Rövnəq Abdullayev Çinin CNPC şirkətinin prezidentini qəbul edib
İyulun 7-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çin Xalq Respublikasının Milli Neft Şirkətinin (CNPC) Bakıda səfərdə olan prezidenti Vanq Yilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. “OLAYLAR”-ın xəbərinə görə, görüş zamanı Çin Xalq Respublikasının prezidenti cənab Si Tszinpinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü və onun çərçivəsində müntəzəm olaraq keçirilən “İpək Yolu” zirvə görüşlərinin əhəmiyyəti vurğulanıb, Azərbaycanın neft-qaz sektorunun bu təşəbbüsə verə biləcəyi töhfə müzakirə edilib. Qeyd olunub ki, Azərbaycan tərəfi SOCAR GPC layihəsində Çin investorları və şirkətlərinin aktiv iştirakını hərtərəfli dəstəkləyir. CNPC şirkətinin prezidenti Vanq Yilin qeyd etmişdir ki, Çin və Azərbaycanın dövlət rəhbərləri iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə böyük önəm verirlər və bu istiqamətdə şirkətlərarası əməkdaşlığın dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
7 İyul 2017 16:10 Sosialİyulun 7-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çin Xalq Respublikasının Milli Neft Şirkətinin (CNPC) Bakıda səfərdə olan prezidenti Vanq Yilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. "OLAYLAR"-ın xəbərinə görə, görüş zamanı Çin Xalq Respublikasının prezidenti cənab Si Tszinpinin "Bir Kəmər, Bir Yol" təşəbbüsü və onun çərçivəsində müntəzəm olaraq keçirilən "İpək Yolu" zirvə görüşlərinin əhəmiyyəti vurğulanıb, Azərbaycanın neft-qaz sektorunun bu təşəbbüsə verə biləcəyi töhfə müzakirə edilib. Qeyd olunub ki, Azərbaycan tərəfi SOCAR GPC layihəsində Çin investorları və şirkətlərinin aktiv iştirakını hərtərəfli dəstəkləyir. CNPC şirkətinin prezidenti Vanq Yilin qeyd etmişdir ki, Çin və Azərbaycanın dövlət rəhbərləri iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə böyük önəm verirlər və bu istiqamətdə şirkətlərarası əməkdaşlığın dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.