Sosial
600-dən yuxarı bal toplayan abituriyentlər UNEC-də
Akademik Zərifə Əliyeva adına lisey, Gənc istedadlar liseyi, “Hədəf” kurslarını bitirərək, qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər UNEC-də olublar. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, rektorun köməkçisi Ramil Cabbarov abituriyentlərə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində təhsil imkanları ilə bağlı ətraflı məlumat verib, UNEC brendinin fəlsəfəsini açıqlayıb. UNEC-də tədris edilən ixtisaslar, SABAH qrupları, təqaüd və ikili diplom proqramlarından söz açıb, Elektron Universitet Modeli, keçid balları, beynəlxalq mübadilə proqramlarından danışıb, abituriyentləri maraqlandıran sualları cavablandırıb.
Azərbaycanda mediaya əlverişli şərait yaradılıb
Azərbaycan mediası, mətbuatı daha bir yaşını geridə qoymağa hazırlaşır. İyulun 22-də Azərbaycan mətbuatı 142 yaşını qeyd edəcək. 142 il geriyə dönüb baxanda mediamızın, mətbuatın uzun, çətin, çətin olduğu qədər də şərəfli bir yol keçdiyinin şahidinə çevrilirik. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı onun əsasını qoymuş dahi mütəfəkkir Həsən bəy Zərdabinin yolunu uğurla davam etdirir, öz fəaliyyəti ilə dahi mütəfəkkirin adını uca tutur, ona sayğı nümayiş etdirir.
Azadxan Xanməmmədovun vəkili mətbuat konfransı keçirdi
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində bir neçə ay əvvəl həbs olunan sahibkar Azadxan Xanməmmədovun vəkili Ceyhun Yusifov mətbuat konfransı keçirib. Tədbirdə Azadxan Xanməmmədovun qardaşı Əlifağa Xanməmmədov, həyat yoldaşı Əsmər Fətullayeva iştirak edib. A.Xanməmmədovun vəkili C.Yusifov bildirib ki, mətbuat konfransının məqsədi ictimaiyyətə, dövlət orqanlarına, media qurumlarına və bu məsələ ilə əlaqədar səhv təsəvvürü olan bütün şəxslərə müdafiə etdiyi şəxsin başına gələn faciənin tam təfərrüatı, dəqiqliyini, sübutlarını və səbəblərini təqdim etməkdir: “İlk öncə Cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya azad sahibkarlığın inkişafı üçün yaratdıqları şəraitə görə öz təşəkkürümüzü bildiririk. Cənab Prezident və birinci vitse-prezident hər zaman öz humanistlikləri ilə seçiliblər və bütün məsələlərə düzgün və ədalətli qiymət veriblər”.
Hansı halda açıq havada iş dayandırılır?
İyulun ilk günlərindən başlayaraq ölkə ərazisində isti və günəşli hava şəraiti hökm sürür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, bu cür hava şəraiti davam edəcək. Məlum olduğu kimi, yay mövsümündə kəskin isti hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması zərurəti yaranır.
Son 6 ayda Əmək Nazirliyinin xətti ilə 9,1 min nəfər əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərilib
Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 9 098 nəfər əlilliyi olan şəxsin bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təminatı həyata keçirilib.
Millət vəkili: “Azərbaycanda ürək transplantasiyasının aparılmaması donor yaxınları ilə bağlıdır”
"Azərbaycanda ürək transplantasiyasından başqa, bütün ürək-damar əməliyyatları həyata keçirilir". Bunu Bakı Ürək Mərkəzində keçirilən mətbuat konfransında millət vəkili, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Elmi-tədqiqat və tibb işləri üzrə direktor müavini Rəşad Mahmudov bildirib.
