Sosial

Azərbaycanda 1004 əkiz, 21 üçəm doğulub

10 İyul 2017 18:15

Azərbaycanda 5 aya 1004 əkiz, 21 üçəm doğulub.  Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 58 217, yaxud hər gün orta hesabla 386 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,5 təşkil edib.

Bakıda özünü binadan atan qadının intihar anının YENİ VİDEOsu

10 İyul 2017 17:45

Mayın 15-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində - Qoqol küçəsində 31 yaşlı Şərifova Susanna Şakir qızının intiharı ilə bağlı yeni görüntülər ortaya çıxıb.  Susannanın qohumlarının göndəridiyi yeni görüntülərdə yeni detallar üzə çıxıb. Ölümündən saniyələr öncə çəkilən görüntülərdə Susanın eyvandan sallandığı və bir neçə nəfərin onun ətrafında olduğu görünür.

Alim Qasımovun ailəsində DƏHŞƏTLİ HADİSƏ: oğlunun... - TƏFƏRRÜAT

10 İyul 2017 17:41

“Əsassız məlumatı kimin yaydığını bilmirəm. Alim bəyin oğlunun başına gələn hadisə ilə bağlı xəbərlər yalan-dolandır. Bunu yazmaqla reyitinq qazanan saytları başa düşmürəm. Alim müəllim oğluna görə, hazırda narahatdır. Hər kəsdən, xüsusilə mətbuat işçilərindən bu məsələdə həssas olmağı xahiş edirəm. Çünki Alim bəy heç bir zaman qalmaqallı xəbərlərlə gündəmə gəlməyib. Sözsüz ki, oğlunun adının baş verməmiş hadisədə hallanmasını istəməz. Odur ki, hər kəsdən bu məsələdə bir daha dönə-dönə duyarlı olmağı xahiş edirəm”.

Əhalimizin sayı açıqlandı

10 İyul 2017 17:37

2017-ci ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 33 050 nəfər və ya 0,3% artaraq iyun ayının 1-i vəziyyətinə 9 843 031 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən “Olaylar”averilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Şəhid bulağını sökən mərhumun qardaşı çıxdı

10 İyul 2017 17:20

Yasamalda “Şəhid bulağı”nın kim tərəfindən söküldüyü məlum olub. Bu şəxs Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun doğma qardaşıdır. Bu barədə Yasamal Rayon İcra Hakimiyyətindən (RİH) oxu.az-a verilən məlumatda bildirilir ki, RİH-ə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə Talıblı və Şərifzadə küçələrinin kəsişməsində qoyulmuş bulaq-kompleksin sökülməsi haqqında məlumat daxil olduqdan dərhal sonra başçının səlahiyyətlərini icra edən, başçının birinci müavini Səməd İslamov ünvanda olub: “Araşdırma zamanı müəyyən olunmuşdur ki, “Şəhid bulağı” sökülməmiş, bulağın yeri yaxınlıqdakı iaşə obyektinin sahibi, şəhidin doğma qardaşı tərəfindən şəhid ailəsinin zənnincə, daha baxımlı yerə dəyişdirilmişdir.

Xanım deputatın atası vəfat edib

10 İyul 2017 17:17

Milli Məclisin deputatı  Ülviyyə Ağayevaya ağır itki üz verib. “Olaylar” ın  məlumatına görə, deputatın atası Cavanşir Ağayev dünyasını dəyişib. O, bu gün dəfn edilib. İyulun 12-də Təzə Pir məscidində mərhumun üç mərasimi keçiriləcək.

AHİK-də  Rusiya həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib

10 İyul 2017 17:16

2017-ci il iyulun 10-da AHİK-in sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev respublikamızda səfərdə olan Sank-Peterburq və Leninqrad Vilayəti Həmkarlar İttifaqları Federasiyasının nümayəndə heyətini qəbul edib.

“İrəli” daha bir layihəni başa vurdu

10 İyul 2017 16:49

Yayın ən böyük layihələrindən biri olan “SAY: Solidarity” layihəsi başa çatdı. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən 2017-ci il Azərbaycanda “İslam Həmrəylik” ili kimi qeyd olunur.

