Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir

Azərbaycanda həyata keçirilən uğurlu islahatlar, xüsusilə iqtisadi sahədə atılan məqsədyönlü addımlar, görülən işlər öz müsbət nəticələrini verir, ölkəmizin dinamik inkişafına gətirib çıxarır. Məhz həyata keçirilən uğurlu islahatların nəticəsidir ki, dünya iqtisadiyyatını, ayrı-ayrı dövlətləri ciddi iqtisadi və maliyyə böhranı vurduğu halda, Azərbaycan bundan minimim itki ilə çıxdı.

Azərbaycan əhalisinin sosial müdafiəsi ölkənin daxili siyasətinin proritet istiqamətlərindən biridir

Azərbaycanda həyata keçirilən uğurlu islahatlar, xüsusilə iqtisadi sahədə atılan məqsədyönlü addımlar, görülən işlər öz müsbət nəticələrini verir, ölkəmizin dinamik inkişafına gətirib çıxarır. Məhz həyata keçirilən uğurlu islahatların nəticəsidir ki, dünya iqtisadiyyatını, ayrı-ayrı dövlətləri ciddi iqtisadi və maliyyə böhranı vurduğu halda, Azərbaycan bundan minimim itki ilə çıxdı. Dünyanın əksər inkişaf etmi dövlətləri, iqtisadi sahədə aparıcı ölkələr böhranın təsirindən nəzərdə tutduğu bir sıra layihələr, perspektivdə görüləcək işləri təxirə salsa da, Azərbaycan bunların heç birinə getmədi. Əksinə nəzərdə tutulan lıayihələri davam etdirdi. Xüsusilə, sosialyönümlü layihələr əvvəlki templə davam etdirildi. Böhranın təsirindən ciddi əziyyət çəkən əksər ölkələr maaş və pensiyaların məbləğini aşağı salsa, bir çox müəissə və zavodlarda iş yerləri qapansa, həmin istehsal müəssisələri öz fəaliyyətini dayandırsa da, Azərbaycanda bunun əksi müşahidə olundu. Qoca qitənin iqtisadi cəhətdən inkişaf etmiş ayrı-ayrı ölkələrindən fərqli olaraq Azərbaycanda böhran dövründə belə bir neçə dəfə əmək haqqı və pensiyanın məbləği artırıldı, yeni istehsal müəssisələri, nəticə etibarilə iş yerləri açıldı. Hazırda da eyni siyasət və məqsədyönlü tədbirlər davam etməkdədir. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında dediyi kimi bizim siyasətimiz düzgün istiqamətdə qurulub. Ona görə də qarşıya qoyulan bütün hədəflərə nail olunur. Elə əksər ekspertlər də bu qənaətdədirlər.

Millət vəkili Sona Əliyeva da hesab edir ki, məhz həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan dünya iqtisadi böhranından minimum təsirlərlə çıxan ölkə oldu: "Azərbaycan dünya iqtisadi böhranının təsirlərindən ən az zərər çəkən dövlətlərdən biridir. 2017-ci ilin birinci yarısının göstəriciləri bu reallığı bir daha təsdiqləyir. Məhz həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan nüfuzlu beynəlxalq reytiq agentliklərinin yüksək qiymətinə layiq görülüb, mövqeyini daha da möhkəmlədib. Bu uğurlar davamlı olacaq". Millət vəkilinin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında sosial siyasətlə bağlı öz mesajlarını çatdırıb: "Bu ilin ötən dövründə ölkədə yeni iş yerlərinin əksəriyyəti daimi olmaqla regionlarda açılıb. Belə ki, yarım ildə 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimi iş yeridir. Dövlət başçısının vurğuladığı kimi bu, daimi prosesdir. Regionlarda məşğulluğun təmin olunması həm bölgələrin demoqrafik proseslərinə müsbət təsir göstərir, həm də qeyri-neft sektorunun xüsusi bir tərkib hissəsi olan kənd təsərrüfatının və turizmin inkişafına səbəb olur. Eyni zamanda, insanların sosial müdafiəsinin gücləndirilməsində mühüm amil olan əmək haqlarının, pensiyaların vaxtında əhaliyə çatdırılması, indeksiyasiyanın aparılması, inflyasiyaya uyğun olaraq əmək haqlarının, pensiyaların artırılması da gündəmdə dayanır. Əhalinin sosial müdafiəsində ən mühüm faktorlardan olan səhiyyə sahəsi ilə bağlı da cənab

Prezident öz tövsiyələrini verib". Sona Əliyeva deyib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən ötən ildən Azərbaycanda əhalinin dövlət vəsaiti hesabına icbari tibbi müayinəsi həyata keçirilir: " Nazirlər Kabinetinin iclasında cənab Prezidentin qeyd etdiyi kimi bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Bu ilin ötən dövründə bu məsələlərlə bağlı ciddi addımlar atılıb və beş milyondan çox insan bu il pulsuz müayinədən keçib. bütün bunlar göstərir ki, sosial məsələlər daim dövlətin diqqətin mərkəzindədir"

Millət vəkili Eldəniz Səlimov da deyib ki, dövlətimiz daim əhalinin sosial müdafiəsinin gücləndirilməsini prioritet elan edib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan vətəndaşlarının sosial müdafiəsini gücləndirmək məqsədilə daim lazımi addımlar atır: "Azərbaycan əhalisinin sosial müdafiəsi ölkənin daxili siyasətinin proritet istiqamətlərindən biridir. Təsadüfi deyil ki, dünya iqtisadi böhranına baxmayaraq ölkəmizdə sosial proqramlar təxirə salınmayıb. Bu fikir bir daha rəsmi səviyyədə bəyan olunub. Bütün bunlar onu göstərir ki, Azərbaycanda sosial dövlət quruculuğu uğurla həyata keçirilir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31