Artıq vətəndaş cəmiyyətinin tam təşəkkül tapmasına imkan verən normativ-hüquqi baza formalaşıb

Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri də vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Ölkəmizin sürətli iqtisadi və sosial inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində dövlətin imkanlarını genişləndirir, qeyri-hökumət təşkilatlarını dəstəkləmək üçün yeni imkanlar açır.

Həsən Səmədov: " Azərbaycanda bu gün mülki cəmiyyətin bütün institutları maneəsiz fəaliyyət göstərir, vətəndaş təşəbbüsləri dəstəklənir"

Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri də vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Ölkəmizin sürətli iqtisadi və sosial inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində dövlətin imkanlarını genişləndirir, qeyri-hökumət təşkilatlarını dəstəkləmək üçün yeni imkanlar açır. Bu bir danılmaz faktdır ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, təhsil, idman, mədəniyyət istiqamətlərində də əsaslı tədbirlər həyata keçirildi. Ötən dövrdə Azərbaycan təhsili həm məzmun, həm də struktur baxımından yeniləşdi, bu sahənin beynəlxalq əlaqələri genişləndi, dünya təhsil sisteminə inteqrasiya intensivləşdi. Sevindirici haldır ki, qeyd edilən sahələrin inkişafı, bu sahədə müxtəlif layihələrin gerçəkləşməsində qeyri-hökumət təşkilatları da aktiv rol oynayırlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi Həsən Səmədov deyir ki, 2016-cı ildə də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qeyd edilən sahələrə xüsusi diqqət yetirib və təhsil, idman, mədəniyyət sahəsi üzrə təklif edilən layihələrə dəstəkləyib. Onun sözlərinə görə. 2016-cı ildə Şuranın fəaliyyəti çox məhsuldar olub: "Şuranın Əsasnaməsinə uyğun olaraq QHT-lərə maliyyə dəstəyi ilə yanaşı məlumat, metodiki, konsultativ və təşkilati-texniki yardımı da davam etdirilib. Ötən il "Təhsil, mədəniyyət və idman məsələləri" istiqaməti üzrə elan edilən müsabiqəyə 68 layihə təklif edilib ki, onlardan da 48-i dəstəklənib. Maliyyələşən layihələrə ümumilikdə 442000 manat vəsait ayrılıb. Layihələrə 67 daimi, 115 müvəqqəti işçi cəlb edilib. Qeyd edilən istiqamət üzrə ümumilikdə 9 təlim, 105 tədbir keçirilib. 4807 nəfər həyata keçirilən layihələrdən faydalanıb. Layihələr Bakı şəhəri və ölkənin 19 regionunda icra edildi. Həyata keçirilən layihələrin nəticəsi olaraq, 2 kitab, ("Ana yurdum, Qarabağ", "Şeir çələngi") 1 broşur, 12 buklet nəşr edildi, 3 sayt, 2 sosial çarx, 2 televiziya verilişi hazırlanıb və yayımı təmin olunub. Məktəblilərin sağlamlığının qorunmasına, fiziki tərbiyəsinin artılmasına, habelə onların zərərli vərdişlərdən uzaqlaşdırılmasına və sağlam həyat tərzi keçirməsinə kömək məqsədi ilə Bakı şəhərinin 7 rayonunda (Nərimanov, Nəsimi, Binəqədi, Səbail, Sabunçu, Nizami və

