Sosial

Azərbaycanda parkinqlər pulsuz oldu - İlk 15 dəqiqə

18 İyul 2017 14:42

Azərbaycanda parkinqlərlə bağlı yeniliklər edilib. "Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsinə edilən yeniliklər artıq qüvvəyə minib. Yeniliklər parkinqlərdə əlillər üçün yerin ayrılmasını nəzərdə tutur və əlillər üçün ayrılan yerlərdə başqa sürücülərin avtomobili park etməsini qadağan edir.

Jurnalistlərə mənzillər iyulun 20-də təqdim olunacaq, siyahı sabah açıqlanacaq

18 İyul 2017 14:40

"Jurnalistlərə yeni tikilmiş binada mənzillər iyulun 20-də təqdim ediləcək". Bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə deyib.

Bakıda baş vermiş qəzada ölənlərin adları AÇIQLANDI

18 İyul 2017 14:38

Dünən Bakıda baş vermiş ağır yol qəzasında ölən şəxslərin adları açıqlanıb.  DİN xəbər verir ki, iyulun 17-də saat 8.00 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Elçin Babayevin idarə etdiyi "Daevoo Gentra", Hikmət Baxışovun idarə etdiyi "VAZ-2107", Əlixan Babayevi idarə etdiyi "Daevoo" markalı sərnişin avtobusu və Gədəbəy rayon sakini Orxan Tağıyevin idarə etdiyi "Volksvagen" markalı avtomobillər toqquşub.

"Cocuq Mərcanlıda 300 hektar ərazi mina və PHS-dən təmizlənib"

18 İyul 2017 14:15

"Yarandığı gündən indiyə kimi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 40 min hektardan çox ərazi təmizlənib, 760 mindən çox mina və partlamamış hərbi sursat (PHS) aşkar olunaraq zərərsizləşdirilib".

Tanınmış iş adamının obyektində ölüm hadisəsi - YENİLƏNİB

18 İyul 2017 14:13

Masallının Yeddi Oymaq kəndində ölüm hadisəsi baş vermiş asfalt zavodu "Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalova məxsusdur. Zavodda elektrik vəzifəsində işləyən Yardımlı rayon sakini 1958-ci il təvəllüdlü Əfsər Hüseynov yüksəklikdə işləyən zaman halı pisləşib və bunkerə yıxılıb. Ağır bədən xəsarətləri alan Ə.Hüseynov xəstənaya aparılarkən yolda dünyasını dəyişib.

Vüqar Səfərli: "Üçüncü bina da 255 mənzilli olacaq"

18 İyul 2017 14:07

"Jurnalistlər üçün inşa edilmiş ikinci binanın açılış mərasimi zamanı üçüncü binanın təməli qoyulacaq". Bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib. Onun sözlərinə görə, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu layihə davamlı olacaq.

DGK sədri türkiyəli iş adamlarına müraciət edib

18 İyul 2017 14:05

"Adətən iki ölkə arasında münasibətlər siyasi və iqtisadi sahələrdə qurulur. Lakin Azərbaycanla Türkiyənin münasibətləri yalnız bu iki sahədə qurulmayıb, bizi qardaşlıq bağları birləşdirir". Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bugünkü mətbuat konfransında bildirib.

6 ayda 60 insan alveri qurbanına yardım göstərilib

18 İyul 2017 13:42

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 2017-cı ilin yanvar-iyun aylarında 60 nəfər şəxsə müxtəlif növ yardımların göstərilməsini təmin edib. Onlardan 45 nəfərini Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Mərkəzə yönləndirilmiş insan alveri qurbanları təşkil edib. Qalan 15 nəfər isə potensial insan alveri qurbanlarından, yəni insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərdən ibarət olub.

Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir

18 İyul 2017 13:35

Azərbaycanda həyata keçirilən uğurlu islahatlar, xüsusilə iqtisadi sahədə atılan məqsədyönlü addımlar, görülən işlər öz müsbət nəticələrini verir, ölkəmizin dinamik inkişafına gətirib çıxarır. Məhz həyata keçirilən uğurlu islahatların nəticəsidir ki, dünya iqtisadiyyatını, ayrı-ayrı dövlətləri ciddi iqtisadi və maliyyə böhranı vurduğu halda, Azərbaycan bundan minimim itki ilə çıxdı.

Artıq vətəndaş cəmiyyətinin tam təşəkkül tapmasına imkan verən normativ-hüquqi baza formalaşıb

18 İyul 2017 13:31

Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri də vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Ölkəmizin sürətli iqtisadi və sosial inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində dövlətin imkanlarını genişləndirir, qeyri-hökumət təşkilatlarını dəstəkləmək üçün yeni imkanlar açır.

Azərbaycanda 4 günlük tətil olacaq

18 İyul 2017 13:11

Bu ilin sentyabr ayında qeyd ediləcək Qurban bayramı ilə əlaqədar Azərbaycanda neçə gün qeyri-iş günü olacağı açıqlanıb. Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əli report-un sorğusuna cavab olaraq bildirib ki, sentyabrın 1-i və 2-si Qurban bayramı kimi qeyd olunacaq: "Ayın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq.

PPX əməkdaşı yol hərəkəti qaydasını pozana protokol tərtib edə bilər?

18 İyul 2017 13:03

Vətəndaş-polis münasibətləri heç vaxt rəvan olmayıb. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə... Bəzi hallarda münasibətlərdəki gərginlik o həddə çatır ki, polis zor tətbiq etmək məcburiyyətində qalır. Bir çox hallarda münasibətlərin gərginləşməsi vətəndaşın qaydaları pozmasından irəli gəlir... 

Həyat üçün təhlükə - Bəzi dondurmaların istehsalı dayandırıldı - SİYAHI

18 İyul 2017 12:53

İqtisadiyyat Nazirliyi tərəfindən istehlak bazarının qorunması məqsədilə aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan ərzaq məhsullarının ilkin laborator müayinəsi zamanı bir sıra dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Səyyar ASAN xidmət Digahda

18 İyul 2017 12:47

Səyyar ASAN xidmət 17 – 31 iyul tarixində Abşeron rayonunun Digah qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, səyyar avtobuslar 28 iyul Xaçmaz şəhərində, 31 iyul İsmayıllı və Lerik rayonlarında, 29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində,  19 iyul Qaradağ rayonunun Ələt qəsəbəsində,  27 iyul Tərtər şəhərində, səyyar “ASAN qatar” isə 19 iyul Balakən şəhərində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Dəhşətli istilər başlayır

18 İyul 2017 12:36

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 19-də hava şəraiti günəşli olacaq. Şərq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 34-39° isti, Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacağı gözlənilir.