Kartof qan təzyiqini aşağı salır?

Skrenton Universitetinin əməkdaşı Co Vinsonun rəhbərlik etdiyi ekspertlər qrupu müəyyən ediblər ki, gün ərzində bir qədər kartof yemək yulaf yarması kimi, çəkini artırmadan qan təzyiqini aşağı salmağa qadirdir.

Bunun üçün sadəcə kartofu düzgün hazırlamaq lazımdır. Əslində, əgər kartof qızardılmasa, yağsız və ya soussuz təqdim edilsə, onda bir kartof dilimində yalnız 110 kalori və xeyli miqdarda vitamin və bioloji aktiv maddələr olacaq.

Aparılan təcrübədə artıq çəkidən və yüksək təzyiqdən şikayət edən 18 nəfərdən ibarət könüllü iştirak edib. Onlara bir ay ərzində gündə iki dəfə 6-8 ədəd kartof dilimi yemək tapşırılıb. Nəticədə diastolik qan təzyiqinin orta göstəricisi 4,3 faiz, sistolik təzyiq isə 3,5 faiz aşağı düşüb.

Qeyd edək ki, kartofun yüksək istilikli emalı ondakı faydalı birləşmələri dağıdır, nəticədə isə piy, mineral maddələr və nişasta qalır. Təcrübə zamanı isə yalnız mikrodalğalı sobada hazırlanmış kartofdan istifadə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31