Sosial
Ermənistanın seks köləsinə çevirdiyi və satışa çıxardığı AZƏRBAYCANLI QIZLAR - DƏHŞƏTLİ VİDEO
Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda əsir düşən 3 minə yaxın azərbaycanlının taleyini aydınmlaşdırmaq üçün Türkiyə və beynəlxalq insan haqları təşkilatlarına yazılı şəkildə müraciət ünvanlanmağa hazırlaşır.
Bakıda tanınmış həkimə və arvadına İŞGƏNCƏ VERDİLƏR: dəhşətli cinayətlə bağlı YENİ XƏBƏR
İyulun 29-da uroloq-alim Kamal Abdullayevin Binəqədi rayonunda yerləşən evindən oğurluq olub. Evə daxil olan şəxslər K.Abdullayev və həyat yoldaşının əl-qolunu bağlayaraq onları işgəncəyə məruz qoyublar. Hadisə ilə bağlı K.Abdullayevin klinikası ilə əlaqə saxladıq.
Pulsuz göz müayinələri davam edir
Azercell Telekom-un dəstəyi ilə fəaliyyət göstərən Mobil göz klinikasında yanvar-iyun ayları ərzində 700-dən çox ehtiyacı olan xəstələr müayinədən keçib, bunun 500-ə yaxını böyük, 200-dən çoxu isə uşaqdır. Yanvar ayları ərzində klinikanın həkimləri Kürdəmir rayonunda məskunlaşan 36 məcburi köçkün və qaçqınlara yardım göstəriblər. Müayinələr nəticəsində eynək reseptləri yazılıb, müalicələr təyin edilib. Eyni zamanda Əmircan qəsəbəsi 13 saylı və Hövsan qəsəbəsi 23 saylı poliklinikada 58 nəfər müayinə olunub. Sabunçu rayonu Sosial Müdafiə Fondunun dəstəyi ilə isə 42 nəfər müayinədən yararlanıb.
Hacıqabulda əməliyyat: 11 nəfər tutulub, silah-sursat, narkotik müsadirə edilib
İctimai asayişin və təhlükəsizliyin etibarlı təmin edilməsi, əllərdə olan odlu silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) müvafiq qurumları Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayonda əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.
Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin ilkin mərhələsində iştirak ediblər
Beynəlxalq Ordu Oyunlar çərçivəsində “Tank biatlonu” müsabiqəsinin “Fərdi sürmə” mərhələsinə start verilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, T-72B3 tankında yarışlarda iştirak edən Azərbaycan heyəti Küveyt və Monqolustan komandalarını geridə qoyaraq ilkin mərhələni öz qruplarında 2-ci yerdə başa vurublar. “Tank biatlonu” müsabiqəsində 19 ölkədən 55 tank heyəti iştirak edir və yarışlara avqustun 12-də yekun vurulacaq.
Azərbaycan həqiqətlərinə həsr edilmiş sayt təkmilləşdirilib
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi çərçivəsində layihə çərçivəsində “Yenimedia.info” saytı təkmilləşdirilib. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki, saytın Azərbaycan həqiqətləri və Qarabağ problemi ilə bağlı mövzular və xarici internet və sosial mediada işıqlandırılmasına həsr edilmiş məqalələrlə yenilənməsi nəzərdə tutulur.
Carlsberg Azerbaijan pivənin sirlərini açıqlayır
28 iyul ənənəvi olaraq avqustun əvvəllərində qeyd edilən Beynəlxalq pivə günü ərəfəsində ölkənin ən iri pivə istehsalı şirkəti olan Carlsberg Azerbaijan edutainment[1] formatında “pivə savadlılığının” artırılmasına yönələn xüsusi tədbir təşkil edib.
Taksi sürücüsündən qadın müştəriyə qarşı əxlaqsızlıq - Bakıda - VİDEO
Şirkətdən taksi sifariş edən qadın sərnişinə sürücü sonradan zəng vuraraq onunla tanış olmaq istəyib. Sürücü xanımın vatsap nömrəsinə yazaraq ondan xoşu gəldiyini və tanış olmaq istədiyini bildirib. Ancaq xanım buna etirazını bildirərək onu narahat etməməsini deyib. Hadisə Bakıda olub.Taksi şirkətlərinin birində işləyən sürücü müştərini ünvana apardıqdan sonra mesaj yazmağa başlayıb. Sonradan xanım müştəri sürücü ilə olan yazışmanı sosial şəbəkələrdə paylaşaraq qadın istifadəçiləri belə məsələlərdə diqqətli olmağa çağırıb. Təbiiki sosial şəbəkədə paylaşılan bu fotoda istifadəçilərin narazılığına səbəb olub.
Uşağın qız olmasının “günahı” kimdədir?
Yeni doğulan körpəni qız olduğuna görə öldürən atanın elədiyi hərəkət təkcə vəhşilik və cinayət deyil, həm də cahillik və savadsızlıqdır. Elementar, amma dəhşətli savadsızlıq. Çox vaxt dünyaya qız övladı gətirdiyinə görə qadınlar aşağılanır, təhqir olunur. Halbuki, uşağın cinsi atadan asılıdır. Burada ana heç bir rol oynamır. Orta məktəbdə biologiya dərsini oxumayanlar üçün bunu qısaca izah etməyə ciddi ehtiyac görürük.
Azərbaycanda "Youtube"dan pul qazananlar vergi ödəyəcək
Azərbaycan Vergilər Nazirliyi Youtube.com videoportalından gəlir əldə edənlərlə bağlı məsələyə aydınlıq gətirib. Əgər "Youtube" istifadəçisi videohostinqdən gəlir əldə edirsə, vergi ödəməlidir.
Qardaşı dənizdə boğulan aparıcı: "Meyiti əllərimlə çıxartdım"
ARB kanalının aparıcısı Hüseyn Azərin qardaşı, 29 yaşlı Cavid Əzizov Kürdəxanı çimərliyində boğulub. Hüseyn gözyaşları içərisində hadisə zamanı qardaşının yanında olduğunu dedi: "Mən ARB-nin Tovuz bürosunda çalışıram. Evə ikigünlük gəlmişdim. Qardaşım israrla dedi ki, gedək dənizə. Etiraz etdim ki, bu küləkdə nə dəniz, başqa vaxt gedərik. Əl çəkmədi ki, necə qardaşsan, mənimlə dənizə də getmək istəmirsən. Məcbur qalıb, getdim. Elə suya təzəcə baş vurmuşdu ki, gördüm hündür bir dalğa onu görünməz etdi. Qışqırdım ki, tez sudan çıx. Gördüm tərpənmədən dalğanın ortasında qalıb.
Güləşçilərin etirazını qəbul etmirəm
Kikboksinq Federasiyasının idmançıları Azərbaycanın bayrağını illərdir yüksək kürsülərdə dalğalandırırlar amma heç vaxt pul davası döymürlər". “OLAYLAR” -ın xəbərinə görə, bu fikirləri AKF-nin vitse-prezidenti Arzuman Abdulkərimov güləşçilərin etiraz aksiyası keçirməsinə münasibət bildirərkən səsləndirib.
Dünya İnsan Alverinə Qarşı mübarizə günü qeyd edilib
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, ABŞ-ın Beynəlxaq İnkişaf Agentliyi (USAID), ABŞ Dövlət Deportamentinin Narkotiklər və Huquq Mühafizəyə dair Beynəlxalq məsəslələr üzrə Bürosu (INL), Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq ictimaiyyət və vətəndaş cəmiyyəti 30 iyul Dünya İnsan Alverinə Qarşı Mübarizə Gününü birgə qeyd ediblər.
ASAN könüllüləri QHT sektoru ilə əməkdaşlığa cəlb edilir
UNİCEF-in dəstəyi ilə “Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmətinin göstərilməsi” layihəsi çərçivəsində Qəbələ “ASAN xidmət” mərkəzində ASAN könüllüləri ilə tədbir keçirilib. “OLAYLAR” -a daxil olan məlumata görə, tədbirdə layihənin məqsədi və aztəminatlı ailələrdən olan uşaqlar üçün ödənişsiz hüquqi xidmətlərin təşkilinin əhəmiyyəti barədə məlumat verilib.
Günəş tutulmasını kimlər görəcək?
ABŞ-ın Milli Günəş Rəsədxanasının yaydığı məlumata görə, 2017-ci ilin avqust ayında tam Günəş tutulması baş verəcək. Tədqiqatçıların sözlərinə görə, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq. Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək.














