Jurnalistlərə mənzillər iyulun 20-də təqdim olunacaq, siyahı sabah açıqlanacaq

"Jurnalistlərə yeni tikilmiş binada mənzillər iyulun 20-də təqdim ediləcək". Bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə deyib.

"Jurnalistlərə yeni tikilmiş binada mənzillər iyulun 20-də təqdim ediləcək". Bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə deyib. V.Səfərli qeyd edib ki, iyulun 19-da jurnalistlərə dəvətnamə göndəriləcək: "Müvafiq komissiyaya 2 minə yaxın müraciət daxil olub, bu müraciətlərin hamısı ciddi şəkildə araşdırılıb. Yekunda 250-dən çox jurnalistə mənzil verilməsi qərara alınıb. Bu, cənab Prezident İlham Əliyevin jurnalistlərə hədiyyəsidir". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31