Sosial
Bu xəstəxanalar publik hüquqi şəxs olacaq - SİYAHI
Yaxın gələcəkdə ilkin mərhələdə publik hüquqi şəxs statusu alacaq tibb müəssisələrin bir neçəsinin adı məlum olub. Bununla bağlı açıqlama verən Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov siyahıda rayon mərkəzi xəstəxanalarının, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının, Respublika Talassemiya Mərkəzinin və bir neçə poliklinikanın yer aldığını bildirib.
Faciəvi şəkildə ölən modelin anasından ŞOK İDDİALAR - "Qızımı aldadıblar"
Model Leyla Oruclunun Bakıda özəl klinikalardan birində əməliyyat zamanı həyatını itirməsindən 15 gün ötür. Hadisənin üstündən günlər keçsə, bu mövzu mətbuatın və sosial şəbəkələrin gündəmindən çıxsa da, Leylanın ailəsinin yarası hələ də təzədir.
Nazirlik araşdırdı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Lüvəsər kəndi ərazisində qum-çınqıl karxanalarının qanunsuz fəaliyyət göstərməsi, ağacların susuzluqdan quruması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.
Sosial işçilər insan alveri qurbanları ilə necə davranmalı?
İnsan alveri qurbanlarının reabilitasiyasının təşkili, bu sahədə çalışan sosial işçilərin, psixoloq və tibb işçilərinin peşəkarlığının artırılması məqsədi ilə təlim keçirilib.
Qadınlara ailə büdcəsinin düzgün idarə olunması öyrədilir
“Ailə büdcəsinin düzgün idarə olunması” istiqamətində maarifləndirmə işinin aparılması məqsədi ilə Zaqatala rayonunda tədbir keçirilib. “Olaylar” xəbər verir ki, Zaqatalanın Dağlı kəndində baş tutan tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailə büdcəsinin düzgün idarə olunması” mövzusunda gənc xanımlar üçün təlimatlandırıcı təqdimatı nümayiş edilib.
Azərbaycanda və bəzi xarici ölkələrin məscidlərində Füzulidə öldürülən dinc sakinlər anılıb
Bu gün Azərbaycanda və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xaricdəki nümayəndəliklərində cümə xütbəsi ermənilərin qətlə yetirdiyi dinc Füzuli sakinlərinin xatirələrinə həsr olunub, erməni silahlılarının qətlə yetirdiyi 2 yaşlı Zəhra və nənəsi anılıb.
Misirli alim AYB – ə üzv seçildi
Misirli alim, Ayn Şəms Universitetinin dosenti, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami ElAydi Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib. Səfirlikdən “Olaylar” – a bildirilib ki, ona fəxri üzvlük vəsiqəsini Yazıçılar Birliyinin sədri, yazıçı Anar təqdim edib. Yazıçı Anar Misir və Azərbaycan arasında mədəni və ədəbi əlaqələrin inkişafı və genişləndirilməsi sahəsində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbərinin apardığı işləri yüksək qiymətləndirmiş və uğurlar arzuladı.
Təyyarədə 100 ədəd telefon aşkar edildi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, mobil telefonların Dubay-Tbilisi-Bakı marşrut xəttindən istifadə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi barədə əməliyyat məlumatına əsasən, Tbilisi-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı nəzarətə götürülüb. Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan vətəndaş “Yaşıl kanal” buraxılış sistemindən istifadə edib gömrük nəzarəti zonasından keçərkən gömrük əməkdaşları tərəfindən geri qaytarılıb və “Qırmızı kanal”a yönləndirilib.
Cavid Qurbanov avstriyalı depatatlara Zəhradan danışdı
Avstriya ilə dostluq qrupunun rəhbəri Cavid Qurbanov ölkəmizdə səfərdə olan Avstriya Parlamentinin deputatları ilə görüşüb. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, Cavid Qurbanov qonaqları səmimi salamlayaraq bildirdi ki, Azərbaycanla Avstriya əlaqələri hələ ilk Demokratik Respublikanın mövcud olduğu vaxtlardan da qədimdi.
Səyyar ASAN xidmət İsmayıllı və Lerikdə
Səyyar ASAN xidmət 7 – 31 iyul tarixində İsmayıllı və Lerik rayonlarında vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar avtobuslar 28 avqust Xaçmaz şəhərində, 8 avqust Yevlax rayonunun Xaldan şəhərində, 13 avqust Abşeron rayonunun Qobu qəsəbəsində, səyyar “ASAN qatar” isə 19 iyul Balakən şəhərində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Səlim Müslümov 5 rayonun sakinləri ilə görüşüb
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Astara rayonunda bu rayonun və Lənkəran, Yardımlı, Masallı, Lerik rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Avropa Şurasının nümayəndə heyəti Fondun qonağı olub
İyulun 7-də Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitəsinin nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisində icraçı direktor Vüqar Səfərli və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşüblər.
Salam apar balaca mələk... -VİDEO
Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Vasif Akifli erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində amansızcasına qətlə yetirilən iki yaşlı Zəhra Quliyevanın məzarını ziyarət edib. Vasif Akifli sosial şəbəkə vaistəsilə öz təəsüratlarını bölüşüb. “İki gündür mən Zəhrayam deyirdim... Utandım... gəlib görəndə anladım. Anladım ki, mən nəinki Zəhra heç bu kəndin bir sakini belə deyiləm... Utandım! Balaca məzarından, yasındakı izdihamdan, rəsmindəki baxışından utandım... Mən Zəhra ola bilmərəm... Zəhra olmaq üçün mənə də mərmi dəyməlidir, mənim də nənəm ölməlidir, atam yası - yasa qatıb, anam ağı deməlidir... Mənim də qonşularım başında qara yaylıq şaxsey deməlidir. Mən Zəhra ola bilmərəm... vallah ola bilmərəm... Sən nələr çəkdin körpə bala... nələr çəkdirdin... Hamı Sən deyir... Sən ağlayır... Sənə qıyanın Zəhrasınamı diləyim bu dərdi? Səni vuranın balasınamı diləyim bu şəri... Ağrıdır Zəhra!!!
Nəsimi rayon məktəblilərinin maraqlı yay tətili günləri
Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb.
“PSK 48” sərnişin gəmisi tərsanəyə qaldırılıb
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donnmasına məxsus “PSK 48” sərnişin gəmisi tərsanəyə qaldırılıb. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, tərsanə təmiri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılır. Təmir müddətində gəminin kinqston və kinqston qutuları sazlanacaq. Sualtı və suüstü hissələri pas və dəniz bitki örtüyündən təmizlənərək rənglənəcək. Həmçinin “PSK48” -in sükan və avar qurğularının təmiri də nəzərdə tutulub. İşlər başa çatandan sonra gəmi registr yoxlanışından keçiriləcək.














