Sosial

Bakı Yay Ətraf Mühit Məktəbi başlayır

10 İyul 2017 15:51

İyulun 12- 14 – də  Qərb Universitetivə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” proqramı birgə ətraf mühitin mühafizəsinə dair Bakı Yay Ətraf Mühit Məktəbini təşkil edəcək. Universitetdən “Olaylar” – a bildirilib ki, Harvard Universitetinin metodologiyası əsasında hazırlanmış üç günlük təlim proqramı çərçivəsində iştirakçıların ekosistem xidmətlərinin inkişaf planına daxil edilməsi mövzusunda dərin biliklər əldə edə biləcəklər. Proqramın sonunda iştirakçılar sertifikatla təltif olunacaq.

Leysan, dolu gözlənilir - XƏBƏRDARLIQ 

10 İyul 2017 15:45

İyulun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Sürücülərə xəbərdarlıq

10 İyul 2017 15:41

İsti yay günlərində bəziləri avtomobilin kondisioneri işləsin deyə mühərriki işlək vəziyyətda avtomobili park etmək qanunsuz və təhlükəlidir. Bu barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məlumat yayıb. Onun sözlərinə görə, hətta bəziləri belə avtomobili xeyli müddətə tərk edib gedirlər. Bu həm qanunsuzdur, həm də çox təhlükəlidir. “Qaydalar sürücünün mühərriki işləyən avtomobili tərk etməsini qadağan edir. Səbəb isə təhlükəli olmasıdır. Belə vəziyyətin təhlükəliliyi isə həm ekoloji ziyanla, həm də baş verə bilən xoşagəlməz hallarla bağlıdır.

“Media söz, məlumat azadlığını, plüralizmi həm yaradır, həm ondan özü yararlanır”

10 İyul 2017 15:28

Ölkədə fikir, söz, məlumat azadlığı, plüralizmlə bağlı vəziyyət, bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərlə bağlı  “OLAYLAR”ın suallarını Milli QHT Forumu İdarə Heyətinin üzvü, CASCFEN başqanının müşaviri  Əkbər Qoşalı cavablandırır

Şəmkir sakini traktorun altında qalıb

10 İyul 2017 15:12

İyulun 8-də Şəmkir rayonunun Yeni Göyçə kəndinin ərazisində Dağ Cəyir kənd sakini Elşən Orucov idarə etdiyi “MTZ-892” markalı traktoru aşırıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, nəticədə  sürücünün babası Qonarı Orucov hadisə yerində ölüb. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Qusar-Xudat avtomobil yolunun bir hissəsi əsaslı şəkildə təmir olunur

10 İyul 2017 15:09

Qusar-Xudat avtomobil yolunun bir hissəsi əsaslı şəkildə təmir olunur. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 188-ci km-dən başlayan təmir işləri Qusar rayon mərkəzinə qədər olan 13.7 km-lik hissəni əhatə edir. Təmir-bərpa işləri zamanı yiolun 10.7 km-lik hissəsi 6 m-dən 7 m-ə qədər, 3 km-lik hissəsi isə 5 m-dən 11 m-ə qədər genişləndirilib. Genişləndirilmiş hərəkət hissə yol boyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə idarə edilməsinə gətirib çıxarır.

Keçən ay dövlət büdcəsinə 115 milyon 724 min manat vəsait ödənilib

10 İyul 2017 15:08

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin iyun ayında dövlət büdcəsinə 115 milyon 724 min manat vəsait ödənilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin iyun ayı ilə müqayisədə 16 milyon 764 min manat və ya 116,9 faiz çoxdur.

DGK dövlət büdcəsinə 1,15 mlrd. manat köçürüb

10 İyul 2017 14:58

Cari ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 mlrd. 148 mln. 556,79 min manat daxil olub. “Olaylar” xəbər verir ki, komitənin açıqladığı statistik məlumatda bildirilir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 153 mln. 177,52 min manat və ya 15,39% artıb.

Azərbaycanda bu müəllimlərdən vergi alınacaq

10 İyul 2017 14:14

"Fərdi repetitorluq sahibkarlıq fəaliyyəti hesab edilir və bu fəaliyyətlə məşğul olanlar fiziki şəxslər kimi sahibkarlıq fəaliyyətinə başladıqları günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdırlar". 

Nazir müavini BMT-nin sessiyasına qatılıb

10 İyul 2017 14:12

Azərbaycanın Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyinümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 40-cı sessiyasında iştirak etmək üçün İtaliyada rəsmi səfərdə olub. Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirinin müavini Seyfədddin Talıbovun FAO-nun Baş Direktorunun müavini Daniel Gustafson ilə iki tərəfli görüşü keçirilib. Görüş zamanı Seyfəddin Talıbov Azərbaycan Respublikası ilə FAO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək ölkəmizdə kənd təsərrüfatı sahəsindəhəyata keçirilən institutsional islahatlar barədə ətraflı məlumat verib.

“Smart Start” proqramına seçilən gənclər Bakcell şirkətində təcrübə keçməyə başlayırlar

10 İyul 2017 13:59

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin təşkil etdiyi “Smart Start” təcrübə proqramının seçim turlarından uğurla keçən gənclər şirkətin Satış və Marketinq şöbələrində təcrübə keçməyə başlayırlar.

Şöbə müdiri: "Bu il həşəratlardan zəhərlənmə halı azdır"

10 İyul 2017 13:46

"Cari ilin aprel ayından hazırki dövrə qədər 13 nəfəri ilan sancıb". Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. O bildirib ki, iyun ayında 1 nəfəri qara qurd hörümçəyi, 2 nəfəri isə əqrəb sancıb: "Ümumiyyətlə, havalar istiləşdikdə hörümçəyin bir növü olan qara qurddan və sarı, qara əqrəblərdən zəhərlənmə halları olur. Buna görə insanlar daha ehtiyatlı olmalı, özlərini həşəratlardan qorumalıdırlar. Bu il havalar sərin keçdiyindən müraciətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır".

"Asan İmza" mobil identifikasiyalar sahəsində yeni səhifə açır 

10 İyul 2017 13:30

Sürətli inkişaf dinamikası ilə hər kəsi heyrətləndirən informasiya-kommunikasiya texnologiyaları (İKT) insan fəaliyyətinin hər sahəsinə inamla daxil olub. Kiçik alətlərlə idarə olunan bu nəhəng sferanın nüfuzu artmaqdadır və yaxın gələcəkdə ən etibarlı vasitə olduğunu tam şəkildə ortaya qoyacaq. 

Elçin Hüseynbəyli yazır... Müsəlman alveri -2

10 İyul 2017 13:19

Bu barədə bir dəfə yazmışam. Yəqin çoxlarının yadından çıxıb, elə mənim özümün də. Ona görə də həmin yazıdan bir xatırlama yerinə düşər. Müsəlman alveri ilə xaçpərəst alverinin (şərqli və qərbli də demək olar) əsas bir fərqi var: xaçpərəstin alveri yaxşı gedəndə xidmətin (yaxud malın) qiyməti aşağı düşür, keyfiyyəti artır; müsəlmanlar da isə əksinədir: müsəlmanın alveri yaxşı gedəndə xidmətin (yaxud malın) qiyməti qalxır, keyfiyyəti isə aşağı düşür.

Proqnoza 102,5 faiz əməl olunub

10 İyul 2017 13:12

Yanvar-iyun aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub. Bu barədə Vergilər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 2017-ci ilin yanvar-iyun ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə  3 milyard 352 milyon 375,58 min manat məbləğində vəsait ödənilməsi təmin edilib. Bununla da  Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 102,5 faiz əməl olunub.