İsmayıllıda beynəlxalq elmi-praktiki seminar keçiriləcək
İyulun 28 – də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə mədəniyyət təsisatlarına və mədəni əməkdaşlığa dəstək naminə İsmayıllı rayonunun İvanovka kəndində “Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün I beynəlxalq elmi-praktiki seminar” keçirəcək. Mərkəzdən “Olaylar” – a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd xarici mütəxəssislərdən beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı Mədəniyyət mərkəzlərində fəaliyyət göstərən klublarda milli məfkurənin öyrənilməsinə xidmət edən milli, mədəniyyət ocaqları vasitəsilə əhali arasında təşviqat işlərinin genişləndirilməsinə kömək edən yolların araşdırılmasıdır. Beynəlxalq elmi-praktiki seminarda Belarus, Qazaxıstan respublikaları, Türkiyə Cümhuriyyətinin mədəniyyət müəssisələrində çalışan mütəxəssislər, Bakı şəhəri və regionlardakı Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər iştirak edəcəklər.
Azərbaycanın dini modeli islam ölkələri üçün örnəyə çevrilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda “İslam həmrəyliyi və media”mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən DQİDK sədri Mübariz Qurbanlı İslam dətərlərinin qorunub saxlanması, insanların dini maarifləndirilməsi istiqamətində mətbuatın rolundan danışıb. Bildrib ki, Azərbaycan mətbuatı uzun tarixi yol keçib və bu yolda böyük naliyyətlərə imza atıb. Dini dəyərlərin təbliğində Azərbaycan mətbuatı Şərq dünyasında və İslam aləmində avanqard rolunu oynayıb. Əlavə edib ki, ölkədə bu il Azərbaycan prezidenti tərəfindən "İslam Həmrəyliyi İli" elan edilib.
Ailə münasibətlərinə təsir göstərən faktorlar
Zaman-zaman ailədə meydana çıxan problemlərin əsl səbəbinin araşdırılması, bu problemlərin haradan qaynaqlandığı barədə mətbuatda yazılar yazılır, televiziyalarda reportajlar hazırlanır. Qəribəsi odur ki, müxtəlif istiqamətlərdə araşdırma aparılıb, mövqe ortaya qoyulsa da, lakin problemin əsas səbəbinin nədən ibarət olduğu sualı cavabsız qalır. Bu hal isə qeyd edilən istiqamətdə problemin daha da dərinləşməsinə gətirib çıxarır. Ən ağrılı hal isə ondan ibarətdir ki, ailədə yaranan problem getdikcə dərinləşərək onu dağılması, uşaqların vaildeyn himayəsindən məhrum olması, nəticədə onların psixoloji durumunda problemlərin meydana gəlməsinə səbəb olur. Bəs görəsən psixoloqlar bu barədə nə düşünürlər? Ümumiyyətlə, psixoloqların qənaətincə ailədə problemlərin, ziddiyyətlərin, böhranın yaranmasının başlıca səbəbləri hansılardır?
Sevgilisini döyən dünya çempionuna cinayət işi açıldı
Bəzi xəbər saytlarında boks üzrə dünya çempionu Elvin Məmişzadənin gecə klublarından birində bir xanımı döyməsi barədə məlumatlar yayılıb. İdmançının özü də xəbəri təsdiqləyib və bildirib ki, xanımla mübahisəsi olub, lakin onu döyməyib. Bəs əslində, nə baş verib?
Aprel döyüşləri qəhrəmanlarının şücaətləri rəsm əsərlərində - JEM-dən layihə
Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi" layihəsinə başlayır. JEM – dən “Olaylar” – a bildirilib ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında layihənin təqdimatı keçirilib. İncəsənət ocağının rəhbərliyi, rəsm müəllimləri və yeniyetmə rəssamlarla görüşən JEM sədri Ceyhun Musaoğlu bildirib ki, onun rəhbərliyi ilə iyul-noyabr aylarınadək davam edəcək layihəyə rəsm dərnəyində təhsil alan yeniyetmələr cəlb olunacaqlar. Rəssamlar 2016-ci ilin aprel döyüşlərində işğalçı Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin şücaət göstərdiyi anın rəsmini çəkəcəklər. Sərgisi keçiriləcək əsərlər sonda muzeyə hədiyyə olunacaq. Layihə rəhbərinin sözlərinə görə, məqsəd əsgərlərimizin qəhrəmanlıqlarını rəsmlərdə əbədiləşdirməklə yanaşı, gələcək nəslin yaradıcı nümayəndələrinə vətənpərvərlik ruhu aşılamaq, yeniyetmələri dövlətçilik ənənələrinə daim sadiq qalmağa, azərbaycançılıq məfkurəsinə söykənərək yaşayıb yaratmağa, Vətən uğurunda canlarından keçən şəhidlərlə qürur duymağa sövq etməkdir. Rəsm müəllifləri diplom və hədiyyələrlə mükafatlanacaqlar.
