Sosial
İntensiv hərəkət insan ömrünü daha da uzadır...
Hamıya çoxdan məlumdur ki, müntəzəm surətdə velosiped sürmək sağlamlığa və ömür uzanmasına müddətinə yaxşı təsir göstərir. Kopenhagendəki Bispebjerg Universitet xəstəxanasının professoru Piter Şnorun rəhbərliyi ilə alimlər bu mövzuda maraqlı tədqiqat aparıblar.
Yorğunluğunuzun səbəbini boşqabınızda axtarın - 5 MƏHSUL
Yorğunluq, xüsusilə qida qəbulundan sonra süstlük kimi hallarla tez-tez rastlaşırıq. Heç bir fiziki və zehni əməklə məşğul olmadan, ən əsası, gecənin normal istirahətindən sonra belə, xoşagəlməz hallar yarananda səbəbini heç cürə aydınlaşdıra bilmirik.
Bunu bilirdiniz?-Bal yanıqları sağaldır
Alimlərə görə, bal yüngül və aşağı dərəcəli yanıqları yumşalda və sağalda bilir. Bu, yanıqları ənənəvi müalicə üsullarının alternativi ola bilər. Yeni Zelandiyadakı Oklend universitetində klinik sınaqların tədqiqi şöbəsinin aparıcı tədqiqatçısı, doktor Endrü Cul təsdiq edir ki, “biz bu nəticələrə ehtiyatla yanaşırıq, lakin deyəsən bal bəzi tip yanıqlarda sağalmanı sürətləndirməyə kömək edə bilər”.
Gün yanıqlarına qarşı ən yaxşı MÜALİCƏ ÜSULLARI
Çimərlik mövsümündə gün yanıqları problemi çox aktual olur. Alov və ya kimyəvi maddələrdən olan yanıqlardan fərqli olaraq, gün yanıqları özünü dərhal büruzə vermir, insanı "aldadır". Yalnız çimərlikdən evə qayıtdıqdan bir neçə saat sonra dəri qızarmağa və şişməyə başlayır, quru və həssas olur, qaşınır, ağrıyır.
“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” yaradıldı
İyulun 7 – də innovasiyalar sahəsində ixtisaslaşmış 10 şirkətin arasında “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun yaradılması ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb. Tədbiri giriş sözü ilə açan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Azərbaycanın hazırkı inkişaf dövründə əsas hədəflərinin çoxşaxəli, innovasiya yönümlü iqtisadiyatın formalaşdırılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi və beynəlxalq ixrac və rəqabət imkanlarının genişləndirilməsi olduğunu vurğulayıb. İnam Kərimov həmçinin bildirib ki, son illər dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatların nəticəsi olaraq beynəlxalq səviyyədə nümunəvi modellər tətbiq edilib və cənab Prezident İlham Əliyevin həyata keçirtdiyi islahatların tərkib hissəsi olan "ASAN xidmət” buna bir nümunədir. “ASAN xidmət”in məqsədlərindən biri məhz innovativ yeniliklərin dövlət xidmətlərinə tətbiq edilməsidir, buna misal olaraq dövlət xidmətlərinin elektronlaşdırılması, “ASAN ödəniş” sistemi, ASAN Viza və s. göstərmək olar.
Ağdamda bir ailənin 6 üzvü tortdan zəhərlənib
Ağdamda altı nəfər tortdan zəhərlənib. Rayonun Xındırıstan kəndində tort yedikdən sonra halı pisləşən Babayevlər ailəsi üzvləri AğdamMərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlar 1949-cu il təvəllüdlü Nazim Babayev, 1953-cü təvəllüdlü Nailə Babayeva, onların oğlu Babayev Ramil Nazim oğlu, R. Babayevin uşaqları - 13 yaşlı Nəzrin, 11 yaşlı Nailə və 7 yaşlı Orxandır. Həmin şəxslərin vəziyyəti ağırdır.
Nazir müavini: “Publik hüquqi şəxsə çevrilən universitetlər indi də dövlət ali təhsil müəssisələridir”
"Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, artıq Azərbaycanın dörd dövlət ali təhsil müəssisəsi - Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsə, yeni təşkilati hüquqi formaya çevrilib".