Xəzər) "Məktəblilər üçün sağlamlıq forumlarının təşkili" aksiyası zamanı 700 nəfər yeniyetmə və gəncin iştirakı ilə sağlamlıq forumları, yazı müsabiqəsi, əl işləri və rəsm sərgiləri, ödənişsiz tibbi müayinələr təşkil edilib, maarifləndirici materiallar paylandı və maarifləndirmə işləri aparılıb. Forumda millət vəkili, yerli icra hakimiyyətinin nümayəndələri, Rayon Gənclər və İdman İdarəsinin rəisləri, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları, həkim və ekspertlər çıxış ediblər. Yeniyetmə və gənclərin iştirakı ilə voleybol, şahmat, domino çempionatları, "Rio-2016 Yay Olimpiya oyunlarına dəstək kampaniyası" çərçivəsində flaşmoblar, Bakı şəhəri və Masallı rayonunda futbol yarışları təşkil edilib. Bakı, Gəncə, Bərdə, Göygöl, Biləsuvar, şəhər və rayonlarında yaşayan yüzlərlə istedadlı uşaq və gənclərin istedadları üzə çıxarılaraq aidiyyəti yaradıcılıq qurumlarına təqdim olunub. Şamaxı, Gədəbəy, Qazax və Tovuz rayonlarında 225 nəfər yeniyetmənin iştirakı ilə aşıq sənətini gənclər arasında təbliğ etmək, onlara aşıq sənətinin sirlərini öyrətmək məqsədi ilə "Misri" gənc aşıqların səs incisi" adlı təlimlər təşkil edildi, ustad dərsləri keçirilib və 30 nəfər seçilmiş yeniyetmənin səs yazıları CD-lərə yazıldı. Göygöl və Samux rayonlarının orta məktəblərində təşkil olunan 60 seminar və 4 məsləhət saatı nəticəsində 40 müəllimin İKT sahəsində bilik və bacarıqları artırılıb. Sumqayıt şəhərinin 10 ümumtəhsil məktəbində aztəminatlı ailələrlə görüşlər, seçim turnirləri, digər maarifləndirmə tədbirləri təşkil etməklə sambo və cüdoya həvəsi olan yeniyetmələr üçün peşəkar məşqçilərin rəhbərliyi altında ödənişsiz təlimlər təşkil edilib. Azərbaycan müəllifləri üçün İP (beynəlxalq) kodlar alındı və onların əsərləri beynəlxalq kataloqda qeyd olunub. Bakı şəhəri və Mingəçevirdə keçirilən təlimlər zamanı 350 nəfər gənc "Erasmus Mundus" proqramı barədə ətraflı biliklərə yiyələniblər. 300 nəfər məktəblinin iştirakı ilə "Yeniyetmə və gənclərin yol hərəkəti qaydaları haqqında maarifləndirilməsi" kampaniyası təşkil edildi və məktəblərdə Azərbaycan Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə kiçik səhnəciklər nümayiş etdirilib. Rio-De-Janeyro XXXI yay olimpiya-paralimpiya oyunlarına lisenziya qazanan idmançıların iştirakı ilə görüşlər keçirilib, Rio-De-Janeyroda keçiriləcək "XXXI yay olimpiya-paralimpiya" oyunlarına azarkeş dəstəyi toplanaraq, paralimpiya oyunları boyunca qhtxeber.az saytına birbaşa Rio-De-Janeyro şəhərindən xəbərlər və videomateriallar yollanıb və ictimaiyyətə təqdim edilib. 40 nəfər paralimpiyaçı arasında boulinq idman növü üzrə çempionat, 7 ölkənin iştirakı ilə "Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə" həsr olunmuş beynəlxalq yarış keçirildi, 3 qalib kubok, medal və sertifikatla mükafatlandırılıb. "Poliqlot" tərcümə proqramının elektron lüğət bazasına bir neçə istiqamətdə əlavə kitablar (lüğətlər) daxil edilərək zənginləşdirildi. Goranboy rayonu, Ağcakənd qəsəbəsində 30 nəfər məcburi köçkün ailəsindən olan uşaqlar üçün yay təlim düşərgəsi təşkil edilib. Qusar rayonunda 20 gənc xanım dərzilik peşəsinə yiyələndi və əl işlərindən ibarət

