Sosial
Elman Babayevdən açıqlama
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, son illərdə əmək və sosial müdafiə sahələri, o cümlədən əlilliyin qiymətləndirilməsi sahəsi tam elektron infrastruktur üzərində qurularaq şəffaflaşdırılıb. Hazırda əlilliyin təyinatı proseduru elektron sistem vasitəsilə və tam şəffaf şəkildə həyata keçirilir. Ona görə də hansısa şəxsin özünə qəsd edərək şantaj etməklə əlilllik dərəcəsi almaq üçün müvafiq dövlət orqanına təzyiq göstərmək cəhdinin heç bir mənası yoxdur”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev vətəndaş Cabbarov Sərxan Sərvər oğlunun əlillik dərəcəsi almaq üçün özünü yandırmaq istəməsi hadisəsinə münasibət bildirərkən vurğulayıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi BAMF-ın ofisini ziyarət edib
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İshaqzai Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə görüşüb. BAMF-ın ofisində baş tutan görüşdə tərəflər bir sıra məsələlərlə bağlı, o cümlədən BMT-nin Azərbaycandakı nümayəndəliyi və agentikləri ilə BAMF arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, birgə təşəbbüslərin və layihələrin dəstəklənməsinə dair fikir mübadiləsi aparıblar.
Qızmar hava davam edəcək
Sabaha olan hava proqnozu açıqlanıb. ETSN-dən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Azyaşlını bıçaqla qorxutdu, qeyri-təbii yolla cinsi əlaqədə oldu və... - Salyanlıdan Qaradağda İYRƏNC ƏMƏL
Bakıda 14 yaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən Salyan rayon sakini, 1995-ci il təvəllüdlü Samir Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Samir Xəlilov 1995-ci ildə Salyan rayonun Yenikənd kəndində dünyaya gəlsə də, rayonun Xalac kəndində qeydiyyatda olub və həmin kənddə də yaşayıb.
30 minə yaxın namizəd müəllim olmaq üçün imtahan verib
Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, iyulun 25-dən start verilən imtahanlarda indiyədək 30 minə yaxın namizəd iştirak edib. Namizədlər 90 dəqiqə ərzində ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırıblar.
Bu ilin 6 ayında istehlakçılara 121 milyon kubmetr su verilib
2017-ci ilin yanvar-iyun aylarında istehlakçılara 121 milyon kubmetr su verilib, 84 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov verib. Bildirib ki, hesabat dövründə 133 km içməli su, 145 km kanalizasiya xətləri, 3 su anbarı tikilib, 6 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 83 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 110 min nəfərin su təchizatı yaxşılaşdırılıb. Bununla da fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 66,2 faizə, Bakı şəhəri üzrə isə 81,1 faizə yüksəlib.
İlk verilişinə qısa ətəyi ilə gündəm oldu - FOTO
Səhər ac qarına limonlu isti su içsəniz… – MÖCÜZƏVİ FAYDALARI
Azərbaycanda məişət zorakılığından zərərçəkənlərin yarıdan çoxu qadınlar olub
Azərbaycanda məişət zorakılığından zərərçəkənlərin yarıdan çoxu qadınlar olub. 2016-cı ildə məişət zorakılığı cinayətlərinin nəticəsində 1031 nəfər zərər çəkib. Onların 807 nəfəri qadın olub. Qadınların 1-i 18 yaşadək, 1-i isə hamilə olub. Zorakılıq cinayətlərinin çoxu qəsdən sağlamlığa zərər vurma ilə bağlı olub. Ötən il qəsdən sağlamlığa zərər vurmadan 33 nəfər zərər çəkib ki, onların 14-ü qadın olub.
Azərbaycanda 55 nəfəri ilan, 6 nəfəri əqrəb sancdı
Azərbaycanda bu il ərzində 55 nəfəri ilan, 6 nəfəri isə əqrəb sancıb. Bunu Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, yalnız iyul ayında 14 nəfəri ilan sancıb ki, onların da 3-ü uşaq olub. İyulda 3 nəfəri əqrəb, 1 nəfəri qara qurd sancıb.
Səyyar ASAN xidmət Zaqatalada
2 – 31 avqust tarixlərində Səyyar ASAN xidmət Zaqatala rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, Səyyar ASAN qatar avqust ayının 7-nə kimi Siyəzən rayonunda xidmətini davam etdirəcək.
Deputat: "Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizə düşüb"
Azərbaycanda yoxsulluqla mübarizə ciddi nəticələr verib, 2001-ci ildən ötən dövr ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə düşüb. Bunu Milli Məclisin deputatı Musa Quliyev deyib. Deputat qeyd edib ki, son 14 ildə ölkədə minlərlə yeni müəssisə yaradılıb, 1,5 milyondan artıq yeni iş yeri açılib.
Bakıda yanan avtomobildə ölən şəxsin kimliyi məlum oldu
Dünən Bakı şəhərinin Sabunçu rayonunda - Heydər Əliyev prospektinin keçmiş "Komsomol" dairəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölən şəxsin kimliyi məlum olub.
Bakıda güclü yanğın başlayıb - Onlarla ev təhlükədə
İlham Əliyevin çıxışları Çin dilinə tərcümə olunacaq
Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva Xaricdə Çin dilinin yayılması üzrə Dövlət dəftərxanasının Pekin Dillər və Mədəniyyət Universitetində təşkil etdiyi yüksək səviyyəli tərcüməçilik kurslarında iştirak edib. Universitetdən “Olaylar” – a bildirilib ki, əsas məqsədi Çin dili üzrə yazılı və şifahi tərcümə bacarıqlarını təkmilləşdirmək olan kurslara qatılan iştirakçılar Çin dilinin müasir prinsipləri və tədrisi metodları ilə tanış olub, Çin diplomatiyası və fəlsəfəsi üzrə mühazirələr dinləyib, Çinin rəssamlıq və xəttatlıq sənəti üzrə ustad dərslərində iştirak ediblər. Ə.Balayeva, həmçinin ADU-nun nəzdindəki Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov tərəfindən Çin dilində hazırlanan, Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabının təqdimatını keçirib.