G 20 sammiti Almaniyaya 12 milyon avro ziyana başa gəldi
Almaniya Sığortaçılar İttifaqı G 20 sammiti zamanı Hamburqda baş vermiş iğtişaş və etiraz aksiyaları zamanı vurulan ziyanın məbləğini açıqlayıb. İttifaqın açıqladığı hesabatda sammit ərəfəsi və həmin gün Almaniyaya 12 milyon avro dəyərində ziyan dəydiyi qeyd olunub. Məlumatda bunun dəyən ziyanın ilkin qiymətləndirməsi olduğu da vurğulanıb. Hesabatda bildirilir ki, ziyan əsasən avtomobillərə, yaşayış və inzibati binalara vurulub.
Ölkədə qanunsuz işləyən əcnəbilər saxlanılıb
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasi-yaya qarşı keçirilmiş tədbirlər zamanı ölkə ərazisində qanunsuz yaşayan 5 nəfər Pakistan, 2 Hindistan, 2 Nepal, 1 Syerra-Leone, 1 Nigeriya və 1 nəfər ikili vətəndaşlığı (Fələstin və İordaniya Həşimi Krallığı) olan əcnəbi saxlanılıb. “OLAYLAR”-ın Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, araşdırma zamanı miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə inzibati qaydada Azərbaycan Respublikasının ərazisindən çıxarılan və ölkə ərazisinə girişinə məhdudiyyət qoyulan Pakistan vətəndaşı özünü Vasim kimi təqdim edən Zıkar Ullah tərəfindən 5 nəfər həmyerlisinin (Hussain Muhammad Waqar, Ahmad Sarfraz, Haidar Irfan, Ali Faizan, Ahmed Shakeel), 2 nəfər Hindistan vətəndaşının (Ravinder Kumar, Mandal Bhairab) və 2 nəfər Nepal Krallığı vətəndaşının (K C Sunil, Shrestha Anu) işə düzəltmə adı ilə aldadılaraq Azərbaycan Respublikasına gətirilməsi məlum olub.
"GMO dalğasının qarşısını almaq mümkün deyil"
1972-ci ildən başlayaraq ABŞ-da alimlər tərəfindən ayrı-ayrı növə aid genlərin bir orqanizmdən digərinə transformasiyası həyata keçirilir. Yüksək məhsuldarlıq əldə etmək, istiyə, soyuğa, alaq otlarına və ziyanvericilərə davamlı bitki növü yetişdirmək üçün heyvan genlərinin bitkilərə keçirilməsi nəticəsində təbiətin qanunauyğunluqlarına qarşı gedilir.
Fahişəlik artıb, pritonlar çoxalıb... - Qorxulu xəstəliklərin SƏBƏBKARLARI....
Ödənişli seks faliyyəti və ən qədim peşə adlandırılan fahişəlik hər bir cəmiyyətin bəlasıdır. O cümlədən də Azərbaycan cəmiyyətinin... Bəzən Azərbaycanda bu mövzunu araşdıranda bir çoxları irad tutur, "mentalitetimizə yad xüsusiyyətdir" deyib bundan danışmağı ayıb sayır, ölkəmizdə fahişəliyin az yayıldığınlı iddia etməyə çalışırlar. Halbuki, reallıq və faktlar əksini deyir: Azərbaycanda da fahişəlik artıb...






.jpg)







