Bakıda baş vermiş qəzada ölənlərin adları AÇIQLANDI
Dünən Bakıda baş vermiş ağır yol qəzasında ölən şəxslərin adları açıqlanıb. DİN xəbər verir ki, iyulun 17-də saat 8.00 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Elçin Babayevin idarə etdiyi "Daevoo Gentra", Hikmət Baxışovun idarə etdiyi "VAZ-2107", Əlixan Babayevi idarə etdiyi "Daevoo" markalı sərnişin avtobusu və Gədəbəy rayon sakini Orxan Tağıyevin idarə etdiyi "Volksvagen" markalı avtomobillər toqquşub.
18 İyul 2017 14:38 SosialDünən Bakıda baş vermiş ağır yol qəzasında ölən şəxslərin adları açıqlanıb. DİN xəbər verir ki, iyulun 17-də saat 8.00 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Elçin Babayevin idarə etdiyi "Daevoo Gentra", Hikmət Baxışovun idarə etdiyi "VAZ-2107", Əlixan Babayevi idarə etdiyi "Daevoo" markalı sərnişin avtobusu və Gədəbəy rayon sakini Orxan Tağıyevin idarə etdiyi "Volksvagen" markalı avtomobillər toqquşub. Nəticədə E.Babayev və sərnişini Sevinc Paşayeva hadisə yerində ölüblər.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.