Salam apar balaca mələk... -VİDEO

Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Vasif Akifli erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində amansızcasına qətlə yetirilən iki yaşlı  Zəhra Quliyevanın məzarını ziyarət edib. Vasif Akifli sosial şəbəkə vaistəsilə öz təəsüratlarını bölüşüb. “İki gündür mən Zəhrayam deyirdim... Utandım... gəlib görəndə anladım. Anladım ki, mən nəinki Zəhra heç bu kəndin bir sakini belə deyiləm... Utandım! Balaca məzarından, yasındakı izdihamdan, rəsmindəki baxışından utandım... Mən Zəhra ola bilmərəm... Zəhra olmaq üçün mənə də mərmi dəyməlidir, mənim də nənəm ölməlidir, atam yası - yasa qatıb, anam ağı deməlidir... Mənim də qonşularım başında qara yaylıq şaxsey deməlidir. Mən Zəhra ola bilmərəm... vallah ola bilmərəm... Sən nələr çəkdin körpə bala... nələr çəkdirdin... Hamı Sən deyir... Sən ağlayır... Sənə qıyanın Zəhrasınamı diləyim bu dərdi? Səni vuranın balasınamı diləyim bu şəri... Ağrıdır Zəhra!!!

Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Vasif Akifli erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində amansızcasına qətlə yetirilən iki yaşlı  Zəhra Quliyevanın məzarını ziyarət edib. Vasif Akifli sosial şəbəkə vaistəsilə öz təəsüratlarını bölüşüb.

"İki gündür mən Zəhrayam deyirdim... Utandım... gəlib görəndə anladım. Anladım ki, mən nəinki Zəhra heç bu kəndin bir sakini belə deyiləm... Utandım! Balaca məzarından, yasındakı izdihamdan, rəsmindəki baxışından utandım... Mən Zəhra ola bilmərəm... Zəhra olmaq üçün mənə də mərmi dəyməlidir, mənim də nənəm ölməlidir, atam yası - yasa qatıb, anam ağı deməlidir... Mənim də qonşularım başında qara yaylıq şaxsey deməlidir. Mən Zəhra ola bilmərəm... vallah ola bilmərəm... Sən nələr çəkdin körpə bala... nələr çəkdirdin... Hamı Sən deyir... Sən ağlayır... Sənə qıyanın Zəhrasınamı diləyim bu dərdi? Səni vuranın balasınamı diləyim bu şəri... Ağrıdır Zəhra!!!

Sənə dəyən mərmi hamını ağrıdır! Səni öldürən mərmi bizi sadəcə ağrıdır! Öldürmür! Biz mənən ölürük... Biz Zəhraların ölümlərini görürük... Qapınızdayam... anan nailə çəkir mən səndən yazıram, hamı Sənə ağlayır mən səndən yazıram. Burda belə dayanmağa kölgə axtardığıma utanıram....Utanıram ki, sən körpə torpaq altındasan mən isə səndən yazıram... hərdən gözümdən yaş süzülür, hərdən qəhərimi boğuram... BAĞIŞLA... Bağışla ki, ağlamağada utanıram... Bağışla səndən də, burdakılardan da, hər kəsdən utanıram... Uşaqlar ölən, mərmilər dəyən Dünyadan, Alxanlıdan utanıram...

Sən sənlə vidalaşıb getdiyim yerdə qalacaqsan, mənsə burdan belə əlim qolum yanımda qayıtmağıma utanıram. Salam apar balaca mələk... Xocalıda, Kəlbəcərdə, Şuşada, Xankəndinində, Tərtərdə, Füzulidə ölən balalara salam apar... Onlar üçün də utandığımı, onlara görə də yandığmı, onlara görə də ağladığımı xəbər apar! Əlvida Zəhra! Acın acımız deyə bilmədən gedirəm! Çünki sənin acın bizdən ağır bizən ağrılıdır... rahat uyu məzarında! Alxanlı sənin qanınla ala boyandı...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31