Sağlam həyat tərzi təbliğ olunur
Bilik Fondu əhalinin sosial sifarişlər əsasında maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. Fonddan “Olaylar” – a bildirilib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı tədbirlərdən biri də Fondun və Suraxanı Rayon İcra Hakimiyyyətinin birgə təşkilatçılığı ilə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki 104 nömrəli tam orta məktəbdə keçirilib. Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşid Məmmədov narkomaniyaya qarşı mübarizə ilə bağlı mövzunun aktuallığını qeyd edib, Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı təmsil etdiyi qurumun gənclərə sağlam həyat tərzinin aşılanması istiqamətində həyata keçirdiyi maarifləndirici layihələrindən söz açıb.
10 İyul 2017 09:33 SosialBilik Fondu əhalinin sosial sifarişlər əsasında maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. Fonddan "Olaylar" - a bildirilib ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı tədbirlərdən biri də Fondun və Suraxanı Rayon İcra Hakimiyyyətinin birgə təşkilatçılığı ilə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki 104 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşid Məmmədov narkomaniyaya qarşı mübarizə ilə bağlı mövzunun aktuallığını qeyd edib, Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı təmsil etdiyi qurumun gənclərə sağlam həyat tərzinin aşılanması istiqamətində həyata keçirdiyi maarifləndirici layihələrindən söz açıb.
"Narkomaniya gənclərin bəlasıdır" mövzusunda mühazirə ilə çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova narkomaniyanın insan sağlamlığına vurduğu sağalmaz yaralardan, onun ictimai-sosial bəla kimi cəmiyyət üçün ciddi təhlükə yaratmasından danışıb.