Ələt-Astara istiqamətində yeni yolun əsas hissəsinin tikintisi yekunlaşır

7 İyul 2017 11:20

Ələt-Astara istiqamətində yeni yolun əsas hissəsinin tikintisi yekunlaşır. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Yeni Ələt-Astara avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol boyu 692 dairəvi və düzbucaqlı su keçidinin, 69 yeraltı keçidin, 47 körpünün və 3 qovşağın tikintisi nəzərdə tutulub ki, sadalanan əksər mühəndisi qurğu artıq tikilərək istifadəyə tam hazır vəziyyətə gətirilib.

Paytaxtda 398 ədəd piyada keçidi normalara uyğun yerləşdirilməyib

7 İyul 2017 11:19

Paytaxt yollarında nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətinin təmin edilməsini şərtləndirən ən vacib məqam hərəkətin düzgün təşkil edilməsidir ki, Bakı Nəqliyyat Agentliyi də bu sahədə mövcud vəziyyətin öyrənilməsi, problemlərin aşkar edilərək aradan qaldırılması ilə bağlı mühüm tədbirlər həyata keçirməkdədir.

“ASAN Viza” sistemi yeniliklərin tətbiqinə başladı

7 İyul 2017 09:35

İyulun – 6 dan etibarən “ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı hazırlanmış dəyişikliklərin tətbiqinə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərmanına müvafiq olaraq tətbiqinə başlanılan bu yeniliklər bir neçə istiqamətdədir. Belə ki, 6 iyul 2017-ci il tarixdən etibarən sərhədkeçmə sənədi ilə elektron vizada qeyd edilən məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs məlumatlarda müvafiq düzəlişlər edərək vizanın təkrar alınması üçün evisa.gov.az internet səhifəsi vasitəsilə müraciət edə bilər. Qeyd olunan tarixdən elektron vizaların etibarlılıq müddəti ölkədə qalma müddəti 30 gün olmaqla 90 gün təşkil edir.

Nazir Oğuzda vətəndaşları qəbul edəcək

6 İyul 2017 21:31

 İyulun 7 - də Səhiyyə naziri Oqtay Şirəliyev Oğuz Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazirlikdən "Olaylar" - a bildirilib ki, nazir Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda  rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq. Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.