G 20 sammiti Almaniyaya 12 milyon avro ziyana başa gəldi

Almaniya Sığortaçılar İttifaqı G 20 sammiti zamanı Hamburqda baş vermiş iğtişaş və etiraz aksiyaları zamanı vurulan ziyanın məbləğini açıqlayıb. İttifaqın açıqladığı hesabatda sammit ərəfəsi və həmin gün Almaniyaya 12 milyon avro dəyərində ziyan dəydiyi qeyd olunub. Məlumatda bunun dəyən ziyanın ilkin qiymətləndirməsi olduğu da vurğulanıb. Hesabatda bildirilir ki, ziyan əsasən avtomobillərə, yaşayış və inzibati binalara vurulub.

Qeyd edək ki, iyulun 7-8-də Hamburqda keçirilən G 20 sammiti əhali tərəfindən kəskin etirazlarla qarşılanmışdı. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31