sərgi təşkil edilib. "Ümumilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə" həsr olunmuş "EL-1" döyüş növü üzrə yarış keçirildi və idmançılardan ibarət qrupla Gəncə şəhərinə Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin müşayiəti ilə avto-yürüş təşkil edilib". Həsən Səmədov bildirib ki, ötən il cənab prezident İlham Əliyev dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elan edilən maliyyə yardımı müsabiqəsinə qeyd edilən mövzu prioritet istiqamət kimi daxil edilmiş və təqdim edilən layihələr dəstəklənib: "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyi ilə bağlı tədbir və aksiyaların keçirilməsi" istiqaməti üzrə maliyyələşən 10 layihəyə ümumilikdə 101000 manat vəsait ayrılıb. Layihələrə 15 daimi, 31 müvəqqəti işçi cəlb edildi. 1075 nəfərin iştirakı ilə 15 tədbir keçirilib. Layihələr Bakı şəhəri, respublikanın 5 regionunda, Türkiyə və Belorusiyada həyata keçirilib. Həyata keçirilən layihələrin nəticəsi olaraq, 6 adda müxtəlif buklet, "Müstəqilliyimizin 25 illiyinə" həsr edilmiş 2 film ("Müstəqil Azərbaycan: 25 il quruculuq və inkişaf yolunda", "25 illik tərəqqi və mübarizə akkordları"), 1 sosial çarx ("Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyi") hazırlandı, SƏS TV və SƏS İnformasiya Agentliyinin portalında yayımlanıb və Bakı şəhəri, Fəvvarələr meydanında vətəndaşlara üzərində "Dövlət müstəqilliyinin 25 illiyini" əks etdirən döş nişanları paylandı, 2 sayt ("Azərbaycanşünaslıq akademiyası" elektron portalı-www.azakademiya.com, www.azerbaijan25.az) yaradıldı və istifadəyə verilib. Bundan əlavə dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar Bakı şəhərində gənclər arasında "Müstəqil Azərbaycanım" mövzusunda bilik yarışması keçirildi, qaliblər mükafatlandırıldı. "Azərbaycanın dövlət müstəqilliyinin 25 illik həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması" mövzusunda millət vəkilləri, dövlət qurumlarının nüməyandələri, ali təhsil müəssisələrinin müəllim və tələbələri, media nümayəndələrinin iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzi, həmçinin İstanbul şəhəri, Prof.Dr Türkan Salyan Kültür Mərkəzində, Səfirlik, Türk Dünyası Topluluğu başqanı, İstanbul Universitetinin müəllim və tələbə heyətinin, KİV və yerli televiziya nümayəndələrinin iştirakı ilə konfrans təşkil edilib. İstanbulda "Dövlət müstəqilliyinin 25-ci ilində Azərbaycan: uğurlar və inkişaf perspektivləri" mövzusunda tədbir təşkil edilib. Qeyd edildiyi kimi, müstəqilliyimizin 25 illiyinə həsr edilmiş tədbirlər Bakı şəhəri və ətraf regionlarla yanaşı Belarusiyada da həyata keçirilib. Belorusiyanın "Baranoviç" və "Yanki Kupala" adına Dövlət Universitetlərində 200 nəfərin iştirakı ilə "Müstəqilliyin 25 illiyi" ilə bağlı konfans keçirilib. Konfrans iştirakçılarına Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu haqqında geniş məlumat verilib, "Nezavisimıy

Azerbaycan - 25" adlı film nümayiş etdirildi və eyni adda buklet və hədiyyəlik əşyalar (fincan, xalça, suvenirlər) təqdim edilib". Şura rəsmisi deyib ki, artıq vətəndaş cəmiyyətinin tam təşəkkül tapmasına imkan verən normativ-hüquqi baza formalaşıb: "Azərbaycanda bu gün mülki cəmiyyətin bütün institutları maneəsiz fəaliyyət göstərir, vətəndaş təşəbbüsləri dəstəklənir, qərarların qəbul edilməsi prosesində vətəndaşların və onların birliklərinin fəal iştirakı təmin olunur. Amma sözsüz ki, bu, hələ Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu işinin başa çatması barədə nəticəyə gəlməyə əsas vermir. Bildiyimiz kimi bu, kifayət qədər uzun, daim inkişafda olan - dinamik bir prosesdir. İnanıram ki, ölkəmizin müstəqillik əldə etməsi ilə bir vaxtda başlanmış bu iş uğurla davam etdiriləcək, Azərbaycan dövləti və cəmiyyəti bundan sonra da bu istiqamətdə mühüm nailiyyətlər əldə edəcəkdir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31