Masazır dairəsində sıxlığı azaltmaq üçün yeni yol hissəsi yaradılıb
Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlərin “Azəravtoyol” ASC-nin və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə aşkar edilərək aradan qaldırılması, həmçinin bu çərçivədə yeni yol və yol hissələrinin tikintisi uğurla davam etdirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, növbəti bu cür addım Bakı-Quba-Rusifa Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 13-14-cü km-lik (Bakı-Sumqayıt yolu) hissəsində atılıb.
Transseksual Şamplena Bakının bir rayonunu vahimədə saxlayır
Kriminal aləmin bir nümayəndəsi olan "oğru", hətta azadlıqda olanda belə, cinayət dünyasının qanunları ilə yaşayır. Əlbəttə, cinayətkarın milliyyəti, seksual oriyentasiyası yoxdur. Bu günlərdə Bakının Nizami rayonu ərazisində baş verənləri nəzərə alsaq, cinayət dünyasında paradoksları da istisna etmək olmaz.
Müstəqil medianın varlığı söz və fikir azadlığına şərait yaradır
Etiraf edilməlidir ki, özünü demokratik elan edəl dövlətlərdə söz, fikir və mətbuat azadlığının təmin olunması vacib şərtlərdən hesab olunur. Bunun üçün isə müstəqil medianın mövcudluğu əsas elementlərdəndir.
Nazirlik: Pomidor 30 qəpiyə qədər ucuzlaşacaq
Mövsümü olmasına baxmayaraq, bazarlarda pomidorun qiyməti 1 manat - 1 manat 20 qəpikdən ucuz deyil. Təxminən 3 həftə əvvəl qiyməti 60 qəpiyə qədər ucuzlaşan pomidorun indiki vaxtda bu qədər baha olmasının səbəbi nədir?
"Başımın üstündən keçdi, qardaşımgilin həyətinə düşdü..." - Zəhranın qohumu – VİDEO
Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ağır qəlpə yarası alan 52 yaşlı Quliyeva Sərvinaz İltifat qızının müalicəsi N saylı hərbi hospitalda davam etdirilir. 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının nəşləri isə Zobucuq qəsəbəsinə gətirilib. Alxanlı kəndində dinc sakinlərin və mülki obyektlərin atəşə tutulması səbəbindən yas mərasimi burada keçirilib.
Bakcell yeni təlimlər vasitəsilə “AppLab” iştirakçılarının bacarıqlarını zənginləşdirir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “AppLab” proqramının iştirakçıları üçün onların davamlı inkişafına istiqamətlənən treninqlər keçirir. Şirkətin inkubasiya mərkəzində 7 layihə üzrə fəaliyyət göstərən qrup üzvləri aşağıda göstərilən mövzular üzrə keçirilən treninqlərdə iştirak edərək öz bacarıqlarını artıracaqlar:
Zərdabi Mətbuat Mərkəzi QHT Şurasının dəstəyi ilə reallaşdırdığı layihə üzrə yekun “dəyirmi masa”nı İsmayıllıda keçirib
Bu gün “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində “İlk mənbədən informasiya alınması: mövcud durum və perspektiv vəzifələr” mövzusunda “dəyirmi masa” keçirib. Qurumun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyləşdirdiyi “İlk mənbədən informasiya alınmasının təşviqi ilə “Açıq hökumət” quruculuğuna dəstək” layihəsi çərçivəsində reallaşdırılmış tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, media təmsilçiləri iştirak ediblər.
Rövnəq Abdullayev Çinin CNPC şirkətinin prezidentini qəbul edib
İyulun 7-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çin Xalq Respublikasının Milli Neft Şirkətinin (CNPC) Bakıda səfərdə olan prezidenti Vanq Yilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. “OLAYLAR”-ın xəbərinə görə, görüş zamanı Çin Xalq Respublikasının prezidenti cənab Si Tszinpinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü və onun çərçivəsində müntəzəm olaraq keçirilən “İpək Yolu” zirvə görüşlərinin əhəmiyyəti vurğulanıb, Azərbaycanın neft-qaz sektorunun bu təşəbbüsə verə biləcəyi töhfə müzakirə edilib. Qeyd olunub ki, Azərbaycan tərəfi SOCAR GPC layihəsində Çin investorları və şirkətlərinin aktiv iştirakını hərtərəfli dəstəkləyir. CNPC şirkətinin prezidenti Vanq Yilin qeyd etmişdir ki, Çin və Azərbaycanın dövlət rəhbərləri iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə böyük önəm verirlər və bu istiqamətdə şirkətlərarası əməkdaşlığın dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.














