Səyyar ASAN xidmət İsmayıllı və Lerikdə
Səyyar ASAN xidmət 7 – 31 iyul tarixində İsmayıllı və Lerik rayonlarında vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar avtobuslar 28 avqust Xaçmaz şəhərində, 8 avqust Yevlax rayonunun Xaldan şəhərində, 13 avqust Abşeron rayonunun Qobu qəsəbəsində, səyyar “ASAN qatar” isə 19 iyul Balakən şəhərində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
7 İyul 2017 15:00 SosialSəyyar ASAN xidmət 7 - 31 iyul tarixində İsmayıllı və Lerik rayonlarında vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Səyyar avtobuslar 28 avqust Xaçmaz şəhərində, 8 avqust Yevlax rayonunun Xaldan şəhərində, 13 avqust Abşeron rayonunun Qobu qəsəbəsində, səyyar "ASAN qatar" isə 19 iyul Balakən şəhərində vətəndaşların xidmətində olacaqlar.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.