“PSK 48” sərnişin gəmisi tərsanəyə qaldırılıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donnmasına məxsus “PSK 48” sərnişin gəmisi tərsanəyə qaldırılıb. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, tərsanə təmiri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılır. Təmir müddətində gəminin kinqston və kinqston qutuları sazlanacaq. Sualtı və suüstü hissələri pas və dəniz bitki örtüyündən təmizlənərək rənglənəcək. Həmçinin “PSK48” -in sükan və avar qurğularının təmiri də nəzərdə tutulub. İşlər başa çatandan sonra gəmi registr yoxlanışından keçiriləcək.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xəzər Dəniz Neft Donnmasına məxsus "PSK 48" sərnişin gəmisi tərsanəyə qaldırılıb. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, tərsanə təmiri "Bibiheybət" Gəmi Təmiri Zavodunda aparılır. Təmir müddətində gəminin kinqston və kinqston qutuları sazlanacaq. Sualtı və suüstü hissələri pas və dəniz bitki örtüyündən təmizlənərək rənglənəcək. Həmçinin "PSK48" -in sükan və avar qurğularının təmiri də nəzərdə tutulub. İşlər başa çatandan sonra gəmi registr yoxlanışından keçiriləcək.

60 sərnişin tutumuna malik gəminin maksimal sürəti 10 uzeldir. Uzunluğu 28,82, eni 6.5 metr olan "PSK 48" təmirdən sonra da yenidən neftçilərin Neft Daşları və platformalara daşınması üçün istifadə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31