Sosial

Xidmət rəisi Şamaxıda vətəndaşları qəbul edəcək

1 Avqust 2017 16:23

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov avqustun 16-da Xidmətin Şamaxı rayon şöbəsində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərini qəbul edəcək. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yayıb.

Əbülfəs Qarayev vətəndaşları qəbul edib

1 Avqust 2017 16:22

Avqustun 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, nazirliyin məsul əməkdaşlarının iştirak etdiyi qəbulda 20-yə yaxın vətəndaşın müraciətinə baxılıb.

Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

1 Avqust 2017 16:11

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 15% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılması barədə qərar qəbul edib.

Azərbaycanda valyuta dəyişmək daha asan oldu - Yeni terminallar quraşdırıldı

1 Avqust 2017 16:02

Bakıda yeni "e-GovPay" ödəmə terminalları quraşdırılıb. Bu barədə etibarlı mənbədən məlumat verilib. Bu ödəmə terminallarında maraqlı cəhət avtomatik şəkildə valyuta dəyişmə funksiyasının mövcud olmasıdır. Mənbənin sözlərinə görə, bu cür terminallar hazırda paytaxtın Yasamal, Xəzər və Binəqədi rayonlarında "Azərpoçt"un yaratdığı "Şəbəkə"nin nəzdində fəaliyyət göstərir.

Mustafa Ceceli Şəmkirə toya neçəyə gəlib? - QİYMƏT AÇIQLANDI

1 Avqust 2017 15:37

Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin Şəmkir rayonunda toy mərasimində iştirak etməsi Türkiyə mətbuatının da diqqət mərkəzində olub. Mustafa Ceceli Şiştəpə kəndindəki azərbaycanlı iş adamının oğlu Natiq Musayevin toyuna 60 366 manat (30 min avro) müqabilində gəlib.

Saatlı məktəbliləri Azərbaycan çempionu oldular 

1 Avqust 2017 15:13

Respublikanın ən güclü məktəb və liseylərinin iştirak etdiyi 9-11-ci siniflər arası “Xəmsə” “Yay kuboku”nda Saatlı rayonunu təmsil edən “BİRLİK” komandası seçim və qrup oyunlarının qalibi olaraq Respublikanın ən güclü 4 komandası kimi finala vəsiqə qazanıb. Zəkalar (Zəkalar liseyi), Onside və Yuxu (Dəyanət liseyi) komandaları 1-cilik uğrunda mübarizə aparıb. Nadir Şükürlü, Fidan Mirzəyeva, Kərim Əliyev, Fidan Mirzəyeva, Nəzrin Şükürlü, Elşad Mehdiyev, Bəxtiyar Nəzərli… var olun uşaqlar!

Müstəqil mətbuat ölkəsinə məkrli davranan dövlətlərə qarşı ən kəskin silahdır

1 Avqust 2017 14:44

142 illik inkişaf yolu keçən Azərbaycan  mətbuatı zamanla müəyyən maneələrə qarşılaşdığı heç kimə sirr deyil. Müstəqillik illərində yenidən surətli inkişaf yoluna qədəm qoyan mətbuatımız bu gün bütün çətinliklərini geridə qoyub.

Azərbaycanlının yanında oturan erməni təyyarədə öldü, soydaşımız ağladı

1 Avqust 2017 14:26

Bir neçə saat öncə Tiflisdən Moskvaya uçan təyyarə Rostova təcili eniş etməli olub. Buna səbəb sərnişinlərdən birinin uçuş zamanı dünyasını dəyişməsi olub. Bu barədə Anar Almadatov adlı Facebook istifadəçisi özünün profilində yazıb. O bildirib ki, ölən erməni onunla yanaşı oturubmuş.

Elə bilirsiniz atanıza oxşayırsınız? – Genetiklərin şok açıqlamaları

1 Avqust 2017 14:22

“Genetika” yunan dilindən tərcümədə “genesis”, yəni “mənşə” deməkdir. Bu elm irsiyyət qanunlarını və dəyişkənliyini tədqiq edir. İnsan genetikasına aid ən maraqlı faktları təqdim edirik.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi AVROPA MƏHKƏMƏSİNDƏ

1 Avqust 2017 14:15

Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi Avropa Məhkəməsində baxılacaq. Bu barədə vəkil Fariz Namazlı Feysbuk səhifəsində məlumat verib. Vəkil bildirib ki, Avropa Məhkəməsi Firuzə Asgarova və Albina Veselova Ermənistana qarşı iş üzrə kommunikasiyaya başlayıb.

MTRŞ: Televiziya və radiolarda Azərbaycan dili normalarının pozulması hallarına rast gəlinir

1 Avqust 2017 14:11

“Ümummilli lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu gün istər çap mediası, istər elektron media Azərbaycan dilinin inkişafına mühüm təsir göstərməkdədir.  Xüsusilə müasir dövrdə TV və radiolar ədəbi dilə, onun cilalanmasında vacib rol oynayır.

Elçin Hüseynbəyli yazır... Sənətçilər bağı

1 Avqust 2017 13:46

Düzdü, Bakıda belə bir bağ yoxdur, amma olacaq. Hər halda mən və mənim kimi düşünənlər buna ümid edir, hətta inanır da. Birinci yaranan da, sonuncu ölən də ümiddir, inamsa əbədidir. Düz dedimmi, dostlar?! Onda davam edəlim.

Hava Limanına gedən yolda qəza-avtomobil yanır

1 Avqust 2017 13:38

Şəhər mərkəzindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gedən yolda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində tiqqoşan avtomobillərdən birində yanğın baş verib. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsi yayıb. Bildirilib ki, bu səbəbdən sözBildirilib ki, bu səbəbdən söz istiqamətdə avtomobillərin hərəkətində problem meydana gəlib və tıxac yaranıb.

Bakıda qızı zorla maşına mindirib apardılar – AVTOBUS DAYANACAĞINDAN

1 Avqust 2017 13:36

Bakıda gənc qız zorla avtomobilə mindirilərək qaçırılıb. Hadisə dünən Lökbatan qəsəbəsi ərazisindəki “Sədərək” ticarət mərkəzində baş verib. Bir neçə nəfər 1990-cı il təvəllüdlü Mirzəyev Gülbəniz Qafar qızı avtobus dayanacağında olarkən avtomobillə sürətlə yaxınlaşıb və onu zorla maşına mindirərək aparıblar.

Ölümün mübarək, körpə qızım...

1 Avqust 2017 13:23

6 günlük körpənin quyuya atılıb öldürülməsi xəbərini neçə gündür hər üzünə çevirib düşünürəm. Neçə gündür susuram, neçə gündür içimdə danışıram, özümə suallar yağdırıram, deyirəm, niyə axı, niyə? Görürəm ki, bu sualların obyekti mən deyiləm, sonra yenə susuram. Amma indi tamamilə hissiz, emosiyasız, necə deyirlər, soyuq başla yazıram. Yaxşı ki, bir qız uşağının doğulduğu, iki qız uşağının abort edildiyi ailədə bu körpə elə 6 gün yaşayıb. 6 günlük körpənin öldürülməsi bəşərin ən qəddar müharibələrinə bərabər olsa da...