"Başımın üstündən keçdi, qardaşımgilin həyətinə düşdü..." - Zəhranın qohumu – VİDEO
Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ağır qəlpə yarası alan 52 yaşlı Quliyeva Sərvinaz İltifat qızının müalicəsi N saylı hərbi hospitalda davam etdirilir. 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının nəşləri isə Zobucuq qəsəbəsinə gətirilib. Alxanlı kəndində dinc sakinlərin və mülki obyektlərin atəşə tutulması səbəbindən yas mərasimi burada keçirilib.
7 İyul 2017 16:35 SosialErmənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ağır qəlpə yarası alan 52 yaşlı Quliyeva Sərvinaz İltifat qızının müalicəsi N saylı hərbi hospitalda davam etdirilir. 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının nəşləri isə Zobucuq qəsəbəsinə gətirilib. Alxanlı kəndində dinc sakinlərin və mülki obyektlərin atəşə tutulması səbəbindən yas mərasimi burada keçirilib.
Zəhranın əmisi: "Başımın üstündən keçdi. Əyildim ki, yanıma düşəcək. Gördüm ki, qabağa qardaşımgilin həyətinə düşdü".
Zəhranın qohumu: "Onların həyətinə düşdü. Getdik gördük ki, 3 nəfərdən 2-si rəhmətə gedib. Erməninin gücü ancaq yaş yarımlıq uşağa çatır".
Tibbi ekspertizadan sonra dəfn mərasimi keçirilib. Alxanlı kəndi tez-tez düşmən atəşi ilə üz-üzə qalsa da, bu kənd sakinlərini qorxutmur.
Kənd sakini: "Nə vaxt lazımdırsa, ordumuza dəstək duracayıq. Ordumuza güvənirik. Lələtəpəni 2-3 saat içində geri almışıqsa, hər şeyə qadirik". Hazırda təmas xəttində ATƏT sədrinin şəxsi nümayəndəsi monitorinq aparır. Big.az