Azərbaycanın dini modeli islam ölkələri üçün örnəyə çevrilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda “İslam həmrəyliyi və media”mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən DQİDK sədri Mübariz Qurbanlı İslam dətərlərinin qorunub saxlanması, insanların dini maarifləndirilməsi istiqamətində mətbuatın rolundan danışıb. Bildrib ki, Azərbaycan mətbuatı uzun tarixi yol keçib və bu yolda böyük naliyyətlərə imza atıb. Dini dəyərlərin təbliğində Azərbaycan mətbuatı Şərq dünyasında və İslam aləmində avanqard rolunu oynayıb. Əlavə edib ki, ölkədə bu il Azərbaycan prezidenti tərəfindən "İslam Həmrəyliyi İli" elan edilib.

"İslam həmrəyliyi və media" mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda "İslam həmrəyliyi və media"mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən DQİDK sədri Mübariz Qurbanlı İslam dətərlərinin qorunub saxlanması, insanların dini maarifləndirilməsi istiqamətində mətbuatın rolundan danışıb. Bildrib ki, Azərbaycan mətbuatı uzun tarixi yol keçib və bu yolda böyük naliyyətlərə imza atıb. Dini dəyərlərin təbliğində Azərbaycan mətbuatı Şərq dünyasında və İslam aləmində avanqard rolunu oynayıb. Əlavə edib ki, ölkədə bu il Azərbaycan prezidenti tərəfindən "İslam Həmrəyliyi İli" elan edilib. Azərbaycan mətbuatı "İslam Həmrəyliyi İli" çərçivəzində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Azərbaycan dövlətinin mətbuata diqqət və qayğısından danışan M. Qurbanlı DQİDK-nin, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) öz fəaliyyətində mətbuatla əməkdaşlığa daim önəm verdiyini qeyd edib. O, dini sahədən yazan jurnalistlərin maarifləndirilməsi işində QMİ-nin təşkil etdiyi treninqlərin müsbət nəticələr verdiyini diqqətə çatıdırıb. Komitə sədri avqust ayında Mətbuat Şurası ilə birlikdə dini sahədən yazan jurnalistlər arasında ən yaxşı yazı müsabiqəsi keçirəcəklərini də diqqətə çatdırıb. Mətbuat Şurasının sədri, millət vəkili  Əflatun Amaşov bildirib ki, DQİDK mətbuatla fəal əməkdaşlıq edən qurumlar arasında ön sıralardadır. O, xarici qüvvələrin təhriki ilə bəzi qrupların ölkədə dini qarşıdurma yaratma cəhdlərinə, xüsusilə Bakıdakı "Hacı Cavad" məscidi ətrafında baş verən son olaylara toxunaraq, jurnalistlərin dini məsələlərə həssas yanaşmasının zəruriliyini qeyd edib. Ə. Amaşov dini maarifləndirmənin səviyyəsinin daha da yüksəldilməsinin əhəmiyyətini də önə çəkib: Azərbaycan İslam dəyərlərinə sadiq ölkədir. Eyni zamanda, İslam həmrəyliyinə önəm verir. Müstəqil Azərbaycan İslam ölkələri arasında ziddiyyətlər və münaqişələrə son qoymağa çalışır. Paralel olaraq ölkə mediası da dini dəyərlərə üstünlük vürir. Nəticədə Azərbaycan modeli islam ölkələri üçün örnəyə çevrilib". "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, Azərbaycan müdiası İslam və dini mövzulara səliqə ilə yanaşırlar: "Lakin dinimizi parçalamaq istəyən ayrı-ayrı qüvvələr var. Onlar fəaldırlar, küçələrdə belə gəncləri özlərinə cəlb edirlər. Şübhəsiz ki, bu təhlükəli məsələdir və mətbuat buna qarşı mübarizə aparmalıdır. Azərbaycanın özünəməxsus dini modeli var və mətbuat dini mövzuları bi modelə uyğun işıqlandırmalıdır. Jurnalistlərin də bu sahədə kifayət qədər  təcrübəsi var". "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də DQİDK-nin fəaliyyətini yüksək qiymətləndirərək, son vaxtlar Komitənin media ilə münasibətinin nümunəvi müstəviyə yüksəldiyini deyib: "Azərbaycan xalqı tolerant xalqdır. Ölkədə digər dinlərə də hörmətlə yanaşılır. Mətbuat da mütəmadi olaraq xurafat və dini fanatizmə qarşı sivil şəkildə mübarizə aparır".  "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə çıxışında Komitənin media rəhbərlərinin iştirakı ilə ölkədəki dini durum və bu sahədə fəaliyyətə həsr olunmuş müzakirələr təşkil etməsini təklif edib: "Dövlət qurumları ilə mətbuat işini yüksək səviyyədə qurmasa bir sıra yad ideologiyalar Azərbaycana siraət edə bilər. Hazırda ölkəmizdə müxtəlif dinləri təmsilçiləri rahat şəkildə yaşaya bilir. Bundan sui-istifadə olunmasın deyə, nəzarət mexanizmi gücləndirilməlidir".  "APA Holding"in prezidenti Vüsalə Mahirqızı ölkədə dini durumla bağlı stabilliyin yaranmasında media ilə DQİDK və QMİ arasında əməkdaşlığın və birgə fəaliyyətin  böyük rol oynadığını diqqətə çatdırıb: "Dini sahədə iş həm də maarifləndirmədən keçir. Hesab edirəm ki, mediada mütəmadi olaraq dini mövzuda proqramlara, müzakirələrə yer verməyə, mövhumatdan, xurafatdan uzaq, yüksək dini savada, intellektə malik ekspertlərin fikrilərinin cəmiyyətə çatdırılmasına ehtiyac var". V. Mahirqızı QMİ tərəfindən jurnalistlər üçün təşkil olunan treninqlərin müsbət nəticələrinin olduğunu da bildirib: "Treninqlərin müsbət nəticələri var. Lakin bir məsələni də qeyd etmək istəyirəm ki, ölkəmizdə başqa dinlərin də nümayəndələri yaşayır. Bu treninqlərdə başqa dinlərin nümayəndələrin də iştirakı yaxşı olardı". V. Mahirqızı rəhbərlik etdiyi media qurumunun Dini Komitə ilə çox sıx əməkdaşlıq etdiyini qeyd edib: "Biz bilirik ki, din məsələsi dövlətimiz üçün olduqca həssas sahədir. Biz hərbi məsələlərdə nə qədər həssaslıq göstəririksə, bu məsələdə də eyni həssaslığı göstərməliyik. Ona görə mən də media rəhbərlərinin iştirakı ilə geniş müzakirələrin aparılmasının tərəfdarıyam". Komitə sədri M. Qurbanlı media rəhbərlərinin bu təklifini dəstəkləyib, müzakirələrin təşkil olunacağını bildirib. Sonda jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən "Qurani Kərim" hədiyyə olunub.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31