Sosial
Səyyar ASAN xidmət bu gündən Ağstafa, Saatlı, Gədəbəy və Ələtdə
Səyyar ASAN xidmət 10 – 29 iyul tarixində Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 10 – 19 iyul tarixində Qaradağ rayonunun Ələt qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, səyyar avtobuslar 28 iyul Xaçmaz şəhərində, 13 iyul Abşeron rayonunun Qobu qəsəbəsində, 31 iyul İsmayıllı və Lerik rayonlarında, səyyar “ASAN qatar” isə 19 iyul Balakən şəhərində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Nazirlik tərəfindən profilaktik tədbirlər görülür
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrdə, həmçinin meşə fonduna yaxın sərhəd ərazilərdə yanğınların qarşısının alınması məqsədilə qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir. Nazirlikdən "Olaylar" - a bildirilib ki, havaların isti və quraq keçməsi, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların baş vermə ehtimalının artması nəzərə alınaraq Nazirlik tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir. Nazirliyin Fövqəladə Hallar Nazirliyinin birgə tərtib etdiyi tədbirlər planına uyğun olaraq meşə mühafizə mühəndisləri, meşəbəyləri və yanğın keşikçiləri üçün təlim-məşqlər keçirilib. Yanğın təhlükəsi gözlənilən ərazilərdə yanğın əleyhinə mineral zolaqlar çəkilib, əvvəlki illərdə çəkilmiş köhnə zolaqlar təmir edilib və budama işləri aparılıb. Bundan əlavə, meşə mühafizəsi və bərpası müəssisələri texniki avadanlıqlarla təchiz olunub.
Sağlam həyat tərzi təbliğ olunur
Bilik Fondu əhalinin sosial sifarişlər əsasında maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. Fonddan “Olaylar” – a bildirilib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı tədbirlərdən biri də Fondun və Suraxanı Rayon İcra Hakimiyyyətinin birgə təşkilatçılığı ilə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki 104 nömrəli tam orta məktəbdə keçirilib. Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşid Məmmədov narkomaniyaya qarşı mübarizə ilə bağlı mövzunun aktuallığını qeyd edib, Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı təmsil etdiyi qurumun gənclərə sağlam həyat tərzinin aşılanması istiqamətində həyata keçirdiyi maarifləndirici layihələrindən söz açıb.
Bu avtobuslar ölümə aparır, minməyin! - Sərnişinlərə xəbərdarlıq
Azərbaycan elminə AĞIR İTKİ
BDU-nun fəxri professoru, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, Əkbər Salman oğlu Bayramov vəfat edib. O, dünəm axşam saatlarında dünyasını dəyişib. Mərhumla vida mərasimi Təzə Pir məscidində keçirilib və o, bu gün dəfn olunub. Qeyd edək ki, Ə. Bayramov 30 dekabr 1930-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olub. 1970-1971-ci illərdə APİ-də psixologiya kafedrasında professor, 1971-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinində pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra Bakı Dövlət Universitetində psixologiya kafedrasının müdiri, 1999-cu ildən həmin kafedrada professor vəzifəsində işləyib. Eyni zamanda o, psixologiya elminin, təlim-tərbiyənin aktual məsələlərinə dair 270-dən artıq qəzet məqaləsinin müəllifidir.
Ermənilər Ağdamın işğal altında olan ərazilərinə od vurdu
Ermənilər Ağdam rayonunun işğal etdikləri bir neçə yaşayış məntəqələrinə od vurub. Alov Ağdamın işğal altında olan 3 kəndinin ərazisində - Göytəpə ərazi nümayəndəliyinin Abdınlı, Qarağacı və Sarcalı kəndlərində müşahidə olunur. Cəbhəyanı kənd sakinlərinin verdiyi məlumata görə, iki saat əvvəl başlayan yanğın artıq 300 hektaradək əraziyə yayılıb.
Salyanda ölümlə nəticələnən qəza
Salyanda baş verən avtoqəzada sürücü ölüb. Salyan rayonunun "5 saylı şöbə" adlanan ərazisində rayon sakini Nuriyev Faiq Fazil oğlunun idarə etdiyi “Mercedes” markalı 52 BH 450 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Lənkəranda 26 barmaqlı uşaq
Lənkəranın Aşağı Nüvədi kənd sakini, 2012-ci il təvəllüdlü Yüsif Elnur oğlu Abbasovun 26 barmağı var. Yaxınları onun 20 deyil, 26 barmağının olmasının azyaşlı üçün çətinlik yaratmadığını deyirlər. Bildirilir ki, uşaq həmyaşıdlarından daha aktivdir, dəfələrlə həkim müayinəsinə aparılıb, səhhətində heç bir problem olmayıb. Lənkəran Mərkəzi Rayon Xəstəxanasının həkimi Rasif Axundov deyib ki, bu, irsidir: "Belə uşaqların həyatı üçün heç bir təhlükə yoxdur. Cərrahiyyə yolu ilə artıq barmaqları kəsmək mümkündür".
Teatr ictimaiyyəti Alxanlı hadisəsi ilə bağlı bəyanat yaydı
Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkənin teatr ictimaiyyəti işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndində yaşayan mülki əhalinin atəşə tutulması və insanların həlak olması ilə bağlı bəyanat qəbul edib. Dünya ictimaiyyətinə ünvanlanan bəyanatda bildirilir ki, Azərbaycan torpaqlarına yiyələnmək məqsədi güdən işğalçı Ermənistan davamlı olaraq uşaq, qadın və ahılları hədəf seçməklə onların həyatını təhlükə altına alır. 4 iyul 2017-ci il tarixdə dünya ictimaiyyəti erməni vəhşiliyinin bir daha şahidi oldu. Heç bir hərbi məntəqənin olmadığı Füzuli rayonu, Alxanlı kəndinin iriçaplı silahlardan atəşə tutulması Ermənistanın iyrənc siyasətinin növbəti bariz nümunəsidir.
Xanımlar evdə tək olan zaman sizcə nə edər? - 8 İNANILMAZ VƏRDİŞ
Ata ilə qız arasında erotika hamını AYAĞA QALDIRDI - FOTO
Bakıda kütləvi dava - Ana və oğlu döyüldü
Bakıda qonşular arasında düşən kütləvi dava xəsarətlə nəticələnib. Hadisə Xətai rayonu, Naxımov küçəsi, Dənizçi 2 ünvanında qeydə alınıb. 1963-cü il təvəllüdlü Əliyeva Minarə Adışirin qızı və 1982-ci il təvəllüdlü oğlu Quliyev Sehran Tehran oğlu qonşuluqda yaşayan 4 nəfərlə hazırda məlum olmayan səbəbdən mübahisə edib. Nəticədə ana və oğlu döyülərək xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Turistləri hovuzda cərəyan vurdu - İsmayıllıda
Kartof qan təzyiqini aşağı salır?
Skrenton Universitetinin əməkdaşı Co Vinsonun rəhbərlik etdiyi ekspertlər qrupu müəyyən ediblər ki, gün ərzində bir qədər kartof yemək yulaf yarması kimi, çəkini artırmadan qan təzyiqini aşağı salmağa qadirdir.









.jpg)




