Cavid Qurbanov avstriyalı depatatlara Zəhradan danışdı

Avstriya ilə dostluq qrupunun rəhbəri Cavid Qurbanov ölkəmizdə səfərdə olan Avstriya Parlamentinin deputatları ilə görüşüb. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, Cavid Qurbanov qonaqları səmimi salamlayaraq bildirdi ki, Azərbaycanla Avstriya əlaqələri hələ ilk Demokratik Respublikanın mövcud olduğu vaxtlardan da qədimdi.

Avstriya ilə dostluq qrupunun rəhbəri Cavid Qurbanov ölkəmizdə səfərdə olan Avstriya Parlamentinin deputatları ilə görüşüb. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, Cavid Qurbanov qonaqları səmimi salamlayaraq bildirdi ki, Azərbaycanla Avstriya əlaqələri hələ ilk Demokratik Respublikanın mövcud olduğu vaxtlardan da qədimdi. Millət vəkili qonaqlara Milli Məclisin fəaliyyəti, qəbul edilən qanunlar barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycan Şərqin ilk demokratik respublikasıdır, hüquqi, dünyəvi, unitar bir ölkədir və xalqımız dinc qonşuluq şəraitində yaşamağa daim sədaqət nümayiş etdirir. 11 iqlimdən 9-nun mövcud olduğu ölkəmiz təbii sərvətlərlə çox zəngindir. Deputatımız vurğuladı ki, Azərbaycan  tolerant bir  dövlətdir. Cavid Qurbanov Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq qeyd edib ki, iyul ayının 4-də işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin atəşə tutması nəticəsində Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Ermənistan problemin nizamlanması ilə bağlı BMT-nin, Avropa Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymur və işğalçılıq siyasətini davam etdirir. Görüşdən məmnun olduğunu bildirən Avstriya Parlamentinin deputatı Yohanes Hübner ölkəsində keçiriləcək parlament seçkilərindən danışdı və qeyd etdi ki, bununla əlaqədar parlamentlərarası dostluq qruplarının görüşü 2018-ci ildə nəzərdə tutula bilər. Sonra qonaq  əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu dedi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31