Sosial

Xəbərdarlıq: Gecə vaxtı qidalanmaq zərərlidir

2 Avqust 2017 19:35

İş saatlarının gec bitməsi, evə gec dönmə halları düzgün qidalanmamağa səbəb olur. Kompüter və ya televiziya başında vaxt keçirənlər də gec saatlarda qidalanırlar. Bu cür hallar insan orqanizminə mənfi təsir göstərərir, bədəni həmin vaxtlarda qida qəbuluna öyrəşdirir. Ona görə də belə insanlar həzm sistemi xəstəliklərindən, reflüks, artıq çəki problemlərindən əziyyət çəkir. Bunun üçün düzgün və vaxtında qidalanmaq şərtdir. Nizamlı yuxu da vacibdir. 

D vitamini üçün 15 dəqiqə kifayətdir!

2 Avqust 2017 19:29

Bəzi insanlar bədəndə D vitamini çatışmazlığı üzündən günəş vannası qəbul etməyə üstünlük verirlər. Bu prosedurun qoyulan vaxtdan çox tətbiqi dəridə problemlər yaradır. Mersin Universiteti Tibb Fakültəsinin dəri zöhrəvi xəstəlikləri sahəsində fəaliyyət göstərən Prof. Dr. Tamer İrfan Qaya, yay aylarında günəş şüalarının içərisində olan bənövşəyi şüaların, insanların dərisinə zərər verdiyini ifadə edib. Ultrabənövşəyi şüaların gözlə görünən işıqlardan fərqli olduğuna diqqəti çəkən həkim, "Bu işıqlar dərimizdə müxtəlif dəyişikliklər meydana gətirir. Bunların başında dəri yaşlanması və dəri ləkələrini göstərən dəyişikliklər gəlir." cümlələrini işlədib.

İnternetdən ən çox kim istifadə edir?

2 Avqust 2017 19:14

İnternetdən istifadə edənlərin dörddəbiri 15-24 yaş arasında gənclərdir. Bu məlumat Beynəlxalq Telekommunikasiya İttifaqının son məruzəsində yer alıb. Dünyada gənclərin 70 faizi ümumdünya hörümçək torundan istifadə edir. Onların təxminən yarısı Hindistan və Çində yaşayır. Zəif inkişaf etmiş ölkələrdə gənclər internet istifadəçilərinin üçdəbirini təşkil edir.

Səhər ac qarına limonlu isti su içsəniz...

2 Avqust 2017 19:00

Suyun insan orqanizmi üçün inanılmaz faydaları barədə demək olar ki, hər kəs bilir. Eləcə də limonun sağlamlığa faydaları çoxların məlumdur. Amma limonlu isti suyun faydalarını bilənlər azdır.

Sevgiliniz yoxdursa, nə etməlisiniz?

2 Avqust 2017 18:52

“Bağlanma” teoreminin yaradıcısı olan ingilis psixiatrı Con Boulbi etibarlı və yaxın duyğusal münasibətlərə ehtiyacla doğulduğumuzu və bunun beşikdən məzara kimi davam etdiyini vurğulayıb.

“Uşaqlarınıza yalnız ana südü verin!”

2 Avqust 2017 18:45

Avqustun ayının 1-dən 7-dək dünyanın 170 ölkəsində ana südü ilə qidalandırma həftəsi keçirilir. Bu, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə UNİCEF arasında imzalanan İnnoçenti deklarasiyasına əsasən qeyd olunur. ÜST-ün məlumatına görə, dünyada ana südü ilə qidalanma 38%-dir. UNİCEF-in məlumatına görə isə, bu hal Azərbaycanda 12% təşkil edir. Bununla bağlı ÜST 2025-ci ilə qədər bu rəqəmin 50% qaldırılmasını nəzərdə tutub və bütün ölkələri ana südü ilə qidalanmanın dəstəklənməsi və həvəsləndirilməsi üçün geniş səhiyyə maarifi işinin təşkil olunmasına çağırır.

Mətbəxinizdə ÖLÜM BAKTERİYASI: hər həftə mütləq BUNU EDİN!

2 Avqust 2017 18:07

Qab yuduğumuz süngər qaynar suyun belə öhdəsindən gələ bilmədiyi milyardlarla mikrobların mənbəyidir.Mütəxəssislərin son araşdırmalarına görə, qab yumaq üçün  nəzərdə tutulmuş süngərlərin tərkibində sonsuz sayda mikrob var. Bu mikroblar meningit və pnevmaniya xəstəliyini törədən bakteriyaların yaramasına səbəb olur.

Facebook-da yayılan virusla bağlı XƏBƏRDARLIQ: səxsi məlumatlarınız oğurlana bilər

2 Avqust 2017 17:37

"Son bir neçə gündə "Facebook" sosial şəbəkəsində yayılan virusla bağlı hər bir istifadəçi diqqətli olmalıdır, çünki bu viruslar onların şəxsi məlumatlarının, şifrələrinin oğurlanması ilə nəticələnə bilər".

22 rayonun içməli su təminatı yaxşılaşdırılır

2 Avqust 2017 17:26

Cari ilin yanvar-iyun aylarında içməli su təchizatı və kanalizasiya sektorunda  mühüm layihələr həyata  keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib ki, Saatlı şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması işləri artıq başa çatıb: “Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.

Qəzalı hidrotexniki qurğular əsaslı təmir olunur

2 Avqust 2017 17:24

SOCAR-ın “Azneft” İstehsalat Birliyi mütəmadi olaraq istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, sosial obyektlərin inşası, estakadalarda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

Bakıda qanunsuz sahibkarlıq faktları aşkarlanıb

2 Avqust 2017 17:04

Bakı şəhərində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı vergi orqanlarında qeydiyyata durmadan qanunsuz sahibkarlıqla məşğul olma faktları aşkarlanıb.

Mübariz Qurbanlının sədrliyi ilə müşavirə keçiriib

2 Avqust 2017 16:33

Avqust ayının 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər. Tədbirdə bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin önəminə toxunan DQİDK-nın sədri Mübariz Qurbanlı xalqımızı vahid ideologiya-Azərbaycançılıq ətrafında birləşdirən amillərin onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də İslam dini olduğunu bildirib. O, xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində dövlət başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətə diqqət çəkib. “İslam Həmrəyliyi İli” ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verən Komitə sədri Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan Tədbirlər Planına əsasən Dövlət Komitəsinin müvafiq qurumlarla gördüyü işlər, planlaşdırdığı tədbirlər və qarşıda duran vəzifələrindən danışıb.

Yay məktəbi başa çatdı

2 Avqust 2017 16:32

Paytaxt məktəblərinin V-VI sinif şagirdləri üçün təşkil olunan “Yay məktəbi” başa çatıb. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində reallaşdırılan “Yay məktəbi”ndə fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.  “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır.

Bakcell növbəti dəfə “Mobil telekommunikasiyaya giriş” seminarı təşkil etdi

2 Avqust 2017 16:13

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər üçün “Mobil telekommunikasiyaya giriş” adlı növbəti seminar keçirib. Builki seminarda rəqəmsallaşdırma, rouminq, Azərbaycanda startap mühiti və “Applab” layihəsi, İnternet məhsulları, informasiya təhlükəsizliyi, “Bakcell”in korporativ müştərilərinə təqdim etdiyi innovativ həllər və digər mövzular ətrafında müzakirələr aparılıb.

Aptekdə insanlar bu yolla ALDADILIRMIŞ

2 Avqust 2017 16:11

Bakıda apteklərdən birində istehlakçıya keyfiyyətsiz dərman satılıb. Bu barədə “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, Bakı şəhər sakini Könül Zeynalova “Elit” aptekdən keyfiyyətsiz dərman alması barədə birliyə müraciət edib.