"Yaradıcılıq emalatxanası - 2" düşərgəsi keçiriləcək 

10 İyul 2017 16:45

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində istedadlı və yaradıcı gənclərin iştirakı ilə "Yaradıcılıq emalatxanası - 2" düşərgəsi start götürəcək. GİN-n mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki,.19 iyul tarixinədək davam edəcək düşərgəyə təsviri sənət, foto, rəqs (milli və müasir), teatr (aktyor), kino (rejissor, operator, ssenari müəllifi), telejurnalistika kimi sahələrə marağı olan gənclər qatılacaq. Düşərgənin keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərin sosial, yaradıcı aktivliyinin və təşəbbüskarlığının artırılması, peşəkəralıq səviyyəsinin yüksəldilməsi, yaradıcı individuallığın və estetik zövqün formalaşdırılması, yaradıcılıq maraqları dairəsinin genişləndirilməsi, özünüinkişafın stimullaşdırılması və asudə vaxtın səmərəli təşkilidir.

"Allah haqqı" deyir, dalınca "Anamın qəbri", "Ətağanın cəddi" gəlir”

10 İyul 2017 16:44

“Mən cəmiyyətimizin problemlərinin əhəmiyətli hissəsinin birbaşa insanların ikili (dualist) inanc sisteminə sahib olmasında görürəm. Əslində bu, ədalət, halallıq, doğruluq, faydalılıq kimi keyfiyyət əmsalımızın sabit dəyərlərə çevrilməməsinə rəvac verən amildir. Hər dəfə adamların nəyə and içdiklərinə diqqət yetirirəm.

Sürüşmə və subasma proseslərinin dinamikasında aktivlik müşahidə olunub

10 İyul 2017 16:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən 2017-ci ilin iyun ayında Bakı və Abşeron yarımadasında, həmçinin ölkənin rayonlarında ekzogen geoloji proseslərin dinamikasında müşahidələr davam etdirilib. Mövcud olan sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirilib. 

“Bookmate” istifadəçiləri  15000  nəfəri keçdi

10 İyul 2017 15:59

Azercell Telekom MMC-nin mütaliə sevərlər üçün təqdim etdiyi “Bookmate” layihəsinə maraq getdikcə artmaqdadır.  Şirkətin təqdim etdiyi bu unikal xidmətdən  yararlanan aktiv abunəçilərin sayı artıq 15000-i keçib. Eyni zamanda 3000-dən çox ödənişsiz sınaq müddətindən istifadə edən user-lər bazası formalaşıb.

“Ağ çiçəyim”ə hücum edənin kimliyi bəlli oldu

10 İyul 2017 15:55

Xəbər verdiyimiz kimi, iyulun 3-də Gəncədəki "Ağ çiçəyim” gül mağazasına hücum olub. Şəhərin Şeyx Bahəddin küçəsindəki gül mağazasına bir neçə nəfər daxil olaraq orada olan gülləri dağıdıblar və işçilər, 1973-cü il təvəllüdlü Seyidov İsgəndər və onun qardaşı 1976-cı il təvəllüdlü Seyidov Anara ağır bədən xəsarətləri yetiriblər. Hadisənin təfərrüatları məlum olub. Məlumata görə, satıcını döyən şəxs Gəncə şəhərində yerləşən keçmiş Dinamo cəmiyyətinin sədri Namiq Əliyevin qardaşı oğlu Bəşir adlı şəxs olub. O başına 10-a yaxın gənci yığaraq mağazaya basqın edib və küt alətlə satıcını döyüb. Nəticədə satıcı olan qardaşlardan birinin qabırğası sınıb, beyni silkələnib. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

“İş yerinə dair arayış” elektron xidmətinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,4 faiz çox müraciət olunub

10 İyul 2017 15:52

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə ötən ay 23 314 müraciət qeydə alınıb. Ümumilikdə cari ilin 6 ayında bu e-xidmətdən 134 835 dəfə istifadə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,4 faiz çoxdur.