Sosial
152 dövlət əmlakı özəlləşdirilməyə çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 8 avqust tarixində keçiriləcək hərracda 152 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 41-i kiçik dövlət müəssisə və obyekti, 91-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir.
Gürcüstanda bazar yandı
Gürcüstanın Poti şəhərində böyük əşya bazarında güclü yanğın olub. Şəhərin mərkəzində yerləşən bazardakı yanğını söndürmək üçün 9 yanğınsöndürmə briqadası iştirak edib.
Təhsil naziri vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov iyulun 17-də Tovuzda vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Tovuzdakı İdman Kompleksində baş tutacaq qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinləri iştirak edəcək.
Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin perspektivləri müzakirə edilib
Mədəniyyət və turizm nazirinin müavini xanım Sevda Məmmədəliyeva Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze, səfirliyinin mədəniyyət üzrə müşaviri Georgi Loria və Şota Rustaveli Teatrının direktoru Georgi Tevzadzedən ibarət nümayəndə heyətini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun fəaliyyətinin perspektivləri müzakirə edilib.
Ərzaq alarkən ehtiyatlı olun
Yay mövsümünün başlaması və havaların qızması ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ərzaq məhsulları alarkən saxlanma şəraitinə xüsusi diqqət yetirməyi tövsiyə edir. Belə ki, saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması və ya açıq havada günəş altında saxlanılması ərzaq məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükəli mikroorqanizmlərin miqdarının artmasına və кeyfiyyətinin aşağı düşməsinə səbəb olur.
"Onları "tok" vurmayıb..."
Ötən həftə İsmayıllı rayonun "Green house" istirahət mərkəzində iki nəfərin tok vurması nəticəsində dünyasının dəyişməsi hadisəsi geniş müzakirələrə səbəb olmuşdu. Yayılan informasiyada dünyasını dəyişən şəxsləri xilas etməyə çalışan Zaur Əliyev və Eltəkin Umarovun da "tok" vuraraq xəstəxanaya yerləşdirildiyi qeyd olunmuşdu.
Torpaqdan nə dərəsədə səmərəli istifadə edirik?
Torpaqdan səmərəli istifadə qeyri-neft sektorunun inkuşafı ilə yanaşı, ərzaq təhlükəsizliyi probleminin də aradan qaldırılmasında mühüm rol oynayır. Azərbaycanda da torpaqdan səmərəli istifadə məqsədilə bir sıra tədbirlər həyata keçirilməkdədir. Məlumat üçün qeyd edək ki, əsas istehsal vasitəsi olan torpaq sahələri müxtəlif dərəcədə deqradasiyaya məruz qalıb.
İnsanların Xəzərə giriş-çıxışını əngəlləyənlər
Çimərlik mövsümünün yaxınlaşması ərəfəsində Milli Məclisi Torpaq Məcəlləsinə dəyişikliklər edərək ictimai çimərliklərlə bağlı qaydaları müəyyənləşdirdi. Belə ki, Məcəllənin 46-cı maddəsinə edilən dəyişiklərə əsasən ictimai çimərliklərlə bağlı tələblər dəqiləşdirildi. Sənəddə qeyd olunur ki, əsasən ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun. Çox təəssüf ki, qanunvericilikdə müvafiq dəyişiklik edilməsinə baxmayaraq hələ də onun icrasında nöqsanlara yol verilir.
DİM: Dövlət qulluğunda yüksək vəzifə tutmaq istəyən şəxslər müsabiqədən keçəcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfrans keçirilib. Tədbirdə Prezident Administrasiyasının, dövlət orqanlarının, yerli icra hakimiyyəti və məhkəmə orqanlarının, qeyri-hökumət təşkilatlarının rəhbər vəzifəli şəxsləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Əmək Nazirliyi daha 50 nəfər əlilliyi olan şəxsi Quba rayonundakı istirahət mərkəzinə göndərib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı kimi, bu təbəqədən olan daha 50 nəfər xüsusi nəqliyyat vasitəsi ilə Quba rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.
SABAH qruplarının tələbələri “Azercell”də təcrübə keçirlər
Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində 10 SABAH tələbəsi “Azercell Telekom” şirkətinin yay təcrübə proqramında iştirak etmək haqqını qazanıb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universitetinin SABAH qruplarında təhsil alan tələbələr ixtisas sahələri istiqamətində 2 ay müddətində şirkətdə təcrübə keçəcəklər.
DİM: XI sinfin buraxılış imtahanlarının nəticələri ötənilki nəticələrlə eyni səviyyədədir
“Biz XI sinfin buraxılış imtahanlarının nəticələrinin ötən il keçirilən imtahanların nəticələri ilə müqayisə etdik. Nəticələr təxminən eyni səviyyədədir. Dəyişikliklər statistik xətalar çərçivəsindədir”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Əliməmməd Nuriyev dövlət qulluğu ilə bağlı problemləri açdı
"Dövlət İmtahan Mərkəzi və Dövlət qulluğuna qəbul Komissiyasının birləşdirilməsi islahatların dərinləşməsinə gətirib çıxaracaq". Bunu "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Dövlət Qulluğuna dair qanunvericiliyinin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda konfransda çıxışı zamanı deyib.
Nəsimi rayonu ahılları və şəhid ailələri Pirşağı qəsəbəsində istirahət etdilər
Ümummmilli Lider Heydər Əliyev ahıllara, əlillərə və müharibə veteranlarına həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışır və müharibə veteranları, əlillərə xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi. Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ahıllara, müharibə veteranlarına, şəhid ailələrinə, əlillərə göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də sosial yardıma ehtiyacı olan ahıl vətəndaşların, xüsusi ilə veteranların, şəhid ailələrinin, əlillərin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət göstərilir.
DİM: Müddətli əmək müqaviləsi ilə iş zamanı sui-istifadə halları olur
Dövlət orqanlarında müddətli əmək müqaviləsi ilə iş zamanı sui-istifadə halları olur. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov bildirib.














