22 rayonun içməli su təminatı yaxşılaşdırılır

Cari ilin yanvar-iyun aylarında içməli su təchizatı və kanalizasiya sektorunda  mühüm layihələr həyata  keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib ki, Saatlı şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması işləri artıq başa çatıb: “Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.

Cari ilin yanvar-iyun aylarında içməli su təchizatı və kanalizasiya sektorunda  mühüm layihələr həyata  keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov deyib ki, Saatlı şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması işləri artıq başa çatıb: "Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Ötən dövrdə Xırdalan şəhərinin içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulmasına başlanılıb, Gəncə və Şəki şəhərində şəbəkələrin tikintisi sürətləndirilib.  Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 22 rayonun 170 yaşayış məntəqəsində layihələrin icrası uğurla davam etdirilir. Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan ərazilərdə səth sularının kənarlaşdırılması üzrə 13 layihənin icrasına, həmçinin Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisinə başlanılıb. Əkin sahələrinin suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Zərdab rayonunda icra olunan layihə yekunlaşıb, Hacıqabul və Şamaxı rayonlarında isə işlər davam etdirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31