Sosial
Dövlət Sərhəd Xidməti və Təhsil Nazirliyinin təklifi ilə yen ixtisas yaradılıb
Nazirlər Kabineti “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib. Dəyişikliyə əsasən bakalavriat səviyyəsi üzrə yeni sərhəd təhlükəsizliyi və idarəetmə ixtisası yaradılıb. Nazirlər Kabineti Təhsil Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin təklifini nəzərə alaraq belə bir qərar qəbul edib.
Vətəndaş cəmiyyəti siyasi və ideoloji plüralizmin mövcudluğun göstəricisidir
Demokratik cəmiyyətlər o cəmiyyətlərə deyilir ki, orada bütün demokratik prinsiplər ən adi hüquq və azadlıqlar təmin olunur, onların inkişaf etdirilməsi istiqamətində müntəzəm şəkildə, davamlı olaraq addımlar atılır,işlər görülür, islahatlar reallaşdırılır. Fikir, söz, məlumat və ifadə azadlığı, plüralizm, insan hüquq və azadlıqlarının qorunması bu istiqamətdə öndə gəlir və bu prinsiplərinin birinin pozulması, ona əməl edilməməsi avtomatik olaraq həmin ölkə, cəmiyyət barədə mənfi rəy formalaşdırır, onu nüfuzdan salır, imicinə, siyasi çəkisinə xələl gətirir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda bütün qeyd edilən elementlər. məqamlar müsbət balla qiymətləndirilir və demokratik cəmiyyətin bir üzvü kimi Azərbaycanın bu prinsiplərə sadiq olduğu, onun inkişaf etdirilməsi sahəsində davamlı addımlar atdığı qeyd edilir, təqdir olunur.
Yol polisini şərləyən qadın sürücü ilə bağlı ŞOK FAKTLLAR – VİDEO
Xəbər verdiyimiz kimi, Bakıda yol polisi tərəfindən cərimə olunan xanım sürücü sosial şəbəkələrdə video yayaraq həmin polis əməkdaşının qadın sürücülərə qarşı nalayiq hərəkətlərdə ittiham etmiş və bildirmişdi ki, yol polisi əməkdaşı 99 P 048 dövlət nömrə nişanlı motosikletdə xidmət aparan Fəriddir. Qadın iddia edirdi ki, o xanım sürücüləri saxlayaraq onlara “padxod” edir, telefon nömrəsi istəyərək münasibət qurmağa çalışır. Buna nail olmadıqda isə cərimə yazır.
Əlilliyi olan şəxslər 17 mindən artıq protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub
Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 17 471 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub.
Fatmayıda dənizdə batan şəxs xilas edildi
Bu gün gündüz saatlarında Xəzərdə batan şəxs xilas edilib. FHN xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Abşeron rayonu, Fatmayı kəndində 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Əməliyyat saat 12:31-də başa çatıb.
Paytaxtdakı güclü yanğınla bağlı - Rəsmi açıqlama
Fövqəladə Hallar Nazirliyi bu gün səhər saatlarında Bakıda qarajda baş verən yanğınla bağlı məlumat yayıb. Paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə və içərisində "VAZ” markalı avtomobilin mühərrik və salon hissəsi yanıb. Qarajın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
PKK-çılar Avropaya Ermənistan pasportu ilə gedir
Ermənistan PKK terror təşkilatının üzvlərini ölkəsinin pasportu ilə təmin edir. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy deyib ki, terror təşkilatının üzvləri artıq Avropaya Ermənistan pasportu ilə səfər edirlər. Onun sözlərinə görə, hər ay Ermənistan 50 PKK-çıya viza verir: “Bu sırada ən aktiv rolu Ermənistanın Fransadakı səfirliyi oynayır. Belə ki, PKK-nın maddi və tibbi yardımları məhz oradan gəlir”.
Rusiyada mədəniyyət nümunələrimiz nümayiş olunub
Moskva şəhəri yaxınlığındakı Alabino hərbi poliqonunda yaradılmış “Dostluq Evi”ndə “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edən dövlətlərin nümayəndələri öz ölkələrinin mədəniyyət nümunələrini nümayiş etdiriblər. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, beynəlxalq oyunlarda iştirak edən nümayəndələr və qonaqlar sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olmaq imkanı əldə ediblər.
Bir neçə yerdə yeni sürüşmə sahələri yaranıb
Ötən ay Zığda lokal sahələrdə texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Masazır qəsəbəsində, "Zəli gölü" adlı ərazidə təbii və texnogen amillərin təsirindən isə sürüşmə və uçqun prosesinin nisbi aktivləşməsi qeydə alınıb.
Ağdamdan seçilmiş deputat “Qarabağ”ın oyununu yayımlamayan telekanallara haqq qazandırdı
Milli Məclisin Ağdamdan olan deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Qarabağ” futbol klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə Moldovanın “Şerif” klubu üzərində qələbə qazanmasına münasibət bildirib. B.Sadıqov “Qarabağ” klubunun qələbəsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib: “Dünənki oyunu ilə “Qarabağ” futbol klubu həm azarkeşlərinin etimadını doğruldub, həm Azərbaycan dövlətinin adına şərəf gətirən uğura imza atıb, həm də qarşısına vəzifə qoyub, ona nail ola bildiyini sübut edib.
DYP-dən video paylaşan qadın sürücü ilə bağlı AÇIQLAMA: "Məhkəməyə verəcəyik" - VİDEO
Bakıda xanım sürücünün vəzifə başında olan DYP əməkdaşının videosunu çəkərək sosial şəbəkələrdə paylaşması geniş müzakirələrə səbəb olub. Videonu paylaşan iddia edir ki, sözügedən DYP əməkdaşı qaydanı pozan xanım sürücüləri saxlayaraq onlarla münasibət qurmağa çalışır, öz telefon nömrəsini təqdim edir.
Qızlıq pərdəsinin bərpasını istəyən qızlar...
Qızlıq pərdəsinin tibbi cəhətdən ciddi bir mənası olmasa də, yaşadığımız cəmiyyətdə buna nə qədər diqqət göstərildiyinə şahid oluruq. Ailələr gəlinlərinin bakirə olmasını istəyir, müxtəlif yollarla bunun belə olub-olmadığını yoxlayırlar.
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib. FHN-in saytının verdiyi xəbərə görə, müraciətdə bildirilib ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq və xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.














