Nazirlik araşdırdı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Lüvəsər kəndi ərazisində qum-çınqıl karxanalarının qanunsuz fəaliyyət göstərməsi, ağacların susuzluqdan quruması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.
7 İyul 2017 15:45 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Lüvəsər kəndi ərazisində qum-çınqıl karxanalarının qanunsuz fəaliyyət göstərməsi, ağacların susuzluqdan quruması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.
Nazirlikdən "Olaylar" - a bildirilib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ərazidə fəaliyyət göstərən karxanalarda ekoloji qanun pozuntusu və qanunsuz qazıntı işlərinin aparılması müşahidə olunub. Eləcə də Lüvəsər kəndi ərazisində ağacların quruması faktlarına rast gəlinməyib. Araşdırma zamanı Lənkərançayda dövlət qeydiyyatına alınmış qum-çınqıl yatağında Lənkəran rayon icra hakimiyyətinin müvafiq sərəncamları ilə qum-çınqıl istehsalı sahələri yaratmaq məqsədilə 2005-ci ildən etibarən torpaq sahələrinin ayrıldığı və aidiyyəti dövlət orqanlarının razılıq sənədləri əsasında karxanaların tələbatdan asılı olaraq fasilələrlə fəaliyyət göstərdiyi müəyyən edilib. Araşdırma zamanı o da məlum olub ki, Lüvəsər kəndində hazırda suvarma suyu ilə bağlı problem yoxdur.