Sosial
Universitetdə yeni layihə
2017-2018-ci tədris ilindən etibarən Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsünə əsasən universitetdə yeni bir layihə həyata keçiriləcək. Universitetdən “Olaylar” - a bildirilib ki, ADU-da təhsil alan tələbələrlə kütləvi informasiya vasitələri arasında əlaqə qurmaq, onların KİV-də praktik biliklər əldə etməsi məqsədilə həyata keçiriləcək “Təcrübədən əvvəl təcrübə” layihəsi çərçivəsində tələbələr istehsalat təcrübəsi dövründən əvvəl də qəzet redaksiyalarında, informasiya agentliklərində, saytlarda təcrübə keçmək şansı qazanacaqlar. Bu, universitetin KİV-lə əlaqələrinin möhkəmlənməsində tələbələrin də birbaşa iştirakına imkan verəcək.
Bu insanlarla əlaqəni BİRDƏFƏLİK KƏSİN
Restoranda yanğın
Bakıda yanğın hadisəsi qeydə alınıb. Bakının Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 m2 olan ikimərtəbəli restoranın 1-ci mərtəbəsinin girişində asma tavanın altından keçən elektrik kabeli 8 p.m yanıb.
Şəkidə seminar-müşavirə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhəri İcra hakimiyyətində “Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda seminar-müşavirə keçirilib. Nazirlikdən "Olaylar" - a bildirilib ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyi Yanğın Nəzarəti Xidmətinin və Şəki Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon yerli icra hakimiyyətləri orqanlarının və meşə əraziləri ilə həmsərhəd olan bələdiyyələrin, kənd təsərrüfatı idarələrinin nümayəndələri iştirak edib.
Uşaqların anaları tapıldı
Bir ay əvvəl öz nənələri tərəfindən küçədə tərk edilən 3 uşağın anası Kərimova Xəyalə artıq tapılıb. Ana Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə gəlib və orada ərizəsi alınıb. Maraqlıdır ki, nənə öz qızını qız isə anasını günahkar sayır. Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədr müavini Vasif Akiflinin “Olaylar” – a verdiyi məlumata əsasən həmin gündən uşaqları küçədə sahibsiz atan nənə və ana ilə bağlı axtarışlar davam edirilidi. “Ağsu rayon Polis Şöbəsi, İcra hakimiyyəti, televiziya və KİV ilə birgə apardığımız işin nəticəsi olaraq artıq ana taplıb və sığınacağa gətirildi. 7 ayda bir dəfə də olsun uş uşaqlarından xəbəri olmayan "ana"nın göz yaşı mənə inandırıcı belə gəlmir!” – deyə, vasif bəy qeyd edib.
Mühacir şairin şeir toplusu təqdim edildi
AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyilə Güney Azərbaycan mühacir şairi Hadi Qaraçayın “Barışa inanma, Fərihcəm” adlı kitabının təqdimatı keçirilib. Kitabxanadan "Olaylar" - a bildirilib ki, kitabın ön sözünün müəllifi, tərtib edəni və nəşrə hazırlayanı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Güney Azərbaycan ədəbiyyatının, Məhəmmədhüseyn Şəhriyar poeziyasının araşdırıcısı, müxtəlif elmi qurumlarının üzvü Esmira Fuad əvvəlcə müəllif haqqında məlumat verib. Hadi Qaraçayı Güney Azərbaycanda və bütün Türk dünyasında tanınıb sevilən şair, milli ruhun daşıyıcısı kimi xarakterizə etdi.
İvanovkada I beynəlxalq elmi-praktiki seminar
İyulun 28 - də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə mədəniyyət təsisatlarına və mədəni əməkdaşlığa dəstək naminə İsmayıllı rayonunun İvanovka kəndində “Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün I beynəlxalq elmi-praktiki seminar” keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, seminar iştirakçilarını salamlayan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, N.Nikitin adına kolxozun sədri Vasiliy Novoseltsev, Mədəniyyət və Turizm Nazirliyinin kollegiya katibi Tahirə Əliyeva, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov tədbirin beynəlxalq təcrübə mübadiləsində xüsusi əhəmiyyətindən danışıblar.
İmtahanın cavabları açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahan zamanı təxliyə olunan abituriyentlər üçün 27 iyulda keçirilmiş yeni qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının izahı açıqlanıb.
İstrahət mərkəzində yanğın
Gecə saatlarında Göygöl rayonunun Toğanalı kəndində yerləşən istrahət mərkəzində yanğın baş verib. Nəticədə vətəndaşa məxsus ümumi sahəsi 3000 m2 olan istrahət mərkəzinin mətbəxinin yanar konstruksiyaları 150 m2, 2 ədəd "Beko" markalı vitrin və 1 ədəd "Orsk" markalı soyuducu yanıb.
Türkiyəyə gedənlərin nəzərinə: Baqajla bağlı YENİLİK
Türkiyə aeroportlarında baqajların qəbulunda yeni sistemin tətbiqinə başlanılıb. Yeni sistem aeroportlarda sərnişinlərin qeydiyyatdan keçmə prosesini sürətləndirəcək. Qeyd edək ki, ilk dəfə bu trend Atatürk Hava Limanında tətbiq olunub. Bu texnologiya zamanı sərnişinlər çemodanlarını sərbəst şəkildə özləri baqaja təhvil verə biləcəklər.
Masallıda qəza: sürücü öldü
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı-Yardımlı magistral yolunun 16-cı kilometrliyində Masallı rayon ərazisində “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək dərədən aşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Azərbaycanda ali məktəblərə ixtisas seçimi başladı
Bu gündən 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I – V) üzrə ixtisas seçimi başlayıb. İxtisas seçimi avqustun 10-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə yalnız bu müddətdə ixtisasları seçib öz elektron ixtisas seçimi ərizələrinə daxil edərək təsdiq etmiş abituriyentlər buraxılacaq. I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.
Jurnalistika ixtisasına qabiliyyət imtahanı keçirilir
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir. Bu mərhələdə 2017‑ci ilin iyul ayının 21-dən 24-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edəcəklər. İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay və Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.
Çaylarda son durum
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Nazirlikdən "Olaylar" - a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin çaylarda apardığı monitorinq nəticəsində qeyd edilib. Hazırda Qıraqkəsəmən məntəqəsində su sərfi 77 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 102 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 26 m3/s olmaqla, ongünlük normanın 30 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 117 m3/s təşkil edərək ongünlük normanın 133 faizinə bərabər olub.






.jpg)







