Sosial

Hazırlıqsız 650 bal toplayan, amma oxumağa imkanı olmayan qızla bağlı HƏQİQƏT ÜZƏ ÇIXDI

1 Avqust 2017 13:06

"Zərdab rayonunda bir qız heç bir hazırlığa getmədən, gecə-gündüz oxuyub 650 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Amma, ailənin imkansızlığı bu sevinci kədərə çevirib. Belə ki, bu qızın qalmağa yeri və kitab-dəftər almağa pulu yoxdur. Bu problem həll olunmasa, o elə kənddə qalacaq və universitetə gəlib təhsilini davam etdirməkdən məhrum olacaq. Nə edək? Nə məsləhət verirsiniz? Paylaşın məsələ ictimailəşsin".

Meteohəssas insanlar diqqətli olsun!

1 Avqust 2017 12:57

Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq. 

Avqustun 15-dən ali məktəblərin boş qalan yerlərinə sənəd qəbulu aparılacaq

1 Avqust 2017 12:21

Avqustun 15-dən ali məktəblərin boş qalan yerləri elan olunacaq və həmin yerlərə sənəd qəbulu aparılacaq. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu proses avqustun 15-dən 19-dək həyata keçiriləcək.

Gənclərin muzeylərə ekskursiyası təşkil edilib  

1 Avqust 2017 12:16

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və M.Ə.Rəsulzadə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə əməkdaşların, Yeni Azərbaycan Partiyasının fəal gənclərinin və M.Ə.Rəsulzadə bələdiyyəsi gənclərinin iştirakı ilə Azərbaycan Milli Tarix Muzeyinə və Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyinə ekskursiya təşkil edilib. “OLAYLAR”-ın xəbərinə görə, ekskursiyada muzeyin bələdçisi ətraflı məlumat verərək bildirib ki, bina 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə Azərbaycan Milli Tarix Muzeyi, ikinci mərtəbədə isə Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi yerləşir. Öncə Milli Azərbaycan Tarixi Muzeyini gəzən ekskursiya iştirakçılarına məlumat verilib ki, bura Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir.

Yanğın çətinliklə söndürüldü

1 Avqust 2017 12:12

Şəki rayonunun Bakkal kəndi yaxınlığında Göynük meşəbəyliyinin 2 saylı dolayında yanğın hadisəsi baş verib. Yanğın baş vermiş əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki və Qax Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. 

DİM Bakı və regional bölmələrdə işçi qrupları yaradıb

1 Avqust 2017 11:51

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ixtisas seçimində iştirak etmək üçün müsabiqə şərtləri və elektron ərizələrin doldurulma qaydasının izah edilməsi məqsədilə Bakıda və DİM-in regional bölmələrində “işçi qrup”lar yaradılıb. DİM-dən verilən xəbərə görə, “işçi qrup”ların əməkdaşları abituriyentlərə yalnız ərizənin doldurulma qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həllində yardımçı ola bilərlər.

Bakıda 52 yaşlı kişi dənizdə batdı

1 Avqust 2017 11:45

Bakıda 52 yaşlı kişinin meyiti dənizdən çıxarılıb. FHN xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabunçu rayonunda dəniz kənarında 1 nəfərin cəsədinin göründüyü barədə məlumat daxil olub.

"Bu il III qrupda qəbul nəticələri daha da yaxşılaşıb"

1 Avqust 2017 11:28

Müəyyən qruplarda bu ilki qəbul göstəriciləri ötən ilki səviyyədir, ancaq III qrupda qəbul nəticələri bu il daha da yaxşılaşıb.  Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ümumi nəticəni götürdükdə deyə bilərik ki, bu ilki nəticələr ötən ilki səviyyədədir: "Ancaq qruplar üzrə fərqlər var. Ötən il II qrupda daha yüksək nəticələr var idi, bu il isə nəticələr bir qədər aşağıdır. Bu, daha hazırlıqlı abituriyentlərin hansı qrupu seçməsindən asılıdır. Məsələn, IV qrupu yalnız hazırlıqlı abituriyentlər seçirlər".

268 min hektar ərazidə tədqiqat aparıldı

1 Avqust 2017 11:25

Bu ilin birinci yarımilliyində 268 min hektara yaxın ərazidə çöl torpaq tədqiqatı, 200 min hektar ərazidə çöl geobotaniki tədqiqat işləri yerinə yetirilib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Bildirilir ki, 800 min hektar ərazidə irimiqyaslı torpaq tədqiqatı işlərinin, 550 min hektar ərazidə çöl geobotaniki tədqiqat işlərinin aparılması planlaşdırılır.

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayıb   

1 Avqust 2017 11:23

Avqustun 1-dən 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna start verilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi, “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu 1-22 avqust tarixlərində "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçiriləcək.

Dini maarifləndirmə tədbiri keçirilib

1 Avqust 2017 11:22

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov “İslam Həmrəyliyi İli” çərçivəsində təşkil olunan tədbirlərin əhəmiyyətindən danışıb. DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli İslam dininin həmrəylik, dostluq və qardaşlıq kimi dəyərlərin daşıyıcısı olduğunu bildirib və İslamda həmrəylik ideyaları və çağırışları barədə məruzə edib.