Sosial

SOCAR-da Arizona ştatının Nümayəndələr Palatasının spikeri ilə görüş keçirilib

1 Avqust 2017 11:20

SOCAR Tower-də ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnard ilə görüş keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov 2013-cü ildən SOCAR və Arizona ştatının biznes qurumları arasında sıx əlaqələrin qurulduğunu qeyd edib. O, Azərbaycanda həyata keçirilən irihəcmli enerji layihələri çərçivəsində qazanılmış uğurlar, ölkəmizin, bütövlükdə regionun sosial-iqtisadi inkişafında bu layihələrin rolu haqqında qonağa ətraflı məlumat verib.

Bu gündən cərimələr yazılacaq, əgər...

1 Avqust 2017 11:15

Bu gündən avtomobillərini texniki baxışdan keçirməyən avtomobil sahibləri inzibati məsuliyyətə cəlb olunacaq. Bu barədə  Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib: “İyulun 31-də xarici dövlətlərin baza modeli əsasında istehsal olunan minik avtomobillərinin texniki baxış müddəti başa çatıb.

Azərbaycanda iti maşına bağlayıb sürüdülər – VİDEO

1 Avqust 2017 11:10

Azərbaycanda iti maşına bağlayıb sürüyüblər. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. İti avtomobilinə bağlayıb sürüyən şəxslərin hərəkəti görən yoldan keçən xanım öz maşınını saxlayaraq sürücülərə etirazını bildirib. O, həmin şəxslərə yaxınlaşaraq iti əllərindən alıb.

Yay məktəbində çinli iştirakçı ilə görüş

1 Avqust 2017 10:51

Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları ilə “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində-Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçısı Honkonqdan olan Lü Meyi arasında görüş keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ADU-da Çinşünaslıq ixtisası üzrə təhsilin və elmin uğurlu inkişafı, Çinin “Bir kəmər, bir yol” qlobal layihəsi çərçivəsində tarixi İpək Yolunun dirçəlməsi üzrə aparılan tədqiqatlar, rəhbərlik etdiyi qurumun tədris və ictimai təbliğatı barədə qonağa ətraflı məlumat verib.

Yaşa uyğun qidalanma

31 İyul 2017 19:35

Bir sıra elm adamları qidalanma ilə bərabər vitamin və mineral qəbulunun da yaş qruplarına görə təyinini müdafiə edirlər. Bu məlumat Türkiyənin sağlamlıqla əlaqədar internet saytlarının birində dərc edilib. Həmçinin həblərlə deyil, təbii yollarla təmin edilməsinin lazım olduğu da vurğulanıb. Yaşlanma müddətini yavaşlatmaq üçün isə lazımi prosedurlardan əlavə qəbul olunan qidalar keyfiyyətli olmalıdır. Yetkinlikdən 50 yaşadək hər yaş qrupu sağlam və gümrah olmaq üçün düzgün qidalanmağa üstünlük verməlidir.

Xəbərdarlıq: Dar geyim insanlarda ciddi xəstəliklər yaradır

31 İyul 2017 19:30

Mütəxəssislər insanlara səhhətlərini qorumaq üçün enli paltarlar geyinməyi məsləhət görürlər. İngiltərə alimləri dar şalvar, korsetlər və sıx paltarların ciddi xəstəliklərə səbəb ola biləcəyini müəyyənləşdiriblər.

Bu içkilər artıq çəkini əritməyə təsirlidir

31 İyul 2017 19:25

İlk öncə onu qeyd etmək lazımdır ki, çəki problemi olanlar lazımi miqdarda maye qəbuluna fikir verməlidir. Bu prosedur bədənin formada qalmasına, incəlməsinə təsir göstərəcək.

Bu qidalar yaddaşı gücləndirməyə təsir edir

31 İyul 2017 19:16

Bəzi qidalar sürətli düşünməyə, duyğu üzvlərimizin yaxşı vəziyyətdə olmasına, diqqətsizlik probleminin həllinə və xatırlama qabiliyyətinin artmasına kömək edir. Xüsusi ilə meyvə-tərəvəzlərdə orqanizmə təsirli olan vitamin və minerallar var.

Orqanizmi toksin və mikroblardan bir günə təmizləyən ÜSUL

31 İyul 2017 19:10

Müasir elmdə "sərbəst radikallar" adlandırılan zəhərli maddələr təbiətdəki çirklənmə nəticəsində tənəffüs yolu, qida və içkilər vasitəsi ilə orqanizmə daxil olur. Bundan başqa, yanlış qidalanma və həzm sisteminin zəifləməsi nəticəsində orqanizmdə toksinlər yığılır.

Kişini qadından soyudan 10 SƏBƏB: Əsla belə etməyin

31 İyul 2017 19:05

Bəzən xanımlar qarşı cinsin nümayəndələrinin onlara qarşı soyuq münasibətindən gileylənirlər. Bunun səbəbini kişilərin üzərinə atmadan öncə yaxşı düşünmək lazımdır. Bəlkə elə günah özümüzdədir?!

Şəkidə yanğın

31 İyul 2017 18:19

Şəki rayonunda yanğın hadisəsi baş verib. FHN xəbər verir ki, ilkin məlumata əsasən, Şəki rayonu, Biləcik kəndində meşə zolağında kol-kos və quru ot yanır.

Zakir Qaralov: "Bir yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı istintaq-əməliyyat qrupu yaradılıb"

31 İyul 2017 18:04

Azərbaycanın Baş prokuroruZakir Qaralov ermənilərin Azərbaycanın dins sakinlərinə qarşı törətdiyi cinayət hadisələrindən danışıb. Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini və beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq bu il iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində kənd sakinləri - 51 yaşlı Sahibə Allahverdiyeva və onun 1 yaşlı nəvəsinin həlak olması, digər mülki şəxs 52 yaşlı Səlminaz Quliyevanın ağır bədən xəsarətlər alması, eləcə də vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi faktlarına görə Füzuli rayon prokurorluqlarında dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün istintaq-əməliyyat qrupu yaradılıb.

Nüfuzlu gəmiçilik şirkəti GAC nümayəndələri AXDG-də olublar

31 İyul 2017 18:02

İyulun 31-də dünyanın nüfuzlu gəmiçilik şirkətlərindən olan GAC-ın  rəsmi nümayəndələri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olublar. “OLAYLAR”-ın xəbərinə görə, "AXDG" QSC-nin sədri Rauf Vəliyev GAC-ın  vitse-prezidenti Erland Ebbersten və regional  meneceri Stüart Makdonalda Gəmiçiliyin  gördüyü işlər, beynəlxalq şirkətlərlə birgə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Öz növbəsində qonaqlar təmsil etdikləri şirkətin fəaliyyətindən danışıblar. Bildiriblər ki, GAC-ın   dünyanın 50-dən çox ölkəsində 300-ə yaxın ofisi fəaliyyət göstərir. Xəzər dənizinin Türkmənistana aid olan sularında reallaşdırdıqları layihələr haqqında məlumat verən şirkət rəsmiləri AXDG ilə də  əməkdaşlığa  hazır olduqlarını deyiblər.