Ələt-Astara istiqamətində yeni yolun əsas hissəsinin tikintisi yekunlaşır
Ələt-Astara istiqamətində yeni yolun əsas hissəsinin tikintisi yekunlaşır. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Yeni Ələt-Astara avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol boyu 692 dairəvi və düzbucaqlı su keçidinin, 69 yeraltı keçidin, 47 körpünün və 3 qovşağın tikintisi nəzərdə tutulub ki, sadalanan əksər mühəndisi qurğu artıq tikilərək istifadəyə tam hazır vəziyyətə gətirilib.
7 İyul 2017 11:20 SosialƏlət-Astara istiqamətində yeni yolun əsas hissəsinin tikintisi yekunlaşır. "Azəravtoyol" ASC-nin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, Yeni Ələt-Astara avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol boyu 692 dairəvi və düzbucaqlı su keçidinin, 69 yeraltı keçidin, 47 körpünün və 3 qovşağın tikintisi nəzərdə tutulub ki, sadalanan əksər mühəndisi qurğu artıq tikilərək istifadəyə tam hazır vəziyyətə gətirilib. Hazırda Yenikənd-Salyan-Şorsulu, Cəlilabad-Masallı və Masallı-Astara hissələri üzrə son tamamlanma işləri həyata keçirilir. Daha dəqiqi desək yolun Yenikənd-Salyan-Şorsulu hissəsində asfalt-beton örtüyünün döşənməsi, boruların uzadılması və yamaclarının dəmir-betonla bərkidilməsi, alt keçidlərin əks-dolğusu, yamaclara münbit torpaın verilməsi və ayrıcı zolaqda dəmir-beton baryerlərin qoyulması işləri aparılır. Cəlilabad-Masallı və Masallı-Astara hissələrində isə asfalt-beton örtüyünün son qatının döşənməsi, körpülərdə tamamlanma, boruların tikintisi və mühafizəsi, çəpər çəkmə və baryerlərin qoyulması, yolun işıqlandırılması işləri görülür. Sadalanan işlər bitdikdən sonra yolun nişanlanması və işarələnməsi işlərinə başlanılacaq. Bütün işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.