Sosial

V – IV əsrlərə aid tətqiqatlar aparılır

31 İyul 2017 13:18

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları antik dövr üzrə bir sıra tədqiqatlar aparıblar. AMEA- dan “Olaylar” – a bildirilib ki, Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığındakı eramızdan əvvəl V–IV əsrlərə aid şəhər kompleksində antik dövrə aid saray kompleksinin tədqiqi davam etdirilib. Bundan əlavə, Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisində yerləşən antik və orta əsrlərə aid Qalatəpə şəhər məskəninin üst qatında arxeoloji qazıntılar aparılıb.

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət edib

31 İyul 2017 13:05

Dövlət İmtahan Mərkəzi (DİM) V ixtisas qrupu üzrə qabiliyyət imtahanlarından müvəffəq qiymət almış və ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət edib. DİM verilən xəbərə görə, ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi avqustun 5-dən 10-dək aparılacaq. Qeyd olunan abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.

Çin səfirliyinin hərbi attaşesi ADU – ya niyə gəldi?

31 İyul 2017 12:57

İyulun 31-də Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Xalq Azadlıq Ordusunun yaranmasının 90 illiyinə həsr olunan “Böyük İpək Yolunda sülh və təhlükəsizliyin təmin olunması” mövzusunda elmi seminar keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, iki ölkə arasında hərbi-siyasi və hərbi-texniki əməkdaşlığın perspektivləri və tarixi İpək Yolunun bərpasında ölkəmizin geostrateji rolundan söz açan Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Avrasiya nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Silahlı Qüvvələr Hərbi Akademiyasının professoru Nurulla Əliyev seminarda çıxış edərək ordunun modernləşdirilməsi və hərbi-sənaye kompleksinin inkişafında Çinin hərbi-siyasi prioritetləri, dünyanın müasir geosiyasi proseslərində Çinin iştirakı və bu ölkənin qədim hərb sənəti barəsində danışıb.

Paytaxtda məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

31 İyul 2017 12:54

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017-2018-ci dərs ili üçün uşaqların elektron qeydiyyatının başlanması ilə bağlı mətbuat konfransı keçirilib.  Mətbuat konfransında BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva, ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və media nümayəndələri iştirak ediblər.

Hava  küləkli, buludlu, yağmursuz keçəcək

31 İyul 2017 12:40

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək.

DİN 5 günlük körpənin quyuda ölməsi ilə bağlı məlumat yayıb

31 İyul 2017 12:29

Daxili İşlər Nazirliyinin (DİN) Lənkəranda yeni doğulan uşağın ölməsi faktı ilə bağlı məlumat yayıb.  DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 30-da saat 6:03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi”nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxdığını bildirib. Həmin gün saat 6:31 radələrində Ş. Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olduğunu bildirib. Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb. 

Bakı çimərliklərində DƏHŞƏT: 1 gündə 6 nəfər öldü

31 İyul 2017 12:27

İyulun 30-da Bakı şəhərinin ətrafındakı çimərliklərdə 6 nəfər boğularaq ölüb. Dünən baş vermiş faciəvi hadisələri və ölən şəxslərin adlarını təqdim edir: Hacıqabul sakini, 1969-cu il təvəllüdlü Aslanov Habil Əli oğlu Qaradağ rayonu Səngəçal qəsəbəsindəki çimərlikdə boğularaq ölüb. Salyan rayon Qaraqaşlı kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Mübariz Cavad oğlu Şıxov çimərliyində dənizdə batıb. 1985-ci il təvəllüdlü Hüseyn Hadızadə Sabunçu rayonu Pirşağı çimərliyində suda boğulub Paytaxt sakini, 1988-ci il təvəllüdlü Əzizov Cavid Əziz oğlu Kürdəxanı çimərliyində çimərkən boğularaq ölüb. Cəlilabad rayon sakinləri, 1995-ci il təvəllüdlü Mehtiyev Təbriz Vilayət oğlu və 1994-cü ildə anadan olmuş Teymurov Müvhid Tehmir oğlu Goradil çimərliyində suda boğularaq ölüb.

SABAH qrupları  Almaniyada səfərdə olub

31 İyul 2017 12:17

Təhsil Nazirliyinin SABAH İcra Komitəsinin rəhbəri, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor-müəllim heyətindən ibarət nümayəndə heyəti Almaniya Federativ Respublikasında səfərdə olub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, səfər zamanı nümayəndələr Halle şəhərində Halle-Vittenberq Universitetində görüş keçirib, əməkdaşlıq imkanlarını, Bakı Dövlət Universiteti və Halle Universitetinin İqtisadiyyat və Hüquq fakültəsi ilə birgə ikitərəfli hüquq üzrə fəlsəfə doktorluğu (PhD) proqramının təşkili məsələlərini müzakirə ediblər.

Daha 159 dövlət əmlakının özəlləşdirilməsi planlaşdırılır

31 İyul 2017 12:14

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 29-u keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 159 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 64-ü kiçik dövlət müəssisə və obyekti, 64-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 6-sı isə nəqliyyat vasitəsidir.

2890 manat məbləğində cərimə

31 İyul 2017 12:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Olaylar” – a bildirib ki, nazirliyin “Qaynar xətt”inə Zaqatala rayonunun Muxax kənd sakini Şaban Mahmudov tərəfindən Muxax bələdiyyəsinin mülkiyyətinə məxsus Selbasar adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Şəhid uşaqlara abidə qoyulsun

31 İyul 2017 11:51

Bir xalq keçmiş tarixini unudarsa, gələcəyini də unudacaqdır! Bu real həqiqətə işarə olaraq, 24 aprel 1992-ci il tarixdə keçmiş Ali Sovetinin binası qarşısında Heydər Əliyevin "yaş senzi" ilə əlaqədar keçirdiyimiz tarixi mitinqdə Azərbaycanı parçalamağa, onu Qafqazın siyasi xəritəsindən silməyə çalışan  güclü düşmənin  qanlı siyasətini xalqımıza çatdırarkən bəyan etdim ki, qarşıdan bəlalı XXI əsr gəlir, hansı xalq XXI əsrə yuxulu girsə, ölü çıxacaqdır.

Lənkəranda 6 günlük körpə niyə öldürülüb - “Bu onun 4-cü qızı idi”

31 İyul 2017 11:31

Lənkəran rayon Mərkəzi Xəstəxanası 6 günlük körpənin öldürülməsinə aydınlıq gətirib. Xəstəxanadan daxil olan məlumata görə, 1989-cu il təvəllüdlü, Darquba kənd sakini Valiyyə Rzayeva İsfəndiyar qızı iyulun 25-də doğum şöbəsinə daxil olub: “Keysəriyyə yolu ilə onun ikinci uşağı dünyaya gəlib. Bu Valiyyənin 4-cü hamiləliyi idi. Birinci qızı doğulandan sonra iki uşaq abort etdirib. Onlar da qız olub. 4-cü dünyaya gələn qız uşağının çəkisi 4 kilo 300 qram idi. Özü də çox sağlam. Biz əhvalatı bu gün eşitmişik və olanlardan dəhşətə gəlmişik”.

Dəhşətli istilər gəlir

31 İyul 2017 11:14

Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə az olacağı ehtimalı var.

Məktəbəhazırlıq qruplarında məşğələlərin başlayacağı tarix AÇIQLANDI

31 İyul 2017 11:10

2017/2018 dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. BŞTİ-nin sektor müdiri İlhamə Abdullayeva bildirib ki, məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. O deyib ki, 8 ay davam edən məşğələlər mayın 31-də başa çatacaq. Sektor müdiri qeyd edib ki, məktəbəhazırlıq qruplarının 770-i Azərbaycan, 166-ı rus bölmələrinin payına düşür.

Azərbaycanda ögey atanın zorladığı uşaqların ifadələri – TƏFƏRRÜAT

31 İyul 2017 11:04

Şəkidə 3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpərdən cinayət əməli barədə məlumat vermişdik. 3 azyaşlı uşağı uzun illlərdir ki, zorlayan şəxs onların ögey atası idi. Bu dəhşətli cinayət əməlinin yeni təfərrüatlarını əldə edib.  Azyaşlılara qarşı iyrənc əməlləri törədən 1973-cü ildə Şəki şəhərində anadan olan Nurəli Səlimovun cinayət işinə qapalı məhkəmə iclasında